Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2185/2024 05.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, İddiaçı Cavabdeh qızına və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı miras qalmış əmlaka vərəsə tanınmaqla mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qızına və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 77/1, mənzil 10-a (yeni qaydalarla Gəncə şəhəri, H.Əliyev prospekti 209, M4, m3) onu birinci növbə vərəsə kimi tanımaqla, daşınmaz əmlaka dair çıxarışın verilməsinin DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı anası X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün notariat ofisinə müraciət etməli olduğu halda, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qızına və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı miras qalmış əmlaka vərəsə tanınmaqla mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qızına və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı miras qalmış əmlaka vərəsə tanınmaqla mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2185/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2185/2024
05.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver