Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2234/2024 25.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il tarixdə Goranboy rayonu, Ağamalıoğlu kəndində anadan olmuş X3 21 noyabr 2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü il təvəllüdlü həyat yoldaşı X1 rayonu, Ağamalıoğlu kəndində anadan olmuşdur. Mərhum həyat yoldaşı X8 ilə ailə həyatı qurmuş bir müddət sonra yəni 07 avqust 2000-ci il tarixdə Goranboy rayon Muzdurlar kənd icra nümayəndəliyində aralarında 07 nömrəli nikah akt qeydi bağlanmışdır. Mərhum həyat yoldaşı X8 ilə ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanında yaşamışlar. Mərhum həyat yoldaşı X8 hamiləlik dövrlərində heç bir xəstəliyi və sıxıntıları olmamışdır. 21 noyabr 2000-ci il tarixdə səhər saatlarında doğuş etməsi üçün Azərbaycan Respublikası "GBX PHŞ” Perinatal Mərkəzinə (Abbas Səhhət xəstəxanasına) aparmış, mərhum həyat yoldaşı "GBX PHŞ” Perinatal Mərkəzində doğuş zamanı kəskin ağrıları olmuş 21 noyabr 2000-ci il tarixdə axşam saatlarında vəfat etmişdir. Mərhum həyat yoldaşı X4 dəfn etmək üçün valideynləri ilə birlikdə Goranboy rayonu, Ağamalıoğlu kəndinə aparmış və Goranboy rayonu, Ağamalıoğlu kənd qəbirstanlığında dəfn etmişlər. Lakin, Azərbaycan Respublikası “GBX PHŞ” Perinatal Mərkəzinə müraciət etmədikləri üçün ölüm haqqında tibbi şəhadətnaməni ala bilməmişlər. Hal-hazırda zərurət yarandığı üçün o, Azərbaycan Respublikası “GBX PHŞ” Perinatal Mərkəzinə 02 fevral 2024-cü il tarixdə müraciət etmişdir. “GBX PHŞ” Perinatal Mərkəzindən ona arayış verərək bildirmişlər ki, uzun müddət keçdiyi üçün şəhadətnamə verə bilmirlər. Sonra Maraqlı şəxsnə müraciət etmiş, lakin, tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verə bilmədiklərini və məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsi və mərhum arvadı X3 21 noyabr 2000-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmənin bütün iclaslarında mülki iş üzrə son qərar qəbul edilənədək Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, Ərizəçi onun xalası oğludur. Ərizəçi X10 ilə 07 avqust 2000-ci il tarixində nikahlarını rəsmiləşdirməklə evlənmişdir. X10 hamilə olmuş və 21 noyabr 2000-ci il tarixdə uşaqla birlikdə doğuş zamanı vəfat etmişdir. X10 Goranboy rayonu, Ağamalıoğlu kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Ərizəçi onun xalası oğludur. Ərizəçi, Aynur Abdinova ilə evlənmiş, Aynur Abdinova hamilə olmuş, doğuş zamanı kəskin ağrıları olduğu üçün uşaqla birlikdə 21 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. X10 Goranboy rayonu, Ağamalıoğlu kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin X7 X17 Şəhər Birləşmiş Xəstəxanası” X16 Perinatal Mərkəzi tərəfindən verilmiş 985 nömrəli, 02 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2000-ci il tarixdə 42 həftəlik hamiləlik.DQVƏC.Nefropatiya.Ölü döl.Septik şok-diaqnozu ilə 2 saylı Doğum evinə (halhazırda GBX PHŞ Perinatal Mərkəz) daxil olmuşdur. Qadının xx.xx.2000-ci il tarixdə saat 21:30-da reanimotoloqlar tərəfindən bioloji ölümü təsdiq olunmuşdur. İİ-JQ seriyalı, 395124 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 12 oktyabr 1974-cü il tarixində doğulmuşdur. Məzar daşını əks etdirən fotoşəkillərdən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X8 vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 08 fevral 2024-cü il tarixli, 3- 16-5/8-13-268 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadıqları ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 08 fevral 2024-cü il tarixli, 3-16-5/8-70-C-434/2024 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi ilə X3 nikah haqqında xx.xx.2000-ci ildə 07 nömrəli aktı qeydi tərtib olunmuşdur. Nikah Goranboy rayon Muzdurlar kənd icra nümayəndəliyində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Cəfərov”, arvada “Abdinova” soyadı verilmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1974-cü il təvəllüdlü X8 21 noyabr 2000-ci il tarixdə doğuş zamanı ölmüş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin X7 X17 Şəhər Birləşmiş Xəstəxanası”X16 Perinatal Mərkəzi tərəfindən verilmiş 985 nömrəli, 02 fevral 2024-cü il tarixli arayışında da X3 xx.xx.2000-ci il tarixdə 42 həftəlik hamiləlik.DQVƏC.Nefropatiya.Ölü döl.Septik şok-diaqnozu ilə 2 saylı Doğum evinə (halhazırda GBX PHŞ Perinatal Mərkəz) daxil olduğu, qadının xx.xx.2000-ci il tarixdə saat 21:30-da reanimotoloqlar tərəfindən bioloji ölümü təsdiq olunduğu qeyd edilmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X3 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1974-cü il təvəllüdlü X3 21 noyabr 2000-ci il tarixdə vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X3 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X3 21 noyabr 2000-ci il tarixdə vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2234/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2234/2024
25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver