Məhkəmə qərarları › İş №2(125)-2293/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2293/2022

30.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2293/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi, saat hesablanan dərsə uyğun ödənilməmiş pulunun ödənilməklə dərs deyilməsinə dair qoyulmuş məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2018-ci il tarixli, 1/169 nömrəli əmrin ləğv edilərək tutduğu vəzifəyə (işinə) barpa olunmasına və məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsinə, saat müddəti ilə ona verilmiş dərsə görə ödənilməmiş əmək haqqının ödənilməsinə və dəymiş 50.000 manat mənəvi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsasla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsiin xx.xx.2018-ci il tarixli, 2(045)-339/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. Beləliklə göstərilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iddia ərizəsi icraata qəbul edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı X1 Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar