Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2221/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı “yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdeh qarşı “yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 4-cü döngə, 1 nömrəli binanın 7* nömrəli otağında qeydiyyatda olan Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Üzeyir Hacıbəyov küçəsi, 4-cü döngə 1 nömrəli bina (yataqxana) 7* nömrəli mənzil Gəncə şəhər MKTİB-nin balansına aiddir. Həmin binanın 7* nömrəli otağında qeydiyyatda olan Cavabdeh heç vaxt həmin otaqda yaşamamışdır. Hansı formada həmin otağa qeydiyyata düşməsi onlara məlum deyildir. Kommunal xərcləri adambaşına hesablandığı üçün ödənişlərdə müəyyən çətinliklər yaradır. Üzeyir Hacıbəyov küçəsi, 4-cü döngə (yataqxana) 1 nömrəli binada qeydiyyatda olmasına baxmayaraq onun haqqında heç bir məlumat yoxdur. Məhkəmə iclasında Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9-saylı Xidmət sahəsi tərəfindən verilmiş 3* yanvar 2*23-cü il tarixli, 51 nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 4-cü döngə, bina 1, mənzil 7* ünvanında qeydiyyatı var, yaşamır. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 fevral 2*23-cü il tarixli, 2236*9****53*8 (yataqxana) nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, Rzayev X3 Hacıbəyov, döngə 4, ev 1, mənzil 7* ünvanında qeydiyyatdadır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb məhkəmə isclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi alanadək və ya bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş uçotdan çıxarmaq üçün əsaslar aşkar edilənədək saxlanılır. Həmin Məcəllənin 6*.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 4-cü döngə 1 nömrəli bina (yataqxana) 7* nömrəli mənzil Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 7* nömrəli otağında Cavabdeh qeydiyyatda olsa da, orada yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 4-cü döngə, 1 nömrəli binanın 7* nömrəli otağında qeydiyyatda olan Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 4-cü döngə, 1 nömrəli binanın 7* nömrəli otağından istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2221/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2221/2023
03.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver