Məhkəmə qərarları › İş №2(125)-2365/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2365/2022

05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2365/2022 05.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Ərizəçi Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı soyad, ad və ata adının uyğunsuzluq faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus doğum haqqında şəhadətnamənin ata qrafasında göstərilən X2 yazısının mərhum atası X3 məxsus olması faktının və 3*.1*.1956-cı il tarixdə Kirovabad (indiki Gəncə) şəhər “İnqilab” kolxozunun *8 nömrəli qərarında X4 yazısının atası X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atasından miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Gəncə şəhər 1 saylı notariat ofisinə müraciət edərkən qohumluq münasibətlərini təsdiq edən sənədlərdə soyadı, adı və ata adında uyğunsuzluq olduğu üçün həmin mülkə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək mümkün olmamışdır. Ərizəyə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı ərizəçinin doğum şəhadətnaməsində ata qrafasında atasının soyadı və ata adı yanlış qeyd edilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 6.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göründüyü kimi ərizəçinin məhkəməyə müraciət etməsinin səbəbi vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə bağlıdır və həmin qeydə düzəliş edilməsi qeydiyyat orqanına aiddir. Bununla yanaşı ərizəçinin tələb etdiyi 3*.1*.1956-cı il tarixdə Gəncə (Kirovabad) şəhər «İnqilab kolxozunun *8 nömrəli qərarında X4 yazısının atası X5 məxsus olması faktının müəyyən edilməsi hər hansı bir hüquqi nəticə doğurmadığından ərizənin həmin hissədə də qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.2-ci bəndində qeyd edilir ki, eyni bir şəxsin adının,atasının adının və soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir aktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı soyad, ad və ata adının uyğunsuzluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul olunmasından imtina edilməli, müvafiq akt qeydində düzəliş edilməsi ilə bağlı qeydiyyat orqanına müraciət etməsi bundan imtina olunduğu təqdirdə inzibati məhkəməyə müraciət edilməsi hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı soyad, ad və ata adının uyğunsuzluq faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar