Məhkəmə qərarları › İş №2(125)-2332/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2332/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2332/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhər 6 saylı Notariat Ofisinə qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhər 6 saylı Notariat Ofisinə qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Cavabdeh qeydiyyat ünvanı Bakı şəhəri Nəsimi rayon ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhər 6 saylı Notariat Ofisinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh ilə arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir, iddia təmin ediləcəyi halda bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı iddiaçı və həmin cavabdehin hüquq və vəzifələrinə təsir göstərəcəkdir. Gəncə şəhər 6 saylı Notariat Ofisi cavabdehlər sırasında göstərilsə də, hazırkı iddia ərizəsiylə həmin Ofisə qarşı hər hansı tələb irəli sürülməmişdir, habelə iddia üzrə məhkəmənin qəbul edəcəyi hər hansı yekun akt notariat orqanın hüquq və vəzifələrinə təsir göstərməyəcəkdir, belə ki, həmin Ofis öz səlahiyyətləri daxilində qanunvericiliklə nəzərdə tutulmuş halda və qaydada təsdiq edilməli olan əqdi təsdiq etmişdir. Belə olan halda, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilə biləcək şəxsin cavabdehlər sırasında göstərilməsi ərazi aidiyyətinin dəyişdirilməsi üçün formal cəhd olaraq qəbul edilir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 1-ci bəndinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Bununla yanaşı, prosessual qənaət baxımından qeyd edilir ki, qanunvericiliyin tələbinə əsasən, iddiaçının cavabdeh qismində cəlb etdiyi şəxslərə qarşı yönəldiyi tələblər və onların əsasları aydın göstərilməlidir, bu hal məhkəmənin işi araşdıra bilməsini təmin etməklə yanaşı, çəkişmə prinsipinə uyğun olaraq cavabdehin ona qarşı irəli sürülən tələbə münasibət bildirməyə və dəlillərini hazırlamağa imkan yaratmaq zərurətindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhər 6 saylı Notariat Ofisinə qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar