Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-235/2023 16.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7 miras qalmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə və mülkə görə mirası qəbul etməyi faktının müəyyən edilməsinə və vərəsə tanınaraq, miras mülkdən ona pay verilərək, mülkiyyət hüququ verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun əmisi oğlanlarıdır. X2 məxsus ünvan 1 fərdi yaşayış evi vardır. Ağamirzə Məmmədov xx.xx.1933-cü ildə vəfat etmişdir. X8 xx.xx.1906-cı il tarixdə anadan olmuşdur. Davud X1 ilə birgə nikahlarından xx.xx.1954-cü ildə o və xx.xx.1953-cü il tarixdə X23 adlı uşaqları doğulmuşdur. X25 vəfatından sonra ona məxsus mülkdə oğlu, yəni atası mərhum Davud Məmmədov yaşamış, Davud Məmmədov 10 mart 1962-ci il tarixdə, anası Qəmər Həsənova xx.xx.1998-ci il tarixdə, bacısı Nahidə Məmmədova isə xx.xx.1966-cı ildə vəfat etmişdir. X3 vəfatından sonra miras mülkdə o və cavabdehlər yaşayaraq mirası faktiki olaraq qəbul etmişlər. Hazırda o, vərəsəlik hüququ haqqında şəhadətnamə alıb mülkdən payını almaq istəyir, lakin cavabdehlər buna imkan vermir. Hazırda mülkə görə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etmiş, lakin, notariat kontoru ona imtina etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi hər biri ayrı-ayrılıqda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X21 adına Gəncə şəhəri, Toyuqçu küçəsi, 13 saylı fərdi yaşayış evinin yerləşdiyi 566.0 kvm torpaq sahəsinə dair xx.xx.1931-ci il tarixli torpaq qeydi tərtib edilmişdir və həmin əmlaka dair texniki pasport işlənilmişdir. Həmin vaxt mülk 566.0 kvm torpaq sahəsində yerləşən tikili “A”-da 24.51 kvm və 33.75 kvm iki yaşayış otaqlarından, 21.9 kvm, 7.74 kvm köməkçi sahədən ibarət olmuşdur. Məmmədov X21 istifadəsində olmuş və sonradan ünvanı Kirovabad şəhəri, Fedorov küçəsi, 1-ci döngə, 5, daha sonra Gəncə şəhəri, Nizami rayonu, Almas İldırım küçəsi, 1-ci döngə, 5 olan bu fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Şəhəri 1 Saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 373 saylı imtina qərarından görünür ki, ərizəçi İddiaçı xx.xx.1933-cü il tarixdə vəfat etmiş mərhum babası X4 vəfatından sonra adına miras qalmış əmlakın ərizəçi İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin mərhum X4 vərəsələrinin dairəsi müəyyən oluna bilmədiyi üçün İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək mümkün deyildir. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1741 nömrəli arayışından görünür ki, X19 xx.xx.1962-ci il tarixdə ölmüşdür. Mərhumun adları qeyd olunan ailə üzvləri olmuşdur. X9 qızı xx.xx.1998-ci il tarixdə ölmüşdür. Oğlu- İddiaçı xx.xx.1954-cü il təvəllüdlü, Qızı- X23 (doğum xx.xx.1953-cü il təvəllüdlü) xx.xx.1966-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, X23 xx.xx.1966-cı ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.1988-ci ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.1962-cı ildə ölmüşdür. İş materiallarında olan Kirovabad şəhər ZAQS tərəfindən verilmiş xx.xx.1958-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı X8, anası X10r. İş materiallarında olan Mərəzə rayon VVAQ tərəfindən verilmiş xx.xx.1958-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1906-cı il təvəllüdlü X14 atası X17, anası X18r. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1933-cü ildə vəfat etmiş X12 vərəsələri barədə məlumat aşkar olunmamışdır. xx.xx.1962-ci ildə vəfat etmiş X14 vərəsələri barədə aşkar olunan məlumatlar: X19 -1906ci il (xx.xx.1962-ci ildə vəfat edib), arvad-X42-bağır qızı-xx.xx.1926 il (xx.xx.1998-ci ildə vəfat edib), uşaq-İddiaçı-xx.xx.1954-cü il, uşaq-X23-xx.xx.1953-cü il (xx.xx.1966-cı ildə vəfat edib). İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ’’Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X40 Həsənova (Məmmədova) ilə nikahının xx.xx.1956-cı ildə, habelə valideynləri adıçəkilən şəxslər olan xx.xx.1954-cü il təvəllüdlü İddiaçı və xx.xx.1953-cü il təvəllüdlü Nahidə Məmmədovanın doğumunun xx.xx.1958-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. İnformasiya sistemində Davud ilə Ağamirzə Məmmədovların doğumu, habelə sonuncunun övladlarının doğumu və nikahının qeydə alınmasına dair məlumat aşkar olunmamışdır. Həmçinin bildirilir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1947-ci ildən saxlanıldığından Ağamirzə Məmmədovun doğumu, nikahı, həmçinin Davud Məmmədovun doğumu qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü ul tarixli məktubdan görünür ki, “16” dekabr 2022-ci il tarixdə (daxilotma:20 dekabr 2022-ci il) daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 1886-ci ilə dair Yelizavetpol şəhəri üzrə kameral siyahısında X6 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X36 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 09 avqust 2022-ci il tarixli, 2 saylı Gəncə Regional “ASAN” Xidmət Mərkəzindən ünvanlanan vətəndaş X15 1935-ci ildə ölüm qeydi barədə sorğuya cavab olaraq bildirilir ki, Dövlət X36nda mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X5 Qeydiyyatı Şöbəsi arxiv fondunun 1935-1936-ci iiiər üzrə ölüm qeydlərinin aktları yoxlanılmış, X16 ölüm qeydi aşkar olunmamışdır. Həmçinin bildirilir ki, Stalin rayon X5 Qeydiyyatı şöbəsinin 1935-1936-cı illər üzrə doğum qeydləri Dövlət X36na təhvil verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, İddiaçı onun əmisi oğludur. Ağamirzə Məmmədov onun ata babasıdır. ünvan 1 ünvanda yerləşən əmlakın mülkiyyətçisi həmin babası olmuşdur. Məcid, Həmid, Davud və Qədim Ağamirzənin oğulları olmuşdur. Məcid 1981-ci ildə vəfat etmişdir, onun 5 övladı olmuşdur, onlar vəfat etmişdir. Həmid vəfat etdikdən sonra həmin ünvandakı evdə onun oğlu nurəddin yaşamışdır. Davud 1962-ci ildə vəfat etmişdir, onun oğlu Murad 1966-cı ilədək həmin evdə yaşaymışdır. Qədimin 4 övladı olmuşdur, o, 2000-ci ildə, arvadı 2003-cü ildə vəfat etmişdir, Qədimin vəfatından sonra qızı da həmin evə gəlib-getmişdir. Məcidin oğlu Rəşid 2004-cü ildə ölmüşdür. Hazırda həmin ünvandakı evdə Məcidin oğlu Nicat yaşayır. Nicat doğulandan həmin evdə yaşamışdır. Hazırkı iş üzrə iddiaçı miras əmlakdan paya mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş etmiş və tələbini həmin əmlakın xx.xx.1933-cü il tarixdə vəfat etmiş babası X7 atasına miras qalmasıyla əsaslandırmışdır. Belə olan halda, mübahisəli hüquq münasibətinə miras qoyan Ağamirzə Məmmədovun vəfat etdiyi zaman qüvvədə olan qanunvericilik –xx.xx.1923-cü ildən xx.xx.1965-ci ilədək qüvvədə olmuş Azərbaycan SSRin Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 487-ci maddəsinə əsasən, vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir. Həmin Məcəllənin 488-ci maddəsinə əsasən, qanun üzrə vərəsələr- uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaş-bacıları hesab olunurlar. Həmin Məcəllənin 499-cu maddəsinə əsasən, vərəsəlik açılan yerdə olan vərəsə vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. İrs buraxılan əmlakdan imtina edənlərin payı, həmin Məcəllənin 503-cü maddəsində göstərilmiş dövlət təşkilatlarına keçir. Hazırda olan vərəsələr, sair vərəsələrin gəlməsini gözləməyərək, vərəsəlik əmlakını idarə etməyə başlaya bilərlər. Vaxtında gəlməyən digər vərəsələr vərəsəlik əmlakından öz paylarını tələb edə bilərlər. Hazırkı iş üzrə iddiaçı miras əmlaka payın müəyyən edilməsini xahiş etsə də, həmin tələbə cavab verməli olan şəxslərin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olması müəyyən edilmir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlərin miras qoyanla qohumluq əlaqələri müəyyən edilməmişdir. Sübutetmə yükü daşıyan iddiaçı cavabdeh qismində cəlb etdiyi şəxslərin miras qoyanın vərəsələri olmasına dair birbaşa və ya cavabdehlərin ailə tərkibi kimi dolayı sübut təqdim etməmişdir. Bununla yanaşı, ifadəsi sübut qismində araşdırılan şahid Nicatın Məcidin oğlu olduğunu bildirmişdir, halbuki hazırkı iş üzrə cavabdeh qismində göstərilən Cavabdeh1 atası kimi Rəşid qeyd edilmişdir. Bundan başqa, həmin şəxslərin və ya onların valideynlərinin miras əmlaka hüquqlarının qeydə alınması müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsaslanaraq, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadığından, həmin Məcəllənin 76.2-ci maddəsində sadalanan əlavə sübutlar təqdim etməyi iddiaçıya təklif etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdehlərin tələbə cavab verməli olan şəxsləri olması, miras qoyanın vərəsələri, mirasın bütövlükdə iddiaçının atası və sonrasında özü tərəfindən qəbul olunması barədə mütəbər sübut təqdim edilmədiyindən iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). AR MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-235/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-235/2023
16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver