Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2235/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1*.*8.1994-cü il təvəllüdlü oğlu X3 ölmüş elan edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, 1*.*8.1994-cü il təvəllüdlü oğlu X2 9 ildir ki, heç bir xəbər yoxdur. 2*14-cü ilin dekabrın 27-də səhər saat 1*:3*-da oğlu Asim qonşunun oğlu Sadiqlə birlikdə Rusiyaya getmək adıyla evdən çıxmış, həmin gündən sonra oğlu Asimdən heç bir xəbər ala bilməmişdir. Asim getdikdən 15 gün sonra Sadiqin anası xəbər vermişdir ki, uşaqları aldadıb Suriyaya apararaq orda satmışlar. İki gün sonra isə Sadiq özü zəng etmiş və demişdir ki, Mahaçqalaya yox Türkiyəyə getmişdirlər, orada bir türk onlara yaxınlaşaraq iş təklif etmiş və onları Türkiyənin kasıb bir kəndinə apararaq zirzəmi kimi bir yerə salmışdır. Orada müxtəlif millətlərdən qızlar və oğlanlar da olmuşdur. 3 gün orda qaldıqdan sonra onların gözlərini bağlayıb Suriyaya Rakka şəhərinə aparmışlar. 3 gün sonra isə Sadiq yenidən zəng etmiş və Asimin yoxa çıxdığını demişdir. Bu məsələdən təxminən 5 il sonra Sadiqin nənəsi xəbər vermişdir ki, Sadiqi öldürüblər. Oğlunun axtarılması üçün 2*15-ci ilin yanvar ayında Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi ərizə ilə müraciət etmiş, polis əməkdaşları gəlib maraqlanmış, o isə bildiklərini demişdir. Ancaq nə polisdən, nə də Dövlət Təhlükəsizlik Xidmətindən işin nəticəsi barədə məlumat verilməmişdir. Nə qədər oğlunun sağ qalmasını arzulasa da, Suriya kimi müharibə gedən yollarda oğlunun sağ qalmaq ehtimalı çox azdır. Oğlu Asimin formal qeydiyyatının qalmasına görə mənzili digər oğlunun adına rəsmiləşdirə bilməmişdir. Buna görə də oğlu Asimin ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərdi ki, Ərizəçi qonşusudur, onun Rasim və Asim adlı 2 oğlu vardır. Asim yaxşı uşaq idi, əsgərlikdən gələndən sonra 2*14-cü ildə Türkiyədən Suriyaya getmiş və yoxa çıxmışdır. Həmin vaxtdan ondan bir xəbər yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərdi ki, Solmaz onun əmisinin gəlinidir. Solmazın Asim və Rasim adlı 2 oğlu vardır. Asim Rusiyaya getmək adı ilə evdən çıxdıqdan sonra ondan heç bir xəbər ala bilməmişlər. O vaxt ərizəçi maraqlanıb axtararən demişlər ki, Qazax postundan bir neçə nəfər uşaqla birlikdə keçmişdir. Ancaq ölməsi, yaxud sağ qalması ilə heç bir xəbər verilmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Ərizəçila 34 ildir ki, qonşudur. Solmazın Asim və Rasim adlı 2 oğlu vardır. 2*14-cü ildə Asim işləmək adı ilə çıxıb getmişdir. Həmin vaxtdan bəri ondan heç bir xəbər yoxdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- XVİİ-JQ 3837*9 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 1*.*8. 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 29.*4.2*23-cü il tarixli, 3-39-9/2- 2129/23 nömrəli məktubdan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində 1*.*8.1994-cü il təvəllüdlü X3 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 28.*4.2*23-cü il tarixli, 3-13-57/2-13272/2*23 nömrəli məktubdan görünür ki, X3 barəsində Gəncə Şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsində axtarış işi və cinayət işi olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 24.*5.2*23-cü il tarixli, 18/2- 16696/2*23 nömrəli məktubdan görünür ki, X1 şəhəri, Nizami rayonu, Çapayev küçəsi ev 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Asim Qurbanov 27.12.2*14-cü il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş, Suriyaya getməsi, orada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etməsi, axtarışda olması, cinayət təqibi və məhkumluğu barədə DİN-nin müvafiq uçotlarında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər. MM-nin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*5.1-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsidir. (mad.3*5.1.2) Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla və şahid ifadələri ilə müəyyən olunmuşdur ki, ərizəçinin 1*.*8.1994-cü ildə anadan olmuş oğlu X4 2*14-cü ildən ölkə hüdudlarından kənara gedərək 8 ildən artıq müddətdə ondan heç bir məlumat olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ərizəçinin 1*.*8.1994cü ildə anadan olmuş oğlu X4 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*8, 311, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 1*.*8.1994-cü ildə anadan olmuş X4 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2235/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2235/2023
12.06.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver