Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-225/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halı bundan ibarətdir ki, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən 28A nömrəli fərdi yaşayış evi (bundan sonra –mübahisəli ev) xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh onun cehiz əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin evə dair xx.xx.2024-cü il tarixli çıxarış verilmişdi. Hazırki iş üzrə Cavabdeh onun oğlu X2 ilə 2016-cı il tarixdə nikahlarını qeyd etmədən qeyri-rəsmi evlənmişlər. Birgə yaşayış dövründə uşaqları doğulçuşdur: xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X3. Cavabdeh oğlu ilə evlənərkən cehiz əşyalarını da onun evinə gətirmişdir. Cavabdeh evinə gələn gündən nə ona, nə də həyat yoldaşı İsmayılova Sevilə hörmət etməmişdir. O, daim heç nədən dava salır, onları ağır sözlərlə təhqir edir. Cavabdeh bir dəfə də qardaşı Eldarı onun üstünə davaya göndərmişdi. Eldar onu vurmaq istəyəndə, o da onu itələdi. Ondan şikayət etdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, o, 300 manat cərimə edildi. O, dəfələrlə cavabdehdən tələb edib ki, cehizlərini də götürüb evindən çıxsın. Lakin o, imtina etmişdir. Cavabdeh heç vaxt evində qeydiyyatda olmamışdı. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun təmsilçisi hər biri ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, ifadə verərək, qeyd etdi ki, Şükür onun qohumudur, münasibətləri yaxşıdır. Mətanət Şükürün gəlinidir. Təxmini 6 il əvvəl gəlin gəlib. Ünvanı dəqiq deyə bilmir, amma Mətanət Şükürgilin yaşadığı evə gəlin köçmüşdür, gəlin köçərkən cehiz əşyalarıyla birlikdə gəlmişdi. Hazırda Mətanət gəlin köçdüyü evdə yaşayır. Mətanət Şükürgilə rahat yaşamağa imkan vermir, yola getmir, onlara hörmət etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı xüsusi mülkiyyət hüquqi ilə ona məxsus ona mübahisəli evdən cavabdehin əşyalarıyla birlikdə çıxarılmasını xahiş etmiş və həmin daşınmaz əmlaka mülkiyyət hüququnu həyata keçirə bilməməsi ilə tələbini əsaslandırmışdır. Mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdeh tərəf mübahisəli yaşayış sahəsinə hüququnun yaranmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh tərəfin həmin evə hüququ tədqiq edilmiş iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdeh tərəfin hər hansı hüququnun olmamasına baxmayaraq, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan evdən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçının mülkiyyətindəki mənzildə yaşaması iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, 28A nömrəli fərdi yaşayış evində cavabdehin qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan evdən əşyalarıyla birgə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən 28A nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-225/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-225/2025
14.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver