Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2213/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdeh X9, onun nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı X14 qarşı «mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 qarşı Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinin qapısının açılması və Cavabdeh həmin mənzilə daxil olmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzil onun yeganə yaşayış yeri olmuş və hazırda da onun yeganə yaşayış yeridir. Həmin mənzilin əsas kirayəçisi X31 olmuş, F.Ə.Əhmədovun ailə tərkibi kimi o özü, onun anası X32, onun uşaqları X10 və X11 qeydiyyatda olmuşlar. X20 ölümündən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli sərəncamı əsasında onunla kirayə müqaviləsi bağlanmışdır. Lakin onun mərhum qardaşı X21 arvadı X22 mənzilə özbaşına daxil olmuş və onun tələblərinə baxmayaraq, mənzildən çıxmamışdır. Buna görə də o, ona kirayəyə verilmiş mənzildən hazırki tarixədək istifadə edə bilməmişdir. Halbuki, onun qardaşı X33 1992-ci ilə qədər ailəsi birlikdə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildə yaşamış, daha sonra V.F.Əhmədov ailəsi ilə birlikdə yaşamaq üçün Gəncə şəhərinə, daha sonra isə Rusiya Federasiyasına getmişdir. Hətta 1990-ci illərin sonlarında X9 müraciəti əsasında S.H.İsrafilli və V.F.Əhmədov arasında olan nikah pozulmuşdur. 1992-ci ildən sonra nə S.H.İsrafilli, nə də V.F.Əhmədov Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildə yaşamamış, 1998-ci ildə S.H.İsrafilli öz əşyalarını Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildən aparmışdır. X7 müraciəti əsasında həmin şəxslə onun qadaşı X33 ilə arasında olan nikah pozulmuşdur. 1993-cü ildən 2023-cü ilədək nə S.H.İsrafilli, nə də S.H.İsrafillinin ailə üzvləri Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildə yaşamamışdır. Onun qardaşının uşaqları isə uşaq yaşlarında yalnız bir neçə saatlıq ziyarət məqsədi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilə qonaq gəlib, sonra öz yaşadıqları evə geri qayıtmışlar. X2 təqsirli hərəkətləri ilə əlaqədar o, ona kirayəyə verilmiş mənzildən istifadə edə, orada yaşaya bilmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında verdiyi və xx.xx.2024cü il tarixli məhkəmə hazırlıq iclasında təsdiq etdiyi izahatında cavabdeh X22 iddianı qəbul etməyərək, göstərmişdir ki, o, 1988-ci ildə X33 ilə nikaha girərək, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilə gəlin köçmüş, 1992-ci ilə qədər həmin ünvanda, 1992-ci ildən sonra bacısı X12 mənzilində yaşamağa başlamışdır. Həmin vaxt onun əri X33 da yaşamaq üçün onun bacısının mülkiyyətində olan mənzilə köçmüşdür. Onların Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildən başqa ünvana köçmə səbəbləri onun qaynatası və qaynanası arasında olan dava-dalaşla əlaqədar sakit mühitdə yaşamaq istəyi olmuşdur. Lakin həmin davadalaşın onunla və X33 ilə heç bir əlaqəsi olmamış, həmin şəxslər öz aralarında dava-dalaş etmişlər. 1992-ci ildən etibarən V.F.Əhmədov Rusiya Federasiyasına gedib-gəlmiş, 1993cü ildən isə daimi olaraq Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. O, 1993-cü ildən 2023-cü ilin yay aylarınadək Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildə yaşamamış, 2023-cü ilin yay aylarında V.F.Əhmədovun anasının verdiyi açarla Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilin qapısını açıb, mənzilə daxil olmuşdur. Onun Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildə olan əşyaları isə 1998-ci ildə bacısının ona bağışladığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 8 nömrəli evin 9 nömrəli mənzilini bəzəmək üçün çıxartmışdır. Lakin S.H.İsrafilli sonradan həmin izahatının nəzərə alınmamasını və xəstəliyi ilə əlaqədar işin həqiqi hallarına uyğun olmayan izahat verdiyi bildirərək, sonrakı izahatında bildirdi ki, o, X33 ilə 1998-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikaha daxil olarkən X21 atasına məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinə gəlib köçüb, orada yaşamışdır. Onun mərhum qaynatası X31 və qaynanası X32 onu ailənin üzvü kimi qəbul edərək, onu Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilə daimi qeydiyyata aldırmışdır. O, F.Ə.Əhmədovun və D.G.Əliyevanın öldüyü tarixədək həmin şəxslərlə birlikdə yaşamış, onlar ümumi təsərrüfatı birlikdə idarə etmişlər. Həmin mənzildə onunla X21 birgə nikahından xx.xx.1989-cu ildə X29 və xx.xx.1992-ci ildə X37 adlı 2 uşaq anadan olmuşdur. X33 ilə onun maddi vəziyyəti yaxşı olmadığından V.F.Əhmədov 1993-cü ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, 1996-cı ilə qədər onunla əlaqə saxlamış, lakin sonradan V.F.Əhmədovla əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra onun mərhum qaynanası V.F.Əhmədovun qayıdacağına ümid edərək, 1998-ci il tarixdə həm V.F.Əhmədovun geri qayıtması üçün sonuncuya psixojoli təsir göstərmək məqsədi ilə boşanmasını, həm də tək qadın kimi sosial yardım almaq məqsədi ilə V.F.Əhmədovdan boşanmağı ona tövsiyyə etmişdir. O qaynanasının dediklərini edərək, V.F.Əhmədovla aralarında olan nikahı pozsa da, V.F.Əhmədov geri qayıtmamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2214/2024 nömrəli qətnaməsi ilə V.F.Əhmədov 1996-cı ildə ölmüş elan edilmişdir. Onun qaynanası X32 isə 2022-ci il tarixdə vəfat etmişdir. Həmin tarixədək qayınanası X32 ilə birlikdə mehriban yaşamışdır. X32 hər zaman V.F.Əhmədovun onu 2 uşaqla tək qoyub getməsinə görə ona yardım məqsədi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzili ona verəcəyini demişdir. Onun həmin evdə yaşamağı və istifadə hüququnun olmağı İddiaçı iddia tələbindən də aydın olur. Onun qaynanası X32 2022-ci ildə ölmüşdür və mənzilin sənədləri də hazırda ondadır. İddiaçı isə 2023-cü ildə X23 ölümündən istifadə edərək, onun xəbəri olmadan sərəncam almışdır. O gələcəkdə həmin sərəncamı mübahisələndirəcəkdir. Onun Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildə həm istifadə hüququ, həm də mərhum oğlu X26 vərəsəsi kimi payı vardır. Digər tərəfdən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Buna görə də İddiaçı iddiası əsassızdır. Sonda S.H.İsrafilli iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 S.H.İsrafillinin izahatını müdafiə edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X8 xx.xx.2023cü il tarixli M-727 nömrəli arayışından görünür ki, 10 nömrəli Xidmət Sahəsinin arxiv sənədlərin əsasən Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilin 1500 nömrəli şəxsi hesab vərəqəsi X20 adına açılmışdır. Mənzilin yerləşdiyi bina Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 6382 nömrəli sərəncamı ilə «Qərb Sənaye Mülki Tikinti» Birliyinin Mənzil Kommunal kontorunun balansından Gəncə şəhər MPUİTİ-nin balansına qəbul edilmişdir. Sənədlər qəbul edilən zaman mənzilin orderi Birliyə təhvil verilməmişdir. Ailə tərkibi 5 nəfərdən ibarət olmuşdur: X31, İddiaçı, X32, X10, X11. Mənzildə bu şəxslərdən başqa digər şəxslər qeydiyyatda olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası X44 filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X44 filialında mühafizə olunan Kirovabad şəhər X41 İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Tresti arxiv fondunun mövcud sənədləri yoxlanılmış, X20 adına Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilə dair heç bir hüquqverici sənəd aşkar olunmamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzil özəlləşməmişdir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 455 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilin kirayəçisi X20 vəfatı ilə əlaqədar mənzilin əsas kirayəçisi – qızı İddiaçı hesab edilməklə, mənzil onun ailə üzvlərinin istifadəsinə verilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 42 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzil Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X13 tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 455 nömrəli sərəncamı əsasında İddiaçı kirayəyə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X31 xx.xx.2001ci ildə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X33 xx.xx.1964-cü ildə anadan olmuşdur. V.F.Əhmədovun atası X31, anası X24r. İş materiallarında olan XVİ-ЖГ seriyalı 437322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1992-ci ildə anadan olmuşdur. E.V.Əhmədovun atası X33, anası X15r. İşdə olan AZ-İİ seriyalı 386889 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 8 nömrəli evin 9 nömrəli mənzili Gəncə şəhəri, 4 saylı Dövlət notariat kontorunun xx.xx.1999-cu il tarixli, 3M-2-161 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X9 adına xx.xx.1999cu il tarixli, 13386 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-291 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, sözügedən əmlak X22 tərəfindən X16 bağışlanmışdır. Həmin müqaviləyə əsasən sonuncunun adına xx.xx.2024cü il tarixli, **********34-05101-093013 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə cavabdeh X9 məhkəmə iclaslarında verdiyi fərqli məzmunlu izahatları məhkəmə iclasında sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, S.H.İsrafillinin ilkin izahatı mülki işin həqiqi hallarına uyğun olsa da, sonradan dəyişdirilmiş izahatında göstərilən xüsusatlar ağlabatan və inandırıcı deyildir. Belə ki, S.H.İsrafilli ilkin izahatının işin həqiqi hallarına uyğun olmadığını bildirsə də, o, həmin izahatı verərkən öz bildirdiklərinin təsdiq vasitəsi kimi istinad etdiyi sübutları, məsələn bacısının Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 8 nömrəli evin 9 nömrəli mənzilini ona bağışlamasına dair sxemi, xəstəliyi ilə əlaqədar başqa yaşayış yeri seçə bilməməsini təsdiq edən sənəd kimi xəstəlik tarixçəsini və s. sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin S.H.İsrafilli məhkəmə iclasında səsləndirdiyi tarixlər həqiqətə uyğun olmuş və digər sübutlarla təsdiq edilmişdir (məsələn, bacısı tərəfindən mənzilin ona bağışlandığı tarix, əri X21 ölkədən getdiyi tarix, oğlunun vəfat etdiyi tarix və s.). Həmçinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında S.H.İsrafilli həmin izahatının həqiqiliyini təsdiq etmişdir. Lakin sonradan S.H.İsrafilli ilkin izahatına tamamilə zidd məzmunda izahat vermiş və onun həmin izahatı iddianın rəddinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz auido yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzili dövlət mənzil fonduna daxildir. Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilin 1500 nömrəli şəxsi hesab vərəqəsi X20 adına açılmışdır. Mənzilin yerləşdiyi bina Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 6382 nömrəli sərəncamı ilə «Qərb Sənaye Mülki Tikinti» Birliyinin Mənzil Kommunal kontorunun balansından Gəncə şəhər MPUİTİ-nin balansına qəbul edilmişdir. Sənədlər qəbul edilən zaman mənzilin orderi Birliyə təhvil verilməmiş, ailə tərkibi 5 nəfərdən - X17, İddiaçı, X18, X3 və X4 ibarət olmuşdur. Mənzildə bu şəxslərdən başqa digər şəxslər qeydiyyatda olmamışdır. X22 1988-ci ildə qeyd olunan mənzilə gəlin köçmüşdür. Lakin 1992-ci ildə X22 və onun əri X33 başqa ünvanda yaşamaq üçün Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilini tərk etmiş, 1998-ci ildə isə X22 həmin mənzildə olan əşyalarını çıxararaq, ona hədiyyə edilmiş – Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 8 nömrəli evin 9 nömrəli mənzilinə aparmışdır. X1 özünün bildirməsinə görə 1996-cı ildə onun tələbi əsasında X33 ilə aralarında olan nikah pozulmuşdur. X31 xx.xx.2001-ci ildə ölmüş, İddiaçı və Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 42 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzil xx.xx.2023-cü il tarixli 455 nömrəli sərəncamı əsasında İddiaçı kirayəyə verilmişdir. Bundan sonra X5 şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinə daxil olmuş, İddiaçı tələbinə baxmayaraq, həmin mənzili tərk etməmişdir. İddiaçı X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X22 həmin iddianı qəbul etməmiş, öz etirazını Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildə özünün istifadə hüququnun olması, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması və mübahisəli mənzilə hüquqların digər şəxslərdən ona vərəsəlik qaydasında keçməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəflər arasında hazırki mübahisənin həlli üçün ilk növbədə iddiaçının iddiaya subyektiv və cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmasına dair xüsusatların araşdırılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0 və 8.0.1-ci maddələrinə görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa da belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 9.1 və 9.2.2-ci maddələrinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsi yaradan hərəkətlərin qarşısının alınması mənzil hüquqlarının müdafiəsi üsullarındandır. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; yaşayış sahəsini ikinci əldən kirayəyə vermək; yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək; yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək; kirayəyə verəndən yaşayış sahəsinin vaxtlı-vaxtında əsaslı təmirinin aparılmasını, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasında lazımınca iştirak etməyi, habelə lazımi kommunal xidmətlərin göstərilməsini tələb etmək hüquqları vardır. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin bu Məcəllənin 66.1-ci maddəsində göstərilən hüquqlardan başqa bu Məcəllə ilə, digər qanunlarla və yaşayış sahəsinin sosial kirayə müqaviləsi ilə nəzərdə tutulmuş digər hüquqları ola bilər. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı və cavabdehin həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması, eləcə də cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan ilk öncə subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 42 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzil xx.xx.2023-cü il tarixli 455 nömrəli sərəncamı əsasında İddiaçı kirayəyə verilmiş, bununla da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbi baxımından İddiaçı həmin mənzildən sahiblik və istifadə, eləcə də bu hüquqların təmininə və müdafiəsinə yönəlmiş mütənasib hüquqları yaranmışdır və hazırda da mövcuddur. Buna görə də cavabdeh X9 etirazının əsası kimi İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasına dair göstərdiyi xüsusat əsassızdır. Bundan başqa, cavabdeh X22 mübahisəli mənzilə 1988-ci ildə gəlin köçmüş, S.K.İsrafilli və onun keçmiş əri X33 1992-ci ildə həmin mənzili tərk edib, başqa ünvanda yaşamağa başlamış, yəni buna bağlı hüquq münasibəti 01 sentyabr 2000-ci ilə qədər yaranmış və bitmişdir. Buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla, bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Mənzil Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə X9 1992-ci ildən 2023-cü il tarixədək Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilində deyil, başqa ünvanda yaşamaqla özünə başqa yaşayış yeri seçməsini və Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 8 nömrəli evin 9 nömrəli mənzilinə mülkiyyət hüququ əldə etməklə hazırda mübahisə predmeti olan mənzilə ehtiyacının aradan qalxmasını nəzərə alaraq, hesab edir ki, X9 Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinə istifadə hüququ 1992-ci ildə itirilmişdir. Buna görə də cavabdeh X9 etirazının əsası kimi Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilinə istifadə hüququnun olmasına dair göstərdiyi xüsusat əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxilidir. Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə qeyd edir ki, işin müəyyən edilən halına görə mübahisədə adı keçən yaşayış sahəsi dövlət mənzil fonduna aiddir. Dövlət fonduna aid mənzillərin statusu, orada yaşayan şəxslərin (icarədar və onunla birlikdə yaşayan ailə üzvlər) hüquq və vəzifələri və s. münasibətlər xüsusi sahəvi Qanun olan Mənzil Məcəlləsi ilə nizama salınır. Mübahisə predmeti olan mənzilə dair İddiaçı atası X31 ilə əvvəllər kirayə müqaviləsi bağlanmışdır. Belə olan halda da, mübahisə həmin dövrdə tətbiq edilən 1982-ci il Mənzil Məcəlləsinin normaları baxımından həll edilməlidir. Qeyd edilən Mənzil Məcəlləsinin 85-ci maddəsinin birinci hissəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Başqa sözlə, dövlət fonduna aid mənzillərdə icarədar öldükdə onun ailə üzvlərinin hər birinin hüququ vardır ki, yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb etsin. Göründüyü kimi, dövlət fonduna aid mənzillərlə bağlı mənzil qanunvericiliyi universal hüquq varisliyi baxımından deyil, icarədar öldükdə icarə münasibətlərinin davam etməsinin onunla birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsində istifadə hüququ kimi tanıyır. Dövlət mənzil fonduna aid yaşayış sahələri ilə bağlı icarə münasibətlərinin bu qaydada davam etməsinin universal vərəsəliklə əlaqələndirmək, həm mənzil qanunvericiliyinin, həm də vərəsəlik hüquq münasibətlərinin hüquqi təbiətinə ziddir. Bu baxımdan, mübahisədə adı keçən yaşayış sahəsinə hüquqlar yalnız mənzil qanunvericiliyi ilə müəyyən edilmiş icarədar kimi tanınmaq hüququ ilə məhdudlaşır. Hazırki halda isə iddiaçı Əhmədova X38 şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilə dair kirayə müqaviləsi bağlamaqla icarədar kimi tanınmışdır. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdeh X9 etirazının əsası kimi mübahisəli mənzilə hüquqların digər şəxslərdən ona vərəsəlik qaydasında keçməsinə dair göstərdiyi xüsusat əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, cavabdeh X6 şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilindən çıxarılmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh X6 şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilindən çıxarılsın və İddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2213/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2213/2024
24.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver