Məhkəmə qərarları › İş №2(125)-2328/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2328/2024

15.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2328/2024 15.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək babası X3 ilə atası X2 ata və oğul olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizəçinin mərhum atası X5 24 dekabr 1940-cı ildə valideynləri X3 ilə X1 birgə nikahlarından doğulub. Atasının doğumu haqqında şəhadətnamə olmuş, doğumu qeydə alınmışdır. Lakin təəssüf ki, şəhadətnaməni tapa bilmirlər. Belə ki, atası pasport alıb, nikaha daxil olub, bütün sənədləri qaydasında olmuşdur. Atası babası ilə nənəsinin yeganə övladı olmuşdur. Atası 1982-ci ildə, babası isə 1991-ci ildə rəhmətə getmişdir. Atasının doğumu haqqında akt qeydini bərpa etmək, atası ilə babasının ata-oğul olmaları haqda sənəd əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin oradan imtina məktubu vermişlər. Atasının babasının qohumluq münasibətləri faktının müəyyən edilməsi babasından miras qalan evə dair vərəsəlik əməliyyatının aparılması üçün tələb olunur. Lakin o, onu məhkəmədən başqa üsulla ala bilmir. Bu barədə sübutları ərizəsinə əlavə etmişdir. Odur ki, babası X3 ilə atası X2 ata və oğul olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi ərizəçi X2 atası ilə ata və oğul olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bunu həmin sənədləri başqa qaydada əldə edə bilməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2000-ci il tarizli 265 saylı Fərmanına əsasən 2.4. həmin Məcəllənin 307.2.4-cü, 307.2.5-ci, 307.2.8-ci və 445.0.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri həyata keçirirlər. Ərizəçinin atasının doğumu haqqında şəhadətnamə olmuş, doğumu qeydə alınmış, lakin şəhadətnaməni tapa bilmədiklərindən qohumluq münasibətlərini müəyyən edə bilməməsi səbəbindən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ərizəçi atasının doğum şəhadətnaməsi olsa da, sonradan həmin şəhadətnaməni tapa bilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizəçi müvafiq olaraq mərhum atasının doğum faktının müəyyən edilməsi barədə müvafiq orqana müraciət etməli, imtina verildiyi halda isə məhkəməyə müraciət etməli idi. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, Ərizəçi işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar