Məhkəmə qərarları › İş №2(125)-2270/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2270/2024

13.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2270/2024 13.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 7N nömrəli Hərbi Hissənin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyi 7N nömrəli Hərbi Hissəyə qarşı məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Müdafiə Nazirliyi 7N nömrəli Hərbi Hissəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyi 7N nömrəli Hərbi Hissə tərəfindən verilmiş N dekabr N0N3-cü il tarixli, 360 nömrəli əmrin ləğv edilməsi, Müdafiə Nazirliyi 7N nömrəli Hərbi Hissədə hərbi hissənin tibb məntəqəsinin tibb bacısı (qardaşı) vəzifəsinə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının, həmçinin mediasiya təşkilatına ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələbinin dəqiqləşdirilməsi – iddianın həcminin azaldılması barədə ərizə verərək iddiaçının xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N4-cü il tarixə kimi məcburi iş buraxma dövrü üçün əmək haqqının, həmçinin ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.N0N3-cü il tarixdən 7N nömrəli hərbi hissədə hərbi hissənin tibb məntəqəsinin tibb bacısı (qardaşı) vəzifəsində işə başlamış, işdə nizam-intizam qaydalarına əməl edilməklə iş rejiminə əməl etmiş və əmək müqaviləsində göstərilən norma və qaydalara uyğun işləmişdir. Həmçinin işlədiyi müddət ərzində heç bir nöqsanı olmadığı üçün rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və digər tənbeh tədbirinə məruz qalmamışdır. Lakin son dövrdə heç bir əsas olmadan N dekabr N0N3-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir və həmin əmrin verilməsinə səbəb isə aşağıdakı hallar olmuşdur. Belə ki, təxminən avqust ayının əvvəllərində özünə ad günü keçirtmək üçün iş yoldaşı Azər Həsənov və onun sürücüsü olan Samir adlı şəxslə Gəncə şəhərində Hacıkənd qəsəbəsində yerləşən restoranların birinə getmişlər. Həmin resteranda olarkən oynayan zaman öz telefonu ilə ad günü məclisini çəkərkən, dostyana, qəflətən Azər həkimlə bir-birilərini öpmüşlər. Bundan sonra 1 saniyəlik telefonuna əli dəymiş, həmin görüntü şəxsi nömrəsinin olduğu telefonun “whatsapp”-ında olan statusuna düşmüşdür. Bundan sonra həmin video görüntünü dərhal silmişdir. Lakin sonradan, yəni noyabr ayında Gəncə şəhərində yerləşən və tibb bacısı vəzifəsində işlədiyi 7N nömrəli hərbi hissənin komandirinin müavini Eldəniz Aslanov onu yanına çağırıb Azər həkimlə olan video görüntünü ona göstərmiş və bildirmişdir ki, “həmin video-görüntünü komandir ona göndərib, ərizəni yaz, işdən çıx”. O, israrla işdən çıxmağına dair ərizə yazmayacağını bildirərək həmin video görüntü barədə hardan və ya kimdən məlumat aldıqlarını və həbi hissənin komandirinə kimin göndərməsi barədə soruşsa da, Eldəniz Aslanov söhbətdən yayınaraq onun suallarına cavab verməmişdir. O, Eldəniz Aslanovun otağından çıxdıqdan sonra həmin hərbi hissənin mayoru Zaur Əliyev onu yanına çağıraraq bildirmişdir ki, “Azər həkimlə olan video görüntünü silsək də, işdən çıxarılaqsan”. O yenə də, Zaur Əliyevə demişdir ki, işdən çıxmağına dair ərizə yazmayacaq və həmin video görüntü barədə necə məlumat aldıqlarını və kimin göndərməsini soruşduqda Zaur Əliyev əsəbləşərək söhbətin mövzusunu dəyişmişdir, nəticədə 7N nömrəli hərbi hissədə işləyən X1 yaydığı həmin video görüntüyə görə onu işdən çıxarmışlar. Halbuki, onun şəxsi nömrəsi həmin həbi hissənin komandirində, onun müavinində yoxdur və həmin şəxslərə o, öz şəxsi nömrəsini verməmişdir. Hətta həmin hərbi hissədə işləyən əksəriyyət zabitlər də onun şəxsi nömrəsini bilmir, onun nömrəsi yalnız həmin hərbi hissədə işləyən mülki tibb bacılarından Lətafət, Gülü və Təranə adlı şəxslərdə var. Həmçinin, işlətdiyi başqa nömrə də var, amma həmin nömrənin “whatsapp”-ı yoxdur və həmin nömrəni sadəcə telefona taxıb işlədir. Lakin buna baxmayaraq 7N nömrəli hərbi hissənin komandiri onun şəxsi məlumatlarını yayan şəxsi cəzalandırmaq əvəzinə, heç bir əsas olmdan onun işdən azad olunmağına dair əmr vermiş və həmin əmr verilməmişdən qabaq ondan alınan izahatlar şəxsi işinə əlavə edilməmiş, tibb bacısı Təranənin adı çıxarılmış və Təranənin yalan məlumat verərək izahat verməkdən qaçması nəzərə alınmamışdır. Eldəniz Aslanov onu yanına çağırmamışdan qabaq, həmin hərbi hissədə mülki tibb bacısı vəzifəsində işləyən Təranə tibb bacılarının otağında ona demişdir ki, “sənin videon çıxıb”. O, Təranədən nə videosu olduğunu soruşduqda Təranə ona cavab verməmişdir. Bundan sonra, Eldəniz Aslanov onu çağırdığı üçün o məcbur olub Təranənin yanında çıxıb getmişdir. Məhz bu hallar onda şübhə yaradır ki, Təranədə şəxsi nömrəsi olduğu üçün və həmin video görüntü ilə bağlı aralarında olan söhbət zaman Təranənin özünü şübhəli aparması, həmçinin o işdən çıxarılmamışdan qabaq Təranədən izahat alınması ona dəlalət edir ki, həmin görüntüləri Təranə müəyyən şəxslərə göndərmiş və həmin şəxslər görüntüləri yaymışdır, hələ bu azmış kimi Müdafiə Nazirliyinin Qadınlar Şurasının əməkdaşı olan Zümrüd xanım və köməkçisinə həmin görüntülər göndərilmiş, Zümrüd xanım və köməkçisi həmin görüntülərə görə pis sözlərlə söyüb onu təhqir etmişlər. Məhz bu baş verənlər və ona qarşı olan haqsızlıqlar mənəvi cəhətdən ona çox pis təsir edir, psixoloji olaraq zərbə vurur. Axı necə ola bilər ki, 1-ci Qarabağ Müharibəsinin müharibə iştirakçısı və müharibə veteranı olan, zabit, N-ci qrup əlil Elçin Ələsgərovun qızına qarşı şər-böhtan xarakterli məlumatlar yayırlar, onu tanıyan şəxslər barəsində pis qələmə verirlər və işlədiyi müddət ərzində öz işinə intizamlı olan, nöqsanı olmayan, işinə və ailəsinə hörmət saxlayan, maddi sıxıntısı olan subay qızı heç bir əsas olmadan işdən çıxardıb çölə atırlar. Məhz bu səbəblərdən 7N nömrəli hərbi hissə tərəfindən verilmiş N dekabr N0N3-cü il tarixli əmrlə razı deyil, hesab edir ki, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin N dekabr N0N3-cü il tarixli, 360 nömrəli əmrin surəti ona verilməmiş və həmin əmr barəsində şifahi olaraq məlumatı olduqdan sonra mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdeh orqana müraciət etmişdir. Bundan əlavə qeyd edir ki, onu qanunsuz işdən çıxardıqları üçün həmin hərbi hissənin komandiri Tural Abdullayev barəsində X7 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən xx.xx.N0N4-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq iş üzrə icraata başlanmışdır. Məhkəmə gedişi ərəfəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini müdafiə etmiş, mübahisələndirdiyi əmrin artıq hərbi hissə komandiri tərəfindən ləğv edildiyini, Prezident Administrasiyasına və Əmək Müfəttişliyinə şikayətləri nəticəsində onu işə bərpa etmişlər. Ona görə xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N4-cü il tarixə kimi məcburi iş buraxma dövrü üçün əmək haqqının, həmçinin ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N4-cü il tarixə kimi məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, hazırda iddiaçı işə bərpa olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X4 iddia tələbinin təmin olunmasına etiraz etməmiş və izahatında qeyd etmişdir ki, cavabdeh Müdafiə Nazirliyi 7N nömrəli Hərbi Hissənin komandiri Tural Abdullayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 19N.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edildiyi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət verildiyi müəyyən olunmuşdur. Nəticədə hərbi hissənin komandiri tərəfindən mübahisəli əmr ləğv olunaraq iddiaçı işə bərpa olunmuşdur. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini, eləcə də cavabdehin nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.N0N3-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 7N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant Tural Abdullayevə ərizə ünvanlayaraq hərbi hissənin tibb məntəqəsinin “tibb bacısı” vəzifəsində işləmək arzusunun nəzərə alınaraq onun müvafiq vəzifəyə təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan 7N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0N3-cü il tarixli, 1N0 nömrəli əmrindən çıxarışdan (nizami hissə üzrə) görünür ki, İddiaçı, N7 aprel N0N3-cü il tarixdən tibb məntəqəsinin tibb bacısı vəzifəsinə 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi əmr edilmiş, əsas kimi İddiaçı xx.xx.N0N3-cü il tarixli ərizəsi qeyd edilmişdir. İş materiallarına 7N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenantı Tural Abdullayev ilə İddiaçı arasında bağlanmış 710 nömrəli əmək müqaviləsinin surəti əlavə edilmişdir ki, həmin müqaviləyə əsasən İddiaçı xx.xx.N0N3-cü il tarixdən işə başlamışdır. İş materiallarına İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi əlavə edilmişdir. İş materiallarında olan, 7N nömrəli hərbi hissənin Həmkarlar İttifaqı Komitəsinin sədri Həmzə Sadıqov tərəfindən 7N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.N0N3-cü il tarixli, 10 nömrəli cavab məktubundan görünür ki, 7N nömrəli hərbi hissənin tibb məntəqəsinin tibb bacısı, mülki işçi İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün təqdim olunmuş sənədlərə hərbi hissənin Həmkarlar İttifaqı Komitəsinin iclasında baxılmış və onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 7N-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) müvafiq olaraq xitam verilməsinə etiraz edilməmişdir. İş materiallarına 7N nömrəli hərbi hissənin maliyyə xidmətinin rəisi kapitan İlkin Cəfərov tərəfindən təsdiq edilmiş 7N nömrəli hərbi hissənin fəhlə və qulluqçularına ötən ay pul təminatı barədə N0N3-cü ilin dekabr ayı üçün paylama cədvəli əlavə edilmişdir. İş materiallarında olan, 7N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, 360 nömrəli əmrindən çıxarışdan (nizami hissə üzrə) görünür ki, tibb məntəqəsinin tibb bacısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) N dekabr N0N3-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin N-ci bəndinə əsasən istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyası ödənilməsi əmr edilmişdir, əsas kimi xx.xx.N0N3-cü il tarixli, 1164 nömrəli əmr və 7N nömrəli hərbi hissənin ilk həmkarlar ittifaqı komitəsinin xx.xx.N0N3-cü il tarixli 10 nömrəli məktubu qeyd edilmişdir. İş materiallarında olan 7N nömrəli hərbi hissə komandirinin “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.N0N3-cü il tarixli, 360 nömrəli əmrindən görünür ki, 777 bölməsində tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 7N-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən N dekabr N0N3-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.N0N3-cü il tarixindən xx.xx.N0N3-cü il tarixinə qədər istifadə edilməmiş 30 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan, İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, cavabdeh tərəfindən qəbul edilmiş 1N0 nömrəli əmrlə xx.xx.N0N3-cü il tarixdə 7N nömrəli hərbi hissənin Tibb məntəqəsinin tibb bacısı (qardaşı) vəzifəsinə təyin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş 360 nömrəli əmrlə xx.xx.N0N3-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən 7N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenantı Tural Abdullayevə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, 3-175-/N-A-63NN/N0N4 nömrəli bildirişdən görünür ki, İddiaçı 7N nömrəli hərbi hissədən (bundan sonra-hərbi hissə) işdən qanunsuz azad olunmağı barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial üdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə edilmiş müraciətə baxılmış, müraciətə baxılması zamanı hərbi hissə tərəfindən şöbəyə daxil olmuş sənədlərdə İddiaçı əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin N-ci hissəsinin (Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) tələbləri pozulmuş, işəgötürən tərəfindən onun əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, hərbi hissə tərəfindən şöbəyə təqdim olunmuş sənədlərdə İddiaçı əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi faktı öz təsdiqini tapmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və nəticəsi barədə şöbəyə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş, DƏMX-in GDRŞ-nin baş əmək müfəttişi X4 tərəfindən 7N nömrəli hərbi hissənin komandiri Tural Abdullayev barəsində tərtib edilmiş MN ******* nömrəli, 05 fevral N0N4-cü il tarixli “inzibati xəta haqqında” protokola görə Gəncə şəhərində xx.xx.N0N3-cü il tarixdə T.Z.Abdullayev tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.N-ci və 71.3-cü maddələrinin tələbləri pozularaq İddiaçı ilə bağlanılmış əmək müqaviləsi ləğv edilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bu fakt 7N nömrəli hərbi hissənin xx.xx.N0N4cü il tarixli, 168 nömrəli məktub, məktuba əlavə olunan sənədlər və İddiaçı izahatı ilə təsdiq olunmuşdur. Bununla da, Tural Abdullayev tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 19N.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş, MN ******* nömrəli, 19 fevral N0N4-cü il tarixli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərara görə DƏMX-in GDRŞ-nin rəisi X5 tərəfindən 7N nömrəli hərbi hissənin komandiri X3 barəsində tərtib edilmiş MN ******* nömrəli, 05 fevral N0N4-cü il tarixli protokola baxılaraq işəgötürən T.Z.Abdullayev tərəfindən Gəncə şəhərində xx.xx.N0N3-cü il tarixdə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verildiyi, nəticədə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 19N.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edildiyi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət verildiyi müəyyən olunmuşdur. İş materiallarında olan, 7N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli, 61 nömrəli əmrindən çıxarışdan (nizami hissə üzrə) görünür ki, 7N nömrəli hərbi hissənin komandirinin nizami hissə üzrə N dekabr N0N3-cü il tarixli 360 nömrəli əmrinin 8-ci paraqrafı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tibb məntəqəsinin tibb bacısı mülki işçi İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işçinin əvvəlki işinə bərpa edilməsi əmr edilmişdir. Əsas DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.N0N4-cü il tarixli 3-17-5/N-A-9317/N0N4 nömrəli göstəriş xarakterli məktubu və şöbənin xx.xx.N0N4-cü il tarixli MN ******* nömrəli qərarı olmuşdur. İş materiallarında olan, İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, cavabdeh tərəfindən qəbul edilmiş 61 nömrəli əmrlə xx.xx.N0N4-cü il tarixdə 7N nömrəli hərbi hissə komandirinin N dekabr N0N3-cü il tarixli, 360 nömrəli əmrinin 8-ci paraqrafı (tibb bacısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq xitam vermə) ləğv edilərək işçi N9 fevral N0N4-cü il tarixdən əvvəlki vəzifəsinə bərpa edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqavilələrinin qeydiyyatı kitabından görünür ki, İddiaçı xx.xx.N0N4-cü il tarixdə bağlanmış müddətsiz müqavilə əsasında 7N nömrəli Hərbi Hissədə tibb məntəqəsində işləyir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən 7N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant Tural Abdullayevə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, 3-17-5-/N-17538/N0N4 nömrəli məktubdan görünür ki, “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin ləğv edilməsi barədə xx.xx.N0N4-cü il tarixli N194 nömrəli məktuba baxılmış, müraciətdə qeyd olunan İddiaçı adına “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş xxxxxxx000300 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş X7 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında qərarı əsasında ləğv edilmişdir. İş materiallarında olan 7N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant Tural Abdullayev tərəfindən X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisinə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, N194 nömrəli məktubdan görünür ki, xx.xx.N0N4-cü il tarixli 3-17-5/N-A-9317/N0N4 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, göstəriş xarakterli məktub və xx.xx.N0N4-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı əsasında müddətsiz əmək müqavilə əsaslı tibb bacısı İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli 360 nömrəli əmri ləğv edilmiş, işçi əvvəlki vəzifəsinə bərpa edilərək törədilmiş hüquqpozma qərarda göstərilən müddətdə aradan qaldırılmışdır. Qeyd olunanları aradan qaldıraraq işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişinin Əmək və məşğulluq altsistemində etibarsız hesab edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarına İddiaçı işə bərpa olunması və işə çıxması barədə 7N nömrəli hərbi hissənin işçilərin davamiyyət kitabından çıxarış əlavə edilmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.N0N3-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı N7 aprel N0N3-cü il tarixdən 7N nömrəli hərbi hissənin tibb məntəqəsinin tibb bacısı vəzifəsinə 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. 7N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, 360 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) N dekabr N0N3-cü il tarixdən tibb məntəqəsinin tibb bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək o, işdən azad olunmuşdur. Lakin 7N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli, 61 nömrəli əmri ilə 7N nömrəli hərbi hissə komandirinin N dekabr N0N3-cü il tarixli, 360 nömrəli əmrinin 8-ci paraqrafı (tibb bacısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq xitam vermə) ləğv edilərək işçi N9 fevral N0N4-cü il tarixdən əvvəlki vəzifəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsində təsbit edilmişdir ki, fərdi əmək mübahisəsi - əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Məcəllənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 1N-ci maddəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Məcəllənin 9-cu maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 7N-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin müvafiq əmri ilə “işdən azad olunma barədə” əmr ləğv olunub iddiaçı əvvəlki işinə bərpa olunsa da ona xx.xx.N0N3-cü il tarixindən başlayaraq işə bərpa edildiyi günədək, yəni xx.xx.N0N4-cü il tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. MPM-in 14.N, N17.4 və N18.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.N0N3-cü il tarixindən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir və bu halın üzürlü olması iş materiallarından görünmür. Belə halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in N16-NN0, NN7 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 7N nömrəli Hərbi Hissə tərəfindən məcburi işburaxma günlərinə görə - xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N4-cü il tarixədək əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Məhkəmə xərcinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti 7N nömrəli Hərbi Hissədən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar