Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2234/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2* Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış X17 qəsəbəsində yerləşən 5*7*13*12684 reyestr nömrəli çıxarış üzrə *,*8 ha torpaq sahəsinin vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib izahatında göstərdi ki, xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X1 onun anasıdır. O, 12.*7.2*19cu il tarixdə vəfat etmişdir. Anasının sağlığında öz vəsaiti hesabına Samux rayonu İnstitut qəsəbəsində *,*8 ha torpaq sahəsi almışdır. Torpağa dair anasının adına mülkiyyəti təsdiq edən çıxarış verilmişdir. Anasından miras qalmış əmlak yəni sözügedən torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsi onun tərəfindən qəbul olunmuş və idarə olunur. Anasının digər övladları mirasdan onun xeyrinə imtina etməyə razıdır. Belə ki, onlar birinci növbə vərəsələrdir və başqa vərəsə yoxdur. O artıq uzun müddətdir sözügedən mirası qəbul eləmiş və əmlak onun tərəfindən idarə olunur. Lakin Notariat Ofisinə müraciət etdikdə ona 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzinin notariat ofisi məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi onun bacıdır. Belə ki, sözügedən torpaq sahəsini ərizəçi mərhum analarının adına almış və həmin torpaq sahəsini istifadə etmiş, orada ağaclar əkmişdir. Torpaq sahəsinin onun adına keçməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, ərizəçi Səadət onun qonşusudur. Belə ki, onun Samux rayonu, İnstitut qəsəbəsində torpaq sahəsi var. Artıq on ildir ki, həmin torpaq sahəsinə gəlib-getmiş və istifadə etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- *1.*3.2*18-ci il tarixli, RX seriyalı 1214*9* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən ümumi sahəsi *,*8 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır. 13.*7.2*19-cu il tarixli, AZ-İİ *2481* nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 12.*7.2*19-cu il tarixdə ölmüşdür. 14.12.2**5-ci il tarixli, AZ-İ 168492 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12.12.2**5-ci il tarixdə ölmüşdür. 11.*8.2*22-ci il tarixli 8İ-4222 saylı,11.*8.2*22-ci il tarixli 8İ-4223 saylı və 14.*8.2*22ci il tarixli, 8İ-15478 saylı notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X5, X7 və X6 analarından miras qalmış əmlakdan imtina etmişlər. 27.1*.2*22-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi Samux rayonu, İnstitut qəsəbəsində yerləşən torpaq sahəsinə görə 3,*1 manat bələdiyyə vergisi ödəmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinin *2.*8.2*22-ci il tarixli, 1844 saylı məktubundan görünür ki, mirası qəbul etməsi müddətini keçirdiyi üçün ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir Məhkəmə iclasında müəyyən olundu ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən *,*8 ha torpaq sahəsi ərizəçinin mərhum anası X2 miras qalmışdır. Ərizəçinin anası X8 12.*7.2*19-cu il tarixdə öləndən sonra vərəsəsi olan qızı Ərizəçi miras əmlakı faktiki olaraq qəbul edərək həmin mirası idarə etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə ərizəyə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Bundan başqa məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında izah olunmuşdur ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçi mərhum anasından miras qalmış əmlaka sahiblik və ondan istifadə etməklə mrası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 3*7.2.9) Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi mərhum anası X2 miras qalmış Samux rayonu, İnstitut qəsəbəsində yerləşən RX seriyalı 1214*9* nömrəli çıxarış üzrə *,*8 ha torpaq sahəsini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi mərhum anası X2 miras qalmış Samux rayonu, İnstitut qəsəbəsində yerləşən RX seriyalı 1214*9* nömrəli çıxarış üzrə *,*8 ha torpaq sahəsini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X21
Məhkəmə qərarları › İş №2(125)-2234/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2234/2022
24.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver