Məhkəmə qərarları › İş №2(125)-2232/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2232/2022

20.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2232/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 12 may 1958-ci il tarixdə anadan olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 may 1958-ci ildə anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, o, 12 may 1958-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Lakin onun doğum haqqında şəhadətnaməsində doğulduğu il 1958-ci il kimi qeyd olunmuş, doğulduğu gün və ay isə göstərilməmişdir. 1979-cu ildə o, X1 ilə nikah bağlamış və nikah haqqında şəhadətnamədə onun doğum tarixi 12 may 1958-ci il tarixi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi vətəndaşın doğumu haqqında şəhadətnaməsi əsasında verildiyindən onun şəxsiyyət vəsiqəsində doğum tarixi «XX.XX.1958» kimi göstərilmişdir. Hazırda o, Cavadxan Ailə Sağlamlıq Mərkəzində tibb bacısı kimi işləyir və onun doğum tarixi qeyri-müəyyən olduğundan ona 2*23-cü ilin yanvar ayının 1-də 65 yaşın tamam olması ilə əlaqədar işdən azad olma barədə xəbərdarlıq verilmişdir. Onun tarixi 12 may 1958-ci ildir. Bu hal onun nikah haqqında şəhadətnaməsində də öz əksini tapmışdır. Lakin şəxsiyyət vəsiqəsində doğum günü və ayı yazılmadığından o, bu faktı başqa qaydada sübut edə bilmir. Sonda Ərizəçi iddiaya baxılıb, mülki iş üzrə qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, ərizəçini dinləyərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli 3 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə izah edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.*.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi 12 may 1958-ci il tarixdə anadan olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməli, Ərizəçi yaşın müəyyən edilməsi barədə müvafiq qeydiyyat şöbəsinə, qeydiyyat şöbəsinin qərarlarının qanuniliyini mübahisələndirdiyi halda isə bu barədə məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumu (tarix:23.*9.2*22; ödənişi qəbul edən təşkilat: "xxxx" ASC-nin «Gəncə» filialı; mədaxil qəbz nömrəsi: 9********) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi 12 may 1958-ci il tarixdə anadan olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:23.*9.2*22; ödənişi qəbul edən təşkilat: "xxxx" ASC-nin «Gəncə» filialı; mədaxil qəbz nömrəsi: 9********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar