Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2214/2023 02.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti MKTB-nin Cavabdeh qarşı «yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti MKTB-ı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Üz.Hacıbəyov küçəsi, 4-cü döngə, 1 nömrəli binanın 92 nömrəli otağından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Üz.Hacıbəyov küçəsi, 4-cü döngə, 1 nömrəli binanın (yataqxananın) 92 nömrəli mənzili Gəncə şəhəri MKTB-nin balansına aiddir. Həmin binanın 92 nömrəli otağında qeydiyyatda olan Cavabdeh Ouc qızı heç vaxt həmin otaqda yaşamamışdır. Hansı formada həmin otağa qeydiyyata düşməsi iddiaçıya məlum deyildir. Kommunal xərcləri adambaşına hesablandığı üçün ödənişdə müəyyən çətinliklər yaraNır. Üz.Hacıbəyov küçəsi, 4-cü döngə, 1 nömrəli binada (yataqxanada) qeydiyyatda olmasına baxmayaraq, Cavabdeh haqqında heç bir məlumat yoxdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddianın əsaslandığı hallardan da göründüyü kimi, Cavabdeh Gəncə şəhəri, Üz.Hacıbəyov küçəsi, 4-cü döngə, 1 nömrəli binada (yataqxanada) qeydiyyatda olsa da, heç vaxt həmin mənzildə yaşamamış, oradan istifadə etməmiş, həmin mənzildə yalnız formal olaraq pasport qeydiyyatına düşmüş və bundan iddiaçının məlumatı olmamışdır. İddia tələbində bir tərəfdən cavabdehin həmin otaqda yaşamadığı və formal qeydiyyata alındığı qeyd edilsə də, digər tərəfdən həmin şəxsin otaqdan istifadə hüququnun itirilməsi tələb edilmişdir. Mövcud olmayan istifadə hüququnun itirilməsi isə qeyri-mümkündür. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması məqsədi ilə hazırki iddia tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2*2*-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3*-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı mövqeyə əsasən hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya cavabdehlərin ona məxsus evdən pasport qeydiyyatından çıxarılmaları tələbi ilə ilkin olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət etməsi, onun müraciətindən imtina edildikdə isə həmin orqana qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti MKTB-nin Cavabdeh qarşı «yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbi barədə iddiasının iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2214/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2214/2023
02.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver