Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2395/2025 07.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı) “cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ləyaqətsiz vərəsə hesab edilərək 23 mart 2020-ci il tarixində vəfat etmiş X4ndan qanun üzrə aldığı miras payından məhrum edilməsi və həmin miras payının qanuni vərəsələr İddiaçı və X9 arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin ləyaqətsiz vərəsə hesab edilərək miras qalmış əmlak olan – Gəncə şəhəri, Şahlar Hüseynov, bina 14, mənzil 8-dən hər birinə - iddiaçıya ½ payın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızına ½ payın müəyyən edilməsi, Gəncə şəhəri, X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi, iki girişli 6-cı yaşayış binasının 252-ci girişininin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli, 3 otaqlı mənzil üzərində iddiaçıya 1/4 payın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızına 1/4 payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 mart 2020-ci ildə X4 vəfat etmişdir. Bu barədə notariat orqanında iş açılıb, o da vərəsəliyi qəbul etmişdir. O atasının qanun üzrə birinci növbə vərəsəsidir. Atasının ikinci nikahda yaşadığı Cavabdeh və atası ilə bu qadının birgə yaşayışından doğulan Qarayeva Təhminə də həmin sıradadırlar. Gəncə şəhəri, X32 prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzil, ünvan 1 ünvanında yerləşən mənzil və QAZ-31029 markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil atasından miras qalmışdır. Həmin 264 nömrəli, 3 otaqlı mənzil 2007-2008-ci illərdə atası tərəfindən alınmış və mənzilin dəyəri tam şəkildə atası tərəfindən ödənilmişdir. Həmin binadakı mənzil alınan zaman çıxarışlar verilməmiş, "X33" MTK ilə bağlanmış müqavilə ilə X4 həmin mənzili almışdır və həmin kooperativə üzvlüyə qəbul edilmişdir. X4 MTK-ya üzv pay haqqını tam ödəmiş, həmin mənzil üzərində mülkiyyət hüququ əldə etmiş və kommunal xidmətlərə görə haqqların ödənilməsi vəzifəsini yerinə yetirmişdir. Sübut kimi “Azəriqaz” X31 istismarı idarəsi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli arayışında həmin mənzilin ünvanı xx.xx.2016-cı ildən ölümündən sonrayadək Qarayev Fəxrəddinin adına olduğu, abonent kodu ölümündən sonra belə atasının adına qeydiyyatda olmağı, 2011-ci ilin aprel ayından bu günə kimi "xxxx" tərəfindən verilən arayışda həmin mənzildə abonent kimi X12 olduğu, həmçinin "Azərsu” tərəfindən verilmiş arayışa əsasən 32555208 nömrəli müqaviləyə əsasən xx.xx.2013-cü ildən su və kanalizasiya abonenti X4 göstərilmişdir. Həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyinin Texniki Şurasının qəbul etdiyi əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün zəruri olan sənədlərin siyahısında, həmçinin "xxxx" ASC-nin və “Azəriqaz”ın qoşulma qaydasında zəruri sənədlərin siyahısında mülkiyyəti təsdiq edən sənədlərin təqdim olunması qeyd edilmişdir. Yuxarıda təqdim etdiyi sübutlardan görünür ki həmin mənzil 2007-2008 ci illərdə X4 tərəfindən alınıb və dəyəri tam ödənilmişdir. Mənzilin atasının sağlığında atası tərəfindən birgə nikah dövründə alınması ilə bağlı bir sıra sübutlar var: - Cavabdeh tərəfindən Gəncə Şəhər Baş Polis idarəsinə verilən izahat - həmin izahatda şəxsən özü qeyd edir ki, mənzil 2007-2008-ci illərdə birgə nikah dövründə alınıb. - Kommunal sənədlərin 2011-ci illərdən atasının adına olmağı (atası 23 mart 2020ci ildə vəfat edib). Yuxarıda qeyd etdiyi sübutlara əsasən mənzil 2007-2008-ci ildə birgə mülkiyyət dövründə X4 tərəfindən əldə edilmişdir. Ümumi mülkiyyətdə olma faktı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilib. Lakin atasının ikinci həyat yoldaşı Cavabdeh mənzilin atası tərəfindən 2007-2008-ci ildə birgə nikah dövründə alınmasına baxmayaraq 2020-ci ildə atasının ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan həmin mənzili qanunsuz saxta sənədlər əsasında ələ keçirmiş və ona xx.xx.2021-ci il tarixində DƏDRX tərəfindən saxta sənədlər əsasında çıxarış verilmişdir. Həmin evin saxta olaraq sənədləşdirilməsinə kömək edən şəxs həmin ünvanın ərazi nümayəndəsi Babək Şərifov və "X33" MTK-nın hüquqşünası Mehman Muradlı adlı şəxslərdir. Həmin evin saxta olaraq sənədləşdirilməsi onunla sübut olunur ki, İDF MTK tərəfindən xx.xx.2020-ci il tarixli ümumi iclasın 12 nömrəli protokol qərarına əsasən atasının adına olan mənzil atasının ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan Cavabdeh adına verilmişdir. xx.xx.2020-ci ildə kooperativin 12 nömrəli iclas protokolundan çıxarışa əsasən qanunsuz olaraq mənzil üzərində Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Həmin saxta protokol və maliyyə arayışı ilə Cavabdeh İDF MTK ilə əlbir olub sənədləri elə düzəldib ki, guya atasının ölümündən sonra Cavabdeh özü mənzili alıb. Göründüyü kimi həmin saxta sənədləri DƏDRX-a təqdim edərək DƏDRX-ı aldadaraq mənzil üzərində çıxarış əldə etmişdir. Nəticədə qanunsuz olaraq miras payını artırmışdır. Halbuki mənzil atası tərəfindən 2007-2008-ci illərdə birgə nikah dövründə alınmış, dəyəri tam ödənilmiş və atamın ölümündən sonra heç bir vərəsəlik şəhadətnaməsi əldə edilmədən mənzil Cavabdeh mülkiyyətinə verilmişdir. 12-ci iclas protokolundan məlum olur ki, İDF MTK-nın nümayəndələri X22 - iclasın sədri, kooperativin üzvləri: Bayramov R. E. və İsmayılov K.N. vasitələri ilə Cavabdeh mənzili öz adına rəsmiləşdirib. Nəticədə atasından qalan miras payı mənimsənilib. Bu məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis idarəsinə müraciət edilmişdir. Atasının ikinci həyat yoldaşı Cavabdeh izahatı alınmışdır. İzahatda Cavabdeh təsdiqləyir ki mənzil 2007-2008-ci il dövründə, yəni atasının sağlığında birgə nikah dövründə əldə edilib. Birgə nikah dövründə alındığı üçün birgə mülkiyyət hesab edilir. Lakin saxta sənədlər, İDF MTK tərəfindən xx.xx.2020-ci il tarixli ümumi iclasın 12 nömrəli protokol qərarında göstərilir ki guya Cavabdeh mənzili atasının ölümündən sonra özü alıb. Yuxarıda qeyd edildiyi kimi həmin saxta sənədləri DƏDRX-a təqdim edərək DƏDRX-ı aldadaraq mənzil üzərində çıxarış əldə etmişdir. Nəticədə qanunsuz olaraq miras payını artırmışdır. Mübahisəli mənzil miras dairəsinə daxil edilməli olduğu halda sənədlərin saxtalaşdırılması yolu ilə mənzili cavabdehin adına rəsmiləşdirmişlər. Atasının adına olan payda qanun üzrə vərəsə kimi hüququnun tanınması iddiası digər tərəfin sənədləri saxtalaşdıraraq DƏDRXi aldadaraq çıxarışı aldıqları səbəbi ilə və nəticədə qanunsuz və qəsdən Cavabdeh tərəfindən vərəsəlik payının artırılması səbəbindən iddiası təmin edilmişdir və atasının sağlığında mənzilin alınması, onun ümumi mülkiyyət olması sübut olunmuşdur. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyinə əsasən məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(125)-559/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmamış, qeyd etmişdir ki, Cavabdeh 1993-cü il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikah müddətində yəni mərhum əri Fəxrəddinin vaxtında 2007-2008-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan kooperativ mənzil almışlar. Gəncə "Sukanal" TSC-nin "MİS” proqram bazasında həmin mənzil üzrə xx.xx.2013-cü ildən abonent kimi Fəxrəddin Qarayev qeydiyyatda (abonent kodu **********640) olmuş, həmçinin "xxxx" ASC-nin STAR proqram bazasında abonent kimi Fəxrəddin Qarayev (mənzilə quraşdırılmış ********** zavod nömrəli sayğac) 2011-ci ilin aprel ayından qeydiyyatda olmuşdur. “Azəriqaz” X31 istismarı idarəsinin məktubundan görünür ki, "xxxx" MMC, H.Əliyev 6/264 ünvanı X8 adına olmaqla, X31 istismarı idarəsinin Gəncə xidmət sahəsi üzrə abonent (abonent kodu: **********02640) bazasında xx.xx.2016-cı il tarixdən bugünədək abonent kimi qeydiyyatdadır və qeyd olunan ünvanda sonradan ödənişli sayğacdan istifadə edilməkdədir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışında bildirilmişdir ki, Gəncə şəhəri H.Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264 kooperativin üzvü Cavabdeh məxsusdur, Cavabdeh həmin mənzildə əri X12 ilə birgə yaşamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X12 23 mart 2020-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı Təhminə və birinci nikahdan olan qizi Məltəm birinci növbə vərəsələri qalmışdır. Mirasın qəbulu mübahisələndirilməmişdir. Belə ki, Gəncə "ASAN xidmət" mərkəzi notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında 2V-87 reyestr nömrəli "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan qızı İddiaçı miras əmlakdan 1/3 hissədə irs almışdır. Miras əmlak ban nömrasi XTH310290R02263578, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan “QAZ 31029” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir, İddiaçı notariat Kontoruna vaxtında ərizə vermiş, Cavabdeh və 3-cü şəxs X6 isə miras evi faktiki qəbul etməklə, mirası faktiki (qeyri-formal üsulla) qəbul etmişlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə edilən kooperativ mənzil Cavabdeh ilə mərhum X8 birgə nikah müddətində əldə edildiyindən onların birgə mülkiyyətidir. Cavabdeh vəkili X23 məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh mübahisə edilən evə dair ödəmələri özü etməsini göstərsə də, bu ödəmələr onların birgə nikah müddətində edildiyi müəyyən olunur. Belə ki, vəkil ödəmə sənədlərinin saxlanılmadığını bildirmiş və məhkəməyə ödəmələrin mərhumun vəfatından sonra edilməsi ilə bağlı heç bir sübut növü təqdim edilməmişdir ki, bu da mənzilin birgə nikah müddətində birgə vəsait hesabına əldə edildiyini təsdiq edir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X13 23 mart 2020-ci il tarixdə vəfat etdiyindən, həmin mənzilin 1/2 hissəsinə vərəsəlik onun həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı X6 və birinci nikahdan olan qızı İddiaçı birinci növbə vərəsələri kimi, hər birinə miras əmlakın 1/3 hissəsində, ümumilikdə isə, Gəncə şəhəri, X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli "Lyuks" yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən 264 nömrəli 3 otaqlı mənzil üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı və 1/6 hissədə isə X2 payları mövcud olmuşdur. İddia tələbinə görə Cavabdeh İDF MTK nümayəndəsi Babək Şərifovla düzəltdiyi saxta sənəd və müqavilə X4nun ölümündən sonrakı tarixə hazırlanıb ki, DƏDRX-i aldadıb adına saxta çıxarış əldə edib və bununla miras payını artırmışdır. Bu fakt apellyasiya məhkəməsi tərəfindən təsdiqlənmişdir. Bu onu sübut edir ki qanunvericiliyə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edilməlidir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X4 23 mart 2020-ci ildə ölmüşdür. Mübahisəli mənzilə həmin dövrə qədər, yəni ölənə qədər atası çıxarış almamışdır. Mənzil müqavilə əsasında birgə mülkiyyət olmuşdur (birgə mülkiyyət olma faktı Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təsdiq olunmuşdur). Birgə mülkiyyət olduğuna görə mübahisəli mənzil miras kütləsinə daxildir. Lakin Cavabdeh bu mübahisəli mənzili MTK Kooperativi vasitəsi ilə hüquqi əsas olmadan qanunsuz 01 avqust 2020-ci ildə, yəni X4nun vəfatından sonra qanunsuz yolla qəsdən heç bir hüquqi əsas olmadan İDF Kooperativi ilə əlbir olaraq qanunsuz protokoldan çıxarış almış, yəni 01 dekabr 2020ci ildə atasının ölümündən sonra saxta müqavilə düzəltmişlər və DƏDRX-i aldadaraq qanunsuz çıxarış əldə etmişdir. Bununla miras kütləsini qəsdən azaltmış, miras kütləsindən mənzili çıxartmış və bütövlüklə ələ keçirtmişdir. Əldə edilmiş İDK MTK tərəfindən verilmiş protokol və DƏDRX-in çıxarışının hüquqi əsası olmaması faktı Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmiş, qanunsuz və saxta olduğu üçün ləğv edilmişdir. Mübahisəli mənzil miras kütləsinə daxil edilmiş və ona çatası pay müəyyən edilmişdir. Birgə mülkiyyətdə olma faktının Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunması sübut edir ki, atasının ölümündən sonra Cavabdeh adına verilmiş 01 dekabr 2020-ci il tarixli müqavilə İDF MTK-nın Gəncə nümayəndəliyinin direktoru X22 tərəfindən verilmiş 12 nömrəli protokol və DƏDRX-i aldadaraq əldə edilmiş çıxarış saxta, qəsdən olaraq qanunsuz əldə edilmişdir. Bu yolla da mübahisəli mənzil miras kütləsinə daxil edilməli olduğu halda cavabdeh mənzili sənədləri saxtalaşdırılma yolu ilə qəsdən, qanunsuz miras kütləsindən çıxarmış və onun payını mənimsəmişdir. Bundan sonra iddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh başqa vərəsələrin əmlakını mənimsəmə məqsədi ilə saxtakarlığa əl atıb DƏDRX-i aldadaraq saxta çıxarış almış və Gəncə şəhəri, X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi, 2 girişli 6-cı yaşayış binasının 252-ci girişininin 5ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli, 3 otaqlı mənzili bütövlükdə mənimsəyib. Bu da xx.xx.2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təsdiq olunmuş, həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən dəyişiklik edilmədən saxlanılmış və Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən cavabdeh qəsdən qanunsuz olaraq ölənin, yəni X8 əmlakını mənimsəyib, miras kütləsindən yuxarıda göstərilən ünvanda yerləşən mülkiyyəti çıxarıb və bununla da öz miras payını artırıb. Həmin ünvanda yerləşən mülkiyyəti elə saxta düzəltmişdir ki, guya X8 ölümündən sonra alıb. Ona görə də o, ləyaqətsiz vərəsədir. Cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində öz əksini tapıbdır. Həmin hərəkətlər Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsində əks olunub. Buna əsasən cavabdeh ləyaqətsiz vərəsədir. Odur ki, miras kütləsinə daxil olan Gəncə şəhəri, Şahlar Hüseynov 14/8 ünvanına və Gəncə şəhəri, X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi, iki girişli 6-cı yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli, 3 otaqlı mənzilə o və Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının, hər birinə ½ hissədə payı müəyyən edilməlidir. O, Azərbaycan Respublikasının məhkəmə praktikası ilə maraqlanmışdır, bu barədə demək olar ki, məhkəmə praktikası yoxdur. Xarici ölkələrin, həmçinin Rusiya Federasiyasının praktikasında bu barədə məhkəmə qərarları var, həmçinin bizdəki maddənin eynisi Rusiya Federasiyasının Mülki Məcəlləsində də var. Həmin maddənin şərhində qeyd olunur ki, hansı bir vərəsə öz payını qanunsuz olaraq artırarsa, həmin vərəsə ləyaqətsiz hesab olunur. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (anası) iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, 23 mart 2020-ci ildə iddiaçının X4 vəfat etmişdir. Bu barədə notariat orqanında iş açılıb, iddiaçı da vərəsəliyi qəbul etmişdir. İddiaçı atasının qanun üzrə birinci növbə vərəsəsidir. Atasının ikinci nikahda yaşadığı Cavabdeh və atası ilə bu qadının birgə yaşayışından doğulan Qarayeva Təhminə də həmin sıradadırlar. Gəncə şəhəri, X32 prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzil (digər adı Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 252 saylı evin mənzil M5 m3 saylı mənzil), ünvan 1 ünvanında yerləşən mənzil və QAZ-31029 markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil atasından miras qalmışdır. 264 nömrəli, 3 otaqlı mənzil cavabdehlə mərhum Faxrəddin Qarayevin ümumi mülkiyyəti olsa da, cavabdeh 2020-ci ildə X8 ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan həmin mənzili qanunsuz saxta sənədlər əsasında ələ keçirmiş, xx.xx.2020-ci il tarixdə DƏDRX-i aldadaraq saxta sənədlər əsasında çıxarış almışdır. Həmin evin saxta olaraq sənədləşdirilməsi onunla sübut olunur ki, “X33” MTK tərəfindən xx.xx.2020-ci il tarixli ümumi iclasın 12 nömrəli protokoluna əsasən X8 ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan cavabdehin adına verilmişdir. “X33” MTK tərəfindən xx.xx.2020ci il tarixli ümumi iclasın 12 nömrəli protokolun qərarından çıxarışa əsasən qanunsuz olaraq mənzil üzərində cavabdehin mülkiyyət hüququ tanınmışdır. Həmin saxta protokol əsasında mənzil cavabdehin mülkiyyətinə verilmişdir. Cavabdeh saxta sənədlər düzəldərək müqaviləni X8 ölümündən sonra xx.xx.2020-ci il tarixdə tərtib etmişdir, bununla da miras payını artırmışdır. Bu fakt Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənmişdir. Bu fakt sübut edir ki, cavabdeh qanunvericiliyə əsasən ləyaqətsiz vərəsə hesab edilməlidir. Cavabdeh qanunsuz hərəkətləri ilə mənzili tam mənimsəmiş, öz miras payını artırmış, hətta miras kütləsindən çıxardıb iddiaçının miras payını azaltmışdır. Məhkəmə qətnaməsi ilə həmin mənzil ümumi birgə mülkiyyət hesab olunmuşdur. Ona görə də hesab edir ki, cavabdeh ləyaqətsiz vərəsə hesab edilərək hər iki daşınmaz əmlak üzrə miras qoyan X5 cavabdehə düşən pay iddiaçı və üçüncü şəxs arasında bölünməlidir. Cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin ünvanına məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materillarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-321/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 7 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-559/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və 3-cü şəxslər X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Mənzil tikinti Kooperativinin Gəncə nümayəndəliyinə qarşı "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzilin Cavabdeh mülkiyyətinə verilmiş qərarının etibarsız hesab edilməsi, bu qərar əsasında cavabdehin adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, mənzilin üzərində mərhum atasına məxsus pay üzərində onun cavabdehin və 3-cü şəxs kimi Qarayeva (İbrahimova) Təhminə Fəxrəddin qızının 1/3 hissə ilə paylarının tanınması, mübahisəli kooperativ mənzili X4 ilə Cavabdeh ümumi birgə mülkiyyəti hesab edib həmin əmlakda payların müəyyən edilib atasının adına olan payda qanun üzrə vərəsə kimi onun hüquqlarının tanınmasına dair tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1915/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokol qərarı qismən, yəni 1/6 hissədə etibarsız hesab edilmiş, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 252 saylı evin mənzil M5 m3 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qismən, yəni 1/6 hissədə ləğv edilmiş, həmin 1/6 hissədə İddiaçı payının müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1915/2023 nömrəli iş üzrə 22 fevral 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayəti qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1701/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1915/2023 nömrəli iş üzrə 22 fevral 2024-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılmış, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 1915/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh 1993-cü il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikah müddətində yəni mərhum əri Fəxrəddinin vaxtında 2007-2008-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan kooperativ mənzil almışlar. X12 23 mart 2020-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı Təhminə və birinci nikahdan olan qızı Məltəm birinci növbə vərəsələri qalmışdır. Mirasın qəbulu mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə edilən kooperativ mənzil Cavabdeh ilə mərhum X8 birgə nikah müddətində əldə edildiyindən onların birgə mülkiyyətidir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X13 23 mart 2020-ci il tarixdə vəfat etdiyindən, həmin mənzilin 1/2 hissəsinə vərəsəlik onun həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı X6 və birinci nikahdan olan qızı İddiaçı birinci növbə vərəsələri kimi, hər birinə miras əmlakın 1/3 hissəsində, ümumilikdə isə, Gəncə şəhəri, X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli "Lyuks" yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən 264 nömrəli 3 otaqlı mənzil üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı və 1/6 hissədə isə X2 payları mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 110615 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 23 mart 2020-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. "xxxx" Mənzil tikinti X15 İlqar oğlunun sədrliyi, Abbasova Arzu Məhəmmədəli qızının katibliyi ilə keçən ümumi iclasının xx.xx.2020-ci il tarixli 12 nömrəli protokolundan çıxarışdan görünür ki, həmin iclasda Gəncə şəhəri ünvan 8 ünvanında inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksi 2 girişli 6-ci yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,37 kv.m. olan, 264 N-li, 3 otaqlı mənzilin kooperativin üzvü Cavabdeh mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal” Məhdud Məhsuliyyətli Cəmiyyəti “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin 01-01/9-279 nömrəli, xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Gəncə şəhəri H.Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264-də (Gəncə "Sukanal" TSC-nin "MİS" proqram bazasında H.Əliyev prospekti 6/264 "X33") xx.xx.2013-cü ildən abonent kimi Fəxrəddin Qarayev qeydiyyatdadır.(abonent kodu **********640). İş materiallarında olan X27 Təchizatı və Satışı İdarəsinin 1/205 nömrəli, xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Gəncə şəhəri H.Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264-də ("xxxx" ASC-nin STAR proqram bazasında Ş.İ.Xətai 6/264 "X33") abonent kimi Fəxrəddin Qarayev qeydiyyatdadır. Mənzilə quraşdırılmış ********** zavod N-li sayğac 2011-ci ilin aprel ayından qeydiyyatdadır. Qeydiyyatda olan tarixdən 2022-ci ilin aprel ayı daxil olmaqla sayğaca 391,20 manat məbləğində vəsait yüklənmişdir. İş materiallarında olan X17 istismarı idarəsi tərəfindən verilmiş 61 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İlin 4 fəsli MMC, H.Əliyev 6/264 ünvanı X8 adına olmaqla, X31 İstismarı İdarəsinin Gəncə xidmət sahəsi üzrə abonent (abonent kodu: **********02640) bazasında xx.xx.2016-cı il tarixdən bu günədək abonent kimi qeydiyyatdadır və qeyd olunan ünvanda sonradan ödənişli sayğacdan istifadə edilməkdədir, xx.xx.2022-ci il tarixə təbii qazdan istifadəyə görə qalıq debitor borcu yoxdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 90 kv.m olan ev tam mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40,9 kv.m olan **********41-05101-093009 reyestr nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında X12 (2/3 hissədə payı olmaqla) və İddiaçı (1/3 hissədə payı olmaqla, qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2023) adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 90 kv.m olan **********18-05301-093004 reyestr nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında Cavabdeh (5/6 hissədə payı olmaqla) və İddiaçı (1/6 hissədə payı olmaqla, qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2024) adına daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” mərkəzi Notariat ofisi tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli 2V-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X8 vərəsəsi ünvan 13 ünvanında qeydiyyatda olan qızı – İddiaçı miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DYPİ Gəncə RQİB-11 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AA371030 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan – X10 məxsus ban nömrəsi XTH310290R0226357, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 2/3 hissəsindəki pay açıq saxlanılmışdır. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli 2V-93 və 2V-94 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X8 vərəsəsi ünvan 13 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh və həmin ünvanda qeydiyyatda olan qızı X6 hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Miras əmlak – Azərbaycan Respublikası DYPİ Gəncə RQİB-11 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AA371030 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan – X10 məxsus ban nömrəsi XTH310290R0226357, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Şəhadətnamədə qeyd olaraq göstərilmişdir ki, miras əmlakın miras qoyanın qızı İddiaçı çatası 1/3 hissəsindəki payına 28 yanvar 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin **********53 nömrəli, xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışına əsasən Gəncə şəhəri, Nizami rayonu, X32 prospekti, Heydər Əliyəv prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksi 2 girişli 6-cı yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95.37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzilin X11 mülkiyyətinə verilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi Gəncə nümayəndəliyinin Maliyyə arayışında Gəncə şəhəri, Nizami rayonu, X32 prospekti, Heydər Əliyev prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsi ünvanında inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksinin "xxxx" MTK-ya məxsus olduğu, bu binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95.37 kv.m olan 264 saylı mənzil-pay haqqı yaşayış sahəsinin payçısı X16 tərəfindən tam ödənildiyi, "İDF-Mənzil Servis MTK-ya borcu olmadığı göstərilmişdir. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 252, mənzil M, m3-ə dair (60.3 kv.m yaşayış sahəsi, 29.7 kv.m köməkçi sahə, 90.0 kv.m ümumi sahə) xx.xx.2021-ci il tarixli **********18-05301-093004 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin **********43 nömrəli, xx.xx.2020-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.1993-cü il tarixli 4-44 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, bina 14, 8 saylı mənzil (28.1 kv.m iki yaşayış otağı, 12.8 kv.m yardımçı sahə) Gəncə “Gil-Torpaq” İstehsalat Birliyi tərəfindən X1. Alıcıya xx.xx.1993-cü il tarixli 9197 nömrəli qeydiyyat vəsiqəsi 7 saylı notariat kontorunun xx.xx.2008-ci il tarixli 4Ə-03-523 saylı bağışlama müqaviləsinə əsasən bu mənzil X10 bağışlanmışdır və ona xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə miras qoyan X12 23 mart 2020-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. Miras qoyandan üç əmlak – Gəncə şəhəri, X32 prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzilin 1/2 hissəsi, ünvan 1 ünvanında yerləşən mənzil və QAZ-31029 markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Miras qoyanın üç qanun üzrə birinci növbə vərəsəsi vardır: İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı. Belə ki, İddiaçı miras qoyanın əvvəlki nikahından olan övladı, Cavabdeh miras qoyanın arvadı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı miras qoyanla cavabdehin birgə nikahından olan övladıdır. Başqa sözlə, tərəflər və üçüncü şəxs miras qoyanın birinci növbə vərəsələridir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər mübahisəsiz halına görə, qanuni qüvvədə olan məhkəmə qətnamələrinə, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə və dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payı müəyyən edilmiş, digər hissədə miras qoyanın payı açıq qalmışdır. Gəncə şəhəri, X32 prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzil (digər adı Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 252 saylı evin mənzil M5 m3 saylı mənzil) isə Cavabdeh ilə mərhum X8 birgə nikah müddətində əldə edildiyindən onların birgə mülkiyyəti hesab edilməklə, X13 23 mart 2020-ci il tarixdə vəfat etdiyindən, həmin mənzilin 1/2 hissəsinə vərəsəlik onun həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı X6 və birinci nikahdan olan qızı İddiaçı birinci növbə vərəsələri kimi, hər birinə miras əmlakın 1/3 hissəsində, ümumilikdə isə həmin mənzil üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı və 1/6 hissədə isə X2 paylarının mövcudluğu müəyyən edilmişdir. İddiaçı hazırkı tələbində mərhum X4ndan miras qalmış Gəncə şəhəri, X32 prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzilin 1/2 hissəsinə və ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə cavabdehin ləyaqətsiz vərəsə sayılaraq ona düşən payın onunla üçüncü şəxs arasında bölünməsini tələb edir və iddiasını onunla əsaslandırır ki, 264 nömrəli, 3 otaqlı mənzil cavabdehlə mərhum Faxrəddin Qarayevin ümumi mülkiyyəti olsa da, cavabdeh 2020-ci ildə X8 ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan həmin mənzili qanunsuz saxta sənədlər əsasında ələ keçirmiş, xx.xx.2020-ci il tarixdə DƏDRX-i aldadaraq saxta sənədlər əsasında çıxarış almışdır. Həmin evin saxta olaraq sənədləşdirilməsi onunla sübut olunur ki, “X33” MTK tərəfindən xx.xx.2020-ci il tarixli ümumi iclasın 12 nömrəli protokoluna əsasən X8 ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan cavabdehin adına verilmişdir. “X33” MTK tərəfindən xx.xx.2020-ci il tarixli ümumi iclasın 12 nömrəli protokolun qərarından çıxarışa əsasən qanunsuz olaraq mənzil üzərində cavabdehin mülkiyyət hüququ tanınmışdır. Həmin saxta protokol əsasında mənzil cavabdehin mülkiyyətinə verilmişdir. Cavabdeh saxta sənədlər düzəldərək müqaviləni X8 ölümündən sonra xx.xx.2020-ci il tarixdə tərtib etmişdir, bununla da miras payını artırmışdır. Bu fakt Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənmişdir. Bu fakt sübut edir ki, cavabdeh qanunvericiliyə əsasən ləyaqətsiz vərəsə hesab edilməlidir. Cavabdeh qanunsuz hərəkətləri ilə mənzili tam mənimsəmiş, öz miras payını artırmış, hətta miras kütləsindən çıxardıb iddiaçının miras payını azaltmışdır. Məhkəmə qətnaməsi ilə həmin mənzil ümumi birgə mülkiyyət hesab olunmuşdur. Ona görə də hesab edir ki, cavabdeh ləyaqətsiz vərəsə hesab edilərək hər iki daşınmaz əmlak üzrə miras qoyan X5 cavabdehə düşən pay iddiaçı və üçüncü şəxs arasında bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Mülki qanunvericiliyə görə, ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir. Hazırkı halda müəyyən edildi ki, iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 əmlakına münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola biləcək, yuxarıda göstərilən qanunvericilikdə müəyyən edilmiş hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər, həmin əsaslar məhkəmə iclasında da müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində iddia tələbinin əsası olaraq cavabdehin Gəncə şəhəri, X32 prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzili öz adına sənədləşdirməsi hallarını göstərsə də, qeyd edilənlənlər cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas sayıla bilməz. Qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilməsinin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə iddia üzrə cavabdehin əməllərində həmin hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi məhkəmə mübahisəsindən də müəyyən edilir ki, cavabdeh sözügedən mənzili özünün əmlakı hesab etmiş, lakin məhkəmə onun mövqeyini qəbul etməmiş sözügedən əmlakı cavabdehlə mərhum X8 birgə nikah müddətində əldə edilmiş əmlak hesab edərək onların hər birinin mənzildə 1/2 hissədə payını tanımışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir. Ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir. Hazırkı halda isə cavabdeh, xx.xx.2020ci il tarixdə ölmüş əri X10 qarşı hər hansı nə cinayət əməli, nə də bu və ya digər şəkildə əxlaqsız xarakterli hərəkətlər törətməmiş, ona qarşı laqeyd davranmamışdır. Beləliklə də, müəyyən olundu ki, iddiaçının iddia tələblərində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdehin, mərhum X5 miras qalmış - Gəncə şəhəri, X32 prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzilin 1/2 hissəsinə və ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, mərhum X5 miras qalmış əmlak olan – Gəncə şəhəri, Şahlar Hüseynov, bina 14, mənzil 8-dən hər birinə - iddiaçıya ½ payın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızına ½ payın müəyyən edilməsi, Gəncə şəhəri, X32 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi, iki girişli 6-cı yaşayış binasının 252-ci girişininin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli, 3 otaqlı mənzil üzərində iddiaçıya 1/4 payın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızına 1/4 payın müəyyən edilməsi tələbləri hazırkı halda törəmə hüquq münasibəti olub, sözügedən əmlaka münasibətdə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi tələbindən törənmişdir. Buna görə də mübahisəli əmlaka münasibətdə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan sözügedən digər tələblər də əsassızdır və təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı) “cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2395/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2395/2025
07.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver