Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-220/2023 19.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X47 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı Ərizəçi nümayəndəsi (vəkil) X19, 3-cü şəxslər X14, X2* və X15 iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 X45 «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə (3-cü şəxslər X27, X14, X2* və X28) qarşı “miras qalmış əmlakın faktiki qəbul edilməsi” tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 X45 «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə (3-cü şəxslər X27, X14, X2* və X28) qarşı “miras qalmış əmlakın faktiki qəbul edilməsi” tələbi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X44 D’mir oğlundan miras qalmış Gəncə şəhəri, X5* küçəsi, ev 119A ünvanının tərəfindən faktiki qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, X29 ilə X16 birgə nikahlarından xx xxxxxx 2**1-ci il tarixdə o, doğulmuşdur. X6 *9.*4.2*11-ci il tarixdə vəfat etmişdir. Mərhum atası vəfat etdikdən sonra, atası Qüdrət Xəlilovdan yaşadıqları ev, yəni Gəncə şəhəri, X5* küçəsi, ev 119A ünvanı miras olaraq qalmışdır. O, Cəlilabad rayonu, Sabirabad kəndində daimi qeydiyyatda olsa da uşaqlıqdan Gəncə şəhəri, X5*, küçəsi ev 119A ünvanında yaşayır. X6 vəfat edəndə o, yetkinlik yaşına çatmamış, onun cəmi 1* yaşı olmuşdur. Ona görə də atasından miras qalmış əmlakı qəbul etmək üçün aidiyyatı orqanlara müraciət edə bilməmişdir. X7 isə səhlənkarlıq etmiş, bundan əlavə olaraq sözügedən evdə kiminsə tərəfindən hər hansı narazılıq olmadığından və miras evdə yaşadığından mərhum atasından miras qalmış əmlakı rəsmi şəkildə qəbul etməsini düşünməmişdir. Anası və o, mərhum atasından miras qalmış əmlakı qəbul etməsini rəsmiləşdirməsə də onlar, sözügedən miras əmlakı faktiki qəbul etmişlər və miras qalmış əmlakda atası öldüyü gündən hazırki günə kimi istifadə edirlər. Onun mərhum atası Qüdrət Xəlilovdan miras qalmş əmlakı faktiki qəbul etməsini onun qohum-əqrəbası və qonu-qonşuları təsdiqləyə bilərlər. O, yetkinlik yaşına çatdıqdan sonra atasından miras qalmış əmlakı atasının vərəsəsi olaraq öz adına keçirmək məqsədilə Azərbaycan Respubiikası Ədliyyə Nazirliyi 2 X45 «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Lakin o, mirasın qəbul müddətini keçirtdiyi üçün Notariat Ofisindən ona atasının vərəsəsi olaraq vərəsəlik şəhadətnaməsi verilməmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, mərhum X6ndan miras qalmış Gəncə şəhəri, X5* küçəsi, ev 119A ünvanı faktiki qəbul etməsini məhkəmədən kənar həll edə bilmir. Ona görə də məcbur olmuş və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi nümayəndəsi (vəkil) X19 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, mərhum X29 2 dəfə ailə həyatı qurmuşdur. X39 İ həyat yoldaşı X28 ilə 17 yanvar 1994-cü il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan *8 dekabr 1993-cü il təvəllüdlü X14 və 12 mart 1995-ci il təvəllüdlü X2* dünyaya gəlmişdir. Mübahisəli ünvan olan Gəncə şəhəri, X5* küçəsi, ev 119A ünvanı X39 tərəfindən 22 sentyabr 1998-ci il tarixdə alınmışdır. İ həyat yoldaşı X28 ilə Qüdrət Xəlilov arasında nikah 26 mart 1998-ci il tarixdə pozulmuşdur. X39 İİ dəfə ailə həyatı quraraq iddiaçının anası olan X27 ilə 14 fevral 2**2-ci il tarixdə nikaha daxil olmuşdur. Minə Həsənova ilə birgə nikahından xx xxxxxx 2**1-ci il təvəllüdlü Ərizəçi anadan olmuşdur. X29 *9 aprel 2*11-ci ildə vəfat etmişdir. Qüdrət Xəlilov vəfat edən zaman iddiaçı Ərizəçi 1* yaşı olmuş və yetkinlik yaşına çatmadığı üçün anası Minə Həsənova isə mübahisəli əmlaka qarşı hər hansı narazılıq olmadığından Qüdrət Xəlilovdan miras qalmış əmlakı qəbul etmək üçün aidiyyatı orqanlara müraciət etməmişdir. İddiaçı Ərizəçi yetkinlik yaşına çatdıqdan sonra mərhum atasından miras qalmış əmlakı vərəsə olaraq öz adına keçirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 X45 “Asan xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş, lakin mirasın qəbulu üçün qanunvericilikdə müəyyən olunmuş müddəti keçirdiyi üçün ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. X39 vəfat etdiyi gündən ondan miras qalmış mübahisəli ünvanda mərhumun İİ həyat yoldaşı Minə Həsənova və oğlu Azər yaşamış və ondan miras qalmış mülkü idarə edərək faktiki olaraq qəbul etmişlər. Odur ki, iddiaçı Ərizəçi X39dan miras qalmış əmlakı faktiki qəbul etməsi və miras payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 X45 “Asan xidmət” mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizəyə ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 ifadə verərək izahatında bildirdi ki, X39la 17 yanvar 1994-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından *8 dekabr 1993-cü il təvəllüdlü X14 və 12 mart 1995-ci il təvəllüdlü X2* dünyaya gəlmişdir. Yola gedə bilmədiklərindən 26 mart 1998-ci il tarixdə boşanmışlar. Mübahisəli ünvan keçmiş həyat yoldaşı Qüdrət Xəlilov tərəfindən boşandıqdan sonra yəni, 22 sentyabr 1998-ci il tarixdə alınmışdır. Qızları Rəqsanə və Əfsanə sağlığında atasının yanına gedib gəlmiş hətta ataları Qüdrət öləndən sonra miras evi idarə etmişlər və mirası faktiki qəbul etmişlər. Mübahisəli ünvan birgə nikah dövründə alınmadığı və qanunvericiliyə uyğun olaraq mərhumdan miras qalmış mülkə vərəsə ola bilmədiyi üçün X39dan miras qalmış mübahisəli əmlakı uşaqlarının faktiki qəbul etməsi və həmin əmlakdan onların miras paylarının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X2* ifadə verərək izahatında bildirdi ki, mərhum X6 anası X28 ilə bir yerdə yaşamaqla rəsmi nikahda olmuşdur. Birgə nikahdan 12 mart 1995-ci il tarixdə o və *8 dekabr 1993-cü il tarixdə bacısı X14 dünyaya gəlmişdir. Mərhum X6 1998-ci il tarixdə anasından ayrılmış və daha sonra X27 ilə ailə qurmuşdur. Mərhum X6 *9.*4.2*11-ci il tarixdə vəfat etmişdir. Mərhum X6ndan Gəncə şəhəri, X5* küçəsi, 119A saylı ünvanda yerləşən ev miras qalmışdır. Atasının sağlığında və onun ölümündən sonra mirası qanun üzrə birinci növbəli vərəsə kimi qəbul edərək o və bacısı Rəqsanə Xəlilova istifadə hüquqlarını həyata keçirmişlər və miras əmlakı idarə etmişlər. Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən atası tərəfindən inşa edilmiş yaşayış evi qardaşı Ərizəçi anası tərəfindən miras kimi qəbul edilmişdir. Onlar bu müddət ərzində ögey anası Minə ilə tam mehriban, qarşılıqlı hörmət əsasında yaşamışlar. Ögey anası ilə onların arasında heç bir narazılıqları olmamışdır. Azərin anası Minə Həsənova ilə şifahi razılaşma əldə olunmuşdur. Atası vəfat etdiyi gündən bu günə kimi evin eləcə də küçə qapısının açarları onlardadır. Mərhum atası Qüdrət Xəlilovdan miras qalmış əmlakdan o da pay istəyir. Odur ki, mərhum atası Qüdrət Xəlilovdan miras qalmış Gəncə şəhəri, X5* küçəsi, ev 119A ünvanına onun da mirası qəbul etməsi faktının müəyyən edilməsi və sözügedən ünvana miras payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X14 bacısı X2* ilə eyni məzmunlu ifadə verərək mərhum atası Qüdrət Xəlilovdan miras qalmış Gəncə şəhəri, X5* küçəsi, ev 119A ünvanına onun da mirası qəbul etməsi faktının müəyyən edilməsi və sözügedən ünvana miras payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 21 oktyabr 2*22-ci il tarixdə keçirilmiş hazırlıq iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 izahatında bildirmişdir ki, oğlu Azər Ərizəçibaycan Respublikası Ədliyyə Nazirliyi 2 X45 “Asan Xidmət” Mərkəzinin Notarial ofisinə qarşı miras qalmış əmlakı faktiki qəbul edilməsi tələbinə dair ərizəsi ilə məhkəmə müraciət etmişdir. O, əri X11 miras qalmış evdən ona düşən hissədən oğlu Ərizəçi xeyrinə tam imtina etdiyini, mərhum əri X11 miras qalmış əmlakdan heç bir tələbi olmadığını, payından oğlunun xeyrinə tam imtina etdiyini, gələcəkdə də bu barədə oğluna qarşı hər hansı iddia tələbinin olmayacağını bildirmişdir. Əlavə olaraq bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 2**1-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatdadır. AZ-İ seriyalı, 119349 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 2**1-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuşdur. Valideynləri atası - X29, anası isə X21r. AZ-İ seriyalı, **5*61 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X27 arasında nikah 14 fevral 2**2-ci il tarixdə Azərbaycan Respublikası Cəlilabad rayon VVADQ şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 fevral 2**2-ci il tarixdə *2 nömrəli ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Xəlilov”, arvada “Həsənova” soyadı verilmişdir. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 iyun 2*22-ci il tarixli, 753 nömrəli arayışdan görünür ki, Ərizəçi 2**1-ci il tarixdən Gəncə şəhəri, X5* küçəsi, ev 119A ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi anası 1955-ci il təvəllüdlü X12 ibarətdir. Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 aprel 2*11-ci il tarixli, AZ-İ seriyalı, 462641 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 *9 aprel 2*11-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 aprel 2*11-ci il tarixdə 292 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi sirkə turşusu ilə zəhərlənmə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 23 sentyabr 2*21-ci il tarixli, 1521*24366 qeydiyyat nömrəli, 2*2*13**9937-1*3*1 reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, X5* küçəsi, 119A ünvanı X17 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 X45 “Asan xidmət” mərkəzində notariat ofisinin 22 iyul 2*22-ci il tarixli, 833 nömrəli məktubunda Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.” Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.” Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən “Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən “vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddəti keçirilmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 sentyabr 2*22-ci il tarixli, 13* nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı *1 iyul 1955-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş X29 *9 aprel 2*11-ci il tarixdə vəfat etmişdir. Ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikaı Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama *9 aprel 2*11-ci ilədək aparılmış və arvadı - *1 iyul 1955-ci il təvəllüdlü X27, oğlu - xx xxxxxx 2**1-ci il təvəllüdlü Ərizəçi, qızı - *8 dekabr 1993-cü il təvəllüdlü X31 və qızı - 12 mart 1995-ci il təvəllüdlü X2* aşkar edilmişdir. AZ-İ seriyalı, 112695 nömrəli, Gəncə şəhəri, Nizami rayonu, VVADQ şöbəsi tərəfindən 28 fevral 2**5-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 27 fevral 2**5-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 fevral 2**5-ci il tarixində 168 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyər ödemi qeyd edilmişdir. İİ-ЖГ seriyalı, 486*5* nömrəli, Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 *2 aprel 1995-ci il tarixində Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *2 aprel 1995-ci il tarixdə 211 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyər ödemi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 16 dekabr 2*22-ci il tarixli, 22332***998* nömrəli daşınmaz əmlaka dair məlumatın verilməsi və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə məktubunda bildirilmişdir ki, Kirovabad şəhəri 1 saylı Dövlət Notariat Kontorunun 3* iyul 1989-cu il tarixli, 2-7-1*95 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X25 tərəfindən Gəncə şəhəri, X5* (keçmiş Cavdxan, Osipyan) küçəsi, 119 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini X4. Bu müqaviləyə əsasən ünvanı Gəncə şəhəri, X5* küçəsi 119A kimi göstərməklə X26 adına 12 avqust 1989-cu il tarixli, 939 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı Dövlət Notariat kontorunun *8 yanvar 1991-ci il tarixli, 2-1-3 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən ev X35 tərəfindən X1. Bu müqavilə üzrə X8 adına 1* yanvar 1991-ci il tarixli, 939 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 5 saylı Dövlət notariat kontorunun 21 sentyabr 1998-ci il tarixli, 4M-2-168 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ev X22 tərəfindən X2. Həmin müqaviləyə əsasən X17 adına 22 sentyabr 1998-ci il tarixli, 939 reyestr nömrəli qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsi üzrə 23 sentyabr 2*21-ci il tarixli, 2*2*13**9937-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsinin 11 yanvar 2*23-cü il tarixli, *5/Q/22/13 nömrəli Gəncə Şəhər Məhkəməsinə ünvanlamış məktubunda bildirilmişdir ki, X29 barəsində nikah haqqında akt qeydi 17 yanvar 1994-cü il tarixdə 2* nömrəli akt qeydi ilə Gəncə şəhər Qeydiyyat şöbəsində qeydə alınmış, həmin nikahın pozulması isə 26 mart 1998-ci il tarixdə 32 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsində qeydə alınmışdır. İİ-ЖГ seriyalı, 295952 nömrəli, Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X28 arasında nikah 26 mart 1998-ci ildə ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 26 mart 1998-ci il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ərə “Xəlilov”, arvada “Hüseynova” soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 dekabr 2*22-ci il tarixli, 697 nömrəli doğum haqqında arayışdan görünür ki, X29 *1 avqust 1955-ci ildə Daşkəsən rayonu Qabaxtəpə kəndində anadan olmuşdur. Bu barədə 17 fevral 1964-cü il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 66 nömrə ilə doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Valideynləri atası - X34 anası – X9r. X29 *9 aprel 2*11-ci ildə vəfat etmiş onun ölümü 13 aprel 2*11-ci ildə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində 292 nömrə ilə qeydə alınmışdır. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, mərhum X29 17 yanvar 1994-cü il tarixdə X28 ilə nikaha daxil olmuş, birgə nikahlarından *8 dekabr 1993-cü il təvəllüdlü X14 və 12 mart 1995-ci təvəllüdlü X2* adlı iki uşaqları doğulmuşdur. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün 26 mart 1998-ci ildə aralarında olan rəsmi nikahları pozulmuşdur. X39 İİ dəfə X27 ilə 14 fevral 2**2-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Minə Həsənova ilə birgə nikahından xx xxxxxx 2**1-ci il tarixdə Ərizəçi doğulmuşdur. X29 *9 aprel 2*11-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Qüdrət Xəlilovun vəfatından sonra Gəncə şəhəri, X5* küçəsi, 119A ünvanı miras olaraq qalmışdır. X39 vəfat etdikdən sonra miras əmlak mərhumun birinci növbələri vərəsələri olan Ərizəçi, Minə Həsənova, Rəqsanə Xəlilova və Əfsanə Həsənova tərəfindən faktiki qəbul edilmiş və sonuncular miras əmlakda yaşamaqla miras kütləsini idarə etmişlər. Daha sonra Ərizəçi yetkinlik yaşına çatdıqdan sonra mərhum atasından miras qalmış əmlakı vərəsə olaraq öz adına keçirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 X45 «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 X45 “Asan xidmət” mərkəzində notariat ofisinin 22 iyul 2*22-ci il tarixli, 833 nömrəli məktubunda iddiaçı Ərizəçi mirasın qəbul edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddəti ötürdüyü üçün məhkəmə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, iddiaçı Ərizəçi mərhum atası Qüdrət Xəlilovdan miras qalmış Gəncə şəhəri, X5* küçəsi, 119A ünvanının tərəfindən faktiki qəbul edilməsi və sözügedən ünvana tam payının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X14 və X2* məhkəməyə ərizə təqdim edərək Gəncə şəhəri, X5* küçəsi, 119A ünvanının tərəflərindən faktiki qəbul edilməsi və həmin ünvana paylarının müəyyən edilməsini xahiş etmişlər. İddia ərizəsindən görünür ki, iddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.9-cu maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam vereilməsinin asılı olduğu mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilən Məcəllənin 3*9.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2*19-cu il tarixli 3 saylı Qərarının 1*-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 3*7.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müəyyən olunması xahiş olunan hüquqi əhəmiyyətli fakt daşınmaz əmlaka dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı olduğundan, hazırki iddiaya daşınmaz əmlakın yerləşdiyi məhkəmədə baxılması qanunidir və bu səbəbdən iddiaçı düzgün olaraq Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əvvəlcə, məhkəmə qeyd edir ki, irəli sürülən iddia tələbi üzrə yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və miras əmlaklara dair mülkiyyət hüququnun əldə edilməsi baxımından mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən normaları tətbiq edilməlidir. “G.Qəhrəmanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2*14-cü il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiq edilməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin edilməsi məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın qəbulu dedikdə elə hərəkətlər başa düşülür ki, bu hərəkətlər vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını hərəkətə keçirir və miras əmlakı qəbul etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, hüququdur. Bu o deməkdir ki, o, mirası qəbul edə bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu birincisi xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədi ilə həyata keçirilir, ikincisi o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyildir. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o, vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla formal üsulla və qeyriformal üsulla həyata keçirilir. Mirasın qəbulunun formal üsulu dedikdə, vərəsinin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olma niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbulu edilməsi, dedikdə vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə olan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Öz hüquqi hərəkətinə görə bu konludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətərlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyduğu evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 oktyabr 2*22-ci il tarixli qərarında qeyd edilir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2*22-ci il tarixli qərarında belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Mülki Məcəllənin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Məhkəmə qeyd edir ki, iddiaçının miras qoyan X39la qohumluq bağının olması – oğlu olması işin mübahisəsiz halıdır. Ərizəçi mərhum atası Qüdrət Xəlilovdan miras qalmış əmlakdan atası vəfat etdiyi vaxtdan yaşamış, istifadə etmiş və miras əmlakı idarə etmişdir. Eyni zamanda mərhum atası Qüdrət Xəlilovdan miras qalmış əmlakı öz adına keçirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 X45 “Asan xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 X45 “Asan xidmət” mərkəzinin notariat ofisinin 22 iyul 2*22-ci il tarixli, 833 nömrəli məktubunda iddiaçı Ərizəçi bildirilmişdir ki, miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. İşin bu halı da iddiaçının mirası faktiki qəbul etdiyini təsdiq edir, çünki qanun mirasın vərəsələr tərəfindən qəbul edilməsi şərtlərindən biri kimi həm də onun vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müvafiq notariat ofisinə müraciət etməsini nəzərdə tutur. Odur ki, iddiaçı Ərizəçi mərhum atasından miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişdir. Lakin məhkəmə iddiaçı Ərizəçi iddia ərizəsində bütövlükdə miras əmlakı faktiki qəbul etməsi və bütövlükdə payının müəyyən edilməsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2**8-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin adı çəkilən Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlaklı bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X33 iddiaçı olan oğlu Ərizəçi başqa vərəsələri də mövcuddur. Bu hal məhkəmə iclasları zamanı izahatlarda da öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə X33 birinci növbə qanun üzrə vərəsələri olan digər şəxsləri də araşdırmış və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X33 İ həyat yoldaşından olan Əfsanə və Rəqsanə adlı uşaqları və İİ həyat yoldaşı Minə Həsənova da onun qanun üzrə vərəsələridir. Bu səbəb də onlar da üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X33 ilk nikahından olan uşaqları X14 və X2* da mərhum atalarından miras qalmış mübahisəli əmlak olan Gəncə şəhəri, X5* küçəsi, 119A ünvanından ataları vəfat etdikdən sonra istifadə etmiş, həmin əmlakın açarları onlarda olmuş və həmin ünvanı iddiaçı ilə yanaşı idarə etmişlər. Bununla da X33 İ evliliyindən olan uşaqları X14 və X1* mərhum ataları Qüdrət Xəlilovdan miras qalmış əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirdikləri və həmin əmlakı faktiki qəbul etdikləri müəyyən edilmişdir. Eyni zamanda məhkəmə iclasında X14 və X2* mərhum atalarından miras qalmış mülkə paylarının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə X33 İİ həyat yoldaşı Minə Həsənovanın mirası faktiki qəbul etməsi və payının müəyyən edilməsi hissəsini araşdıraraq qeyd edir ki, X33 İİ həyat yoldaşı, iddiaçı Ərizəçi anası Minə Həsənova mərhum həyat yoldaşı vəfat etdikdən sonra ondan miras qalmış əmlakla bağlı narazılıq olmadığından mərhum həyat yoldaşından miras qalmış əmlakla bağlı aidiyyatı orqanlara müraciət etməmişdir. Mübahisəli ünvanda Qüdrət Xəlilov vəfat etdikdən sonra iddiaçı oğlu Azər ilə birlikdə yaşamış və həmin əmlakdan hazırki günədək istifadə edərək əmlakı faktiki olaraq qəbul etmişdir. Minə Həsənova mərhum həyat yoldaşı Qüdrət Xəlilovdan miras qalmış əmlakla bağlı heç bir tələbinin olmadığını, öz payından oğlu Ərizəçi xeyrinə tam imtina etdiyini və oğlu Ərizəçi iddiasının təmin olunmasını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Minə Həsənovanın öz payından oğlu Ərizəçi xeyrinə imtina etməsi hissəsinə qiymət verərək məhkəmə qeyd edir ki, Minə Həsənovanın mərhum həyat yoldaşı Qüdrət Xəlilovdan miras qalmış əmlakı faktiki qəbul etməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Bununla da müəyyən olunur ki, qanun mirasdan imtina şərtlərini və müddətini müəyyənləşdirmiş və mirasdan imtina ilə bağlı notariat orqanına müraciət edilməli olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Minə Həsənovanın hazırki xahişi nəzərə alınmamalı və miras payını belə bir niyyəti olacağı halda notariat qaydasında oğlu Ərizəçi bağışlaya bilər və bunun üçün o, notariat orqanına maraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu səbəbdən məhkəmə X33 birinci növbə qanun üzrə vərəsələri olan ata və anasının miras paylarının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 112695 nömrəli, Gəncə şəhəri, Nizami rayonu, VVADQ şöbəsi tərəfindən 28 fevral 2**5-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X33 anası X18 27 fevral 2**5-ci il tarixdə, iş materiallarına əlavə edilmiş İİ-ЖГ seriyalı, 486*5* nömrəli, Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən atası X34 isə *2 aprel 1995-ci il tarixdə vəfat etmişlər. X33 valideynləri - anası və atası Qüdrət Xəlilovun sağ olduğu məqamda öldükləri üçün onların miras payı olmamışdır. Eyni zamanda məhkəmə X33 İ həyat yoldaşı X15 miras qalmış əmlaka olan payının olub-olmamasını müəyyən etmək məqsədi ilə X24 da üçüncü şəxs qismində cəlb etmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, mərhum X29 ilə X28 arasında nikah 26 mart 1998-ci ildə ləğv edilmişdir. Qüdrət Xəlilov isə ondan miras qalmış əmlakı 22 sentybr 1998-ci il tarixdə almışdır. Beləliklə sözügedən əmlak Qüdrət Xəlilov ilə Humay Hüseynovanın birgə nikah dövründə alınmadığı və ər-arvadın birgə mülkü olmadığı üçün Humay Hüseynovanın sözügedən əmlakdan payı müəyyən edilə bilməz. Beləliklə məhkəmə yekun olaraq belə nəticə gəlir ki, mərhum X17 mülkiyyətində olan Gəncə şəhəri, X5* küçəsi, 119A ünvanının Ərizəçi, X14 və X2* və X27 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və həmin vərəsələr qanun üzrə vərəsələr olmaqla vərəsəlikdə payları bərabər hesab olunmalı, X3 miras qalmış Gəncə şəhəri, X5* küçəsi, 119A ünvanında onun vərəsəri olan Ərizəçi ¼, X5 ¼, X1* ¼ və X16 ¼ hissədə payı müəyyən edilməlidir. İddia tələbi qalan hissə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X3 miras qalmış Gəncə şəhəri, X5* küçəsi, 119A ünvanında yerləşən miras əmlakın Ərizəçi, X14, X2* və X27 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. X3 miras qalmış Gəncə şəhəri, X5* küçəsi, 119A ünvanında yerləşən miras əmlaka Ərizəçi ¼, X5 ¼, X1* ¼ və X16 ¼ hissə olmaqla miras payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə də iddia qaldırmaq məqsədi ilə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-220/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-220/2023
19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver