Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2172/2023 03.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Gəncə Şəhər Məhkəməsinə təqdim edilsə də, ərizə Göygöl Rayon Məhkəməsinə ünvanlanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.1-ci maddəsinə əsasən, ərizənin verildiyi məhkəmənin adı ərizədə göstərilməlidir. Bundan başqa, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmamışdır. Hazırkı iddia ərizəsindəki imza aşkar kserosurətdir. Bu hal iradə ifadəsinin həqiqi təsdiqi kimi qəbul edilə bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). Bundan başqa, mərhum atası X1 vərəsəsi olmasının müəyyən edilməsi və Göygöl rayonun Qızılca kəndi ərazisində yerləşən *,12 ha həyətyanı torpaq sahəsi və Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 1* iyul 1992-ci il tarixli, 276 saylı sərəncamına əsasən verilmiş *,12 hektar həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsəsi kimi onun tərəfindən faktik qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə prosessual qənaət baxımından bildirir ki, yenidən məhkəməyə müraciət ediləcəyi halda, tələb dəqiqləşdirilməlidir. Belə ki, mirasın qəbul edilməsi faktının və vərəsələyinin açılma yerinin müəyyən edilməsi üçün xususi icraat qaydasında ərizə ilə müraciət etmək, yaxud mübahisə olduğu halda araşdırma aparılmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hal həmçinin ərazi aidiyyətinin müəyyən edilməsi üçün əhəmiyyət kəb edir. Belə ki, xüsusi icraat qaydasında ərizə verildiyi halda, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. İddia ərizəsi üzrə ərazi aidiyyəti tələbdən asılı olaraq müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiqləyən sənəddən görünür ki, həmin Göygöl Rayon Məhkəməsinə iddia verilməsi üçün ödənilmişdir, Gəncə Şəhər Məhkəməsinə iddia verilməsi üçün deyil. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15*.*.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 1*8.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi cavabdehlər Azərbaycan Respublikası DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2172/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2172/2023
03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver