Məhkəmə qərarları › İş №2(125)-2269/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2269/2022

27.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2269/2022 27.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin ölçülərək cavabdehlə ara mərzin(sərhədin) müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin ölçülərək cavabdehlə ara mərzin(sərhədin) müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin ara mərzinin(sərhədinin) ölçülərək müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mülk onlara valideynlərindən miras əmlak olaraq qalmışdır. ünvan 2iat ofisi tərəfindən qanun üzrə vərəsə olaraq xx.xx.2019-cu il tarixli şəhadətnamə verilmiş, miras əmlaka daxil olan 0,0506 ha həcmdə olan torpaq sahəsinin 1/5 hissəsinin ona pay verilməsi müəyyən edilmişdir. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli çıxarışla ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və 0,0506 ha torpaq sahəsi 4/5 hissədə cavabdehin 1/5 hissədə isə onun mülkiyyətinə verilmişdir. Gəncə şəhəri, Nizami rayon məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(044)-114/2021 saylı qətnaməsi ilə tikinti-texniki ekspertizasının rəyi əsasında ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evin və torpaq sahəsinin naturada bölünməsini qət etmişdir. Qeyd olunan fərdi yaşayış evi aparıcı ekspert Xəyyam İsgəndərov tərəfindən bölünərək 18,9 kv/m həcmdə olan yaşayış otağı və 8,3 kv/m həcmdə koridor ona aid edilmişdir. Fərdi yaşayış evinin üzərində olduğu 0,0506 ha həcmdə torpaq sahəsinin bölgüsü göstərilən ekspertin bölgü sxemində göstərilməmişdir. Cavabdehlə onun adına verilmiş çıxarışda mülkiyyətlərində olan torpaq sahəsinin həcmi 0,0506 kv/m, ona 1/5 hissəsi, cavabdehə isə 4/5 hissəsi müəyyən olunmuşdur. Beləki, 0,0506 kv/m-in 1/5 hissəsi 0,01012 həcmdə olmalı olduğu halda cavabdeh torpaq bölgüsünü özü aparmış və ona düşəsi 0,0101 həcmdə torpaq sahəsini özünün payının xeyrinə 0,0077 ha qədər azaltmışdır. Cavabdeh ara barını (mərzi) çəkdirərkən ona torpaq payını azaltdığını bildirmiş, o isə “özüm bilərəm, yaxşı edirəm” deyərək araya mişar daşı ilə hasar çəkdirmişdir. Odur ki, Cavabdeh məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin ara mərzinin(sərhədinin) ölçülərək müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam həcmdə müdafiə etdiyini bildirmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin ölçülərək cavabdehlə ara mərzin(sərhədin) müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-114/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Qarayeva (Muxtarova) Zenfira Məmməd qızına qarşı «mülkün naturada bölünməsi və mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması, satış pulunun mütənasib formada bölünməsi» tələbinə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin aralarında natural qaydada bölünməsinə və bu mümkün olmadığı təqdirdə isə həmin əmlakın açıq hərraca çıxarılaraq satılmasına və satışdan əldə olumuş pulun paylarına mütənasib formada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-114/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi texniki pasportda göstərilən 1-2, 2-4 və 3-5 saylı otaqların arasında olan qapı pəncərənin bağlanması, 3 saylı otağa qapının açılması, eyni zamanda “Ç” literli tikilinin kənarı ilə “A” tikilisinə doğru sərhəd hasarının yaradılması və küçəyə qapı açılmaqla iki hissəyə bölünməsi (plan sxemə uyğun, yəni (bölgü zamanı Qarayeva (Muxtarova) Zenfira Məmməd qızına məxsus 1/5 paya yaşayış evindən 11.22 kv.m (25.6 kv.m-14.38 kv.m) çox, həyətyanı torpaq sahəsindən 7.1 kv.m (101.2-94.1 kv.m) az və Cavabdeh məxsus 4/5 paya yaşayış evindən 11.22 kv.m (46.3 kv.m-57.52 kv.m) az, həyətyanı torpaq sahəsindən 7.1 kv.m (411.9-404.8 kv.m) çox sahə düşür), iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 fərdi yaşayış evi və 0,0506 ha torpaq sahəsi 4/5 hissə pay ilə Cavabdeh, 1/5 hissə pay ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 25 iyun 2019-cu il tarixli, 45503 nömrəli texniki pasport vərəqəsinin kserosurətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ev 4/5 hissədə Cavabdeh, 1/5 hissədə isə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 114/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməli, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi texniki pasportda göstərilən 1-2, 2-4 və 3-5 saylı otaqların arasında olan qapı pənrə bağlanmalı, 3 saylı otağa qapı açılmalı, eyni zamanda “Ç” leterli tikilinin kənarı ilə “A” tikilisinə doğru sərhəd hasarı yaradılmalı və küçəyə qapı açılmalı, bölgünün 30 iyul 2020-ci il tarixli 30727 saylı rəyə əlavə olunmuş plan sxemə uyğun (bölgü zamanı Qarayeva (Muxtarova) Zenfira Məmməd qızına məxsus 1/5 paya yaşayış evindən 11.22 kv.m (25.6 kv.m-14.38 kv.m) çox, həyətyanı torpaq sahəsindən 7.1 kv.m (101.2-94.1 kv.m) az və Cavabdeh məxsus 4/5 paya yaşayış evindən 11.22 kv.m (46.3 kv.m-57.52 kv.m) az, həyətyanı torpaq sahəsindən 7.1 kv.m (411.9-404.8 kv.m) çox sahə düşür) aparılmalı olduğu göstərilmişdir. Bu baxımdan İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin ölçülərək cavabdehlə ara mərzin(sərhədin) müəyyən edilməsi tələbi üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin ölçülərək cavabdehlə ara mərzin(sərhədin) müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin ölçülərək cavabdehlə ara mərzin(sərhədin) müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən Kapital bank vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar