Məhkəmə qərarları › İş №2(125)-2334/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2334/2023

18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2334/2023 18.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın oğlu X5 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun doğma oğlu olmuşdur. xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Oğlu Əli xx.xx.2022-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Ancaq xəstəxanada deyil intihar zamanı hadisə yerində vəfat etdiyi üçün ölməsi haqqında şəhadətnamə ala bilməmiş, buna görə də müvafiq qeydiyyat şöbəsindən həmin sənədi ala bilmirlər. Oğlunun vəfat edib onu Gəncə şəhərində yerləşən qəbirstanlığında dəfn etmələrini bütün qohumları, o cümlədən dəfnində iştirak edənlər – həyat yoldaşı və digər övladları şahid kimi təsdiq edə bilərlər. Hal-hazırda sənədləşməyə bağlı olaraq ölüm haqqında şəhadətnamə almaq istəyirlər. Lakin, bununla bağlı Maraqlı şəxsnə müraciət etsələr də, oradan onlara bu məsələ ilə bağlı məhkəmə orqanına müraciət edilməsi məsləhət görülmüşdür. Hazırda o, bu sənədləri başqa cür ala bilmir. Odur ki, məhkəməyə müraciət etməyə məcbur omuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, mərhum övladı X5 xx.xx.2022-ci ildə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi əmisi oğludur. 14 sentyabr 2022-ci il tarixdə Ərizəçi ona zəng edərək oğlu Əli Quluyevin özünü asaraq intihar etdiyini demişdir. X1 Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi əmisi oğludur. 14 sentyabr 2022-ci il tarixdə Ərizəçi ona zəng edərək oğlunun özünü asaraq intihar etdiyini bildirmişdir. O, həmin vaxt ora getmiş və Əli Quluyevin özünü asdığını görmüşdür. X1 Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi təcili yardımın qeydiyyat vərəqəsinin surətindən görünür ki, X6 təcili yardıma qədər ölüm diaqnozu qoyulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış 580-C-22 saylı materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, verilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna təqdim edilməsi, araşdırma materialı saxlanılması üçün Gəncə şəhər prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır. Məzar daşını əks etdirən fotoşəkillərdən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X9 vəfat etdiyi üçün qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, 3-16-5/8-15Q-100/2023 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X5 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.2003-cü il təvəllüdlü X9 14 sentyabr 2022-ci il tarixdə özünü asaraq intihar etmiş, lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X5 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.2003-cü il təvəllüdlü X5 14 sentyabr 2022-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X5 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X5 14 sentyabr 2022-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar