Məhkəmə qərarları › İş №2(125)-2284/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2284/2023

05.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2284/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə bir neçə dəfə hazırlıq iclası təyin edilsə də, iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yalnız məhkəmənin xx.xx.2023-cü il tarixə təyin olunan hazırlıq iclasına gəlmiş, həmin iclasda isə əlavə cavabdehin cəlb edilməsi barədə vəsatət verəcəyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin növbəti məhkəmə iclası barədə məlumatlı olsa da məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə, tərəflər məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilən qanunvericilik normasına əsaslanaraq məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2023; əməliyyat İD:158037404; qəbzin nömrəsi:29375; terminal nömrəsi: K0100198; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı1 qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2023; əməliyyat İD:158037404; qəbzin nömrəsi:29375; terminal nömrəsi: K0100198; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar