Məhkəmə qərarları › İş №2(125)-240/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-240/2024

17.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-240/2024 17.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndə Nurəddin qızının və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 alınıb ona verilməsinə, eyni zamanda cavabdehdən uşağın alınıb ona verildiyi vaxtdan başlayaraq 18 yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat aliment ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cü il tarixdə el adəti ilə toyları olmuş, nikahlarını qeyd etdirmədən ailə qurmuşdurlar. Ailə qurduqdan sonra cavabdehin valideynlərinə məxsus Bakı şəhərində təqribən 3 ildən artıq bir müddətdə birgə yaşamışlar. Cavabdehlə birgə qeyri-rəsmi nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X6 adlı bir övladları doğulmuşdur. Cavabdeh ruhi xəstə olmaqla 1-ci qrup əlildir. Onda “şizofreniya” xəstəliyinin ciddi əlamətləri vardır. Ailə qurduqdan sonra bir müddət ərzində çətinliklə də olsa cavabdehlə birgə yaşasalar da, son vaxtlar onun xəstəliyinin şiddətlənməsi səbəbindən birgə yaşamaları mümkün olmamış, ona görə də 2023-cü ilin mart ayının 24-dən birdəfəlik ayrılmışdırlar. O, Gəncə şəhərinə anası evinə qayıdanda cavabdeh və onun anası X3 uşağı onun əlindən alıb verməmişlər. Onların uşağı verməməkdə məqsədləri odur ki, o, uşağa görə əri ilə barışsın və ona baxmaqda davam etsin. Cavabdehlə birgə yaşamaq isə mümkün deyildir, çünki o, özünü idarə edə bilmir, qeyri-normal hərəkətlərə yol verir. O, ayrılandan sonra uşağın alınıb ona verilməsi üçün 102 xidməti vasitəsi ilə Sabunçu rayonu Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsinə onu dəvət edib bildirmişdirlər ki, guya buna onların səlahiyyəti yoxdur, məhkəməyə müraciət etməlidir. O, ərinin 1 -ci qrup “şizofreniya” xəstəsi olduğunu bildirib, uşağın həyatının təhlükə altında olduğunu bildirsə də, Polis İdarəsi qanunsuz olaraq imtina etmişdir. Uşağın onun himayəsində olması uşağın mənafeyi xeyrinədir. Çünki uşaq hazırda 3 yaşının içində olmaqla körpədir, onun ana qayğısına xüsusi ehtiyacı vardır. Eyni zamanda cavabdehin xəstəlik vəziyyəti onun uşağı normal tərbiyə etməsinə imkan vermir. Hətta cavabdehin sağlamlıq durumu uşağın həyatının təhlükəsizliyinə zəmanət vermir. Ona görə də, uşağın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməlidir. Eyni zamanda uşağın saxlanılması üçün aliment təyin edilməlidir. Cavabdeh əlillik pensiyası alır ona görə də, onun hər ay uşağa 130 manat aliment ödəmək imkanı vardır. Gəncə şəhər 1 saylı Mediasiya Təşkilatına müraciət edib xx.xx.2023-cü il tarixdə müvafiq arayış almışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Nurəddin qızı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, qızı hazırki iş üzrə İddiaçı uşağa heç bir zərər verəcəyi xəstəliyi yoxdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə etiraz təqdim etdiklərini, iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, İddiaçı özü də ruhi əsəb xəstəsidir. 8 ay müddətində uşağı axtarmamış, maraqlanmamışdır. Birlikdə olduqları müddətdə uşağa heç yemək də verməmişdir, uşağı özü saxlayıb, qulluq etmişdir. Rəsmi nikaha daxil olmaları üçün iddiaçını Bakıya aparmaq istəsə də, iddiaçı sosial yardım pulu kəsiləcəyi üçün gəlməmişdir. Həmçinin oğlu da şizofreniya xəstəsidir, ancaq uşağa qarşı mülayim olmuş, heç vaxt əl qaldırmamışdır. İddiaçının əqli zəifliyinə görə ekspertiza təyin olunmalıdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-T 240953 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı kimi qeyd olunmuşdur. AZ-İ 462976 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci ildə İddiaçı doğulmuş X5 atası Cavabdeh hesab edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-02068 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı mediasiya xidmətinin göstərilməsinə görə 50 manat mediasiya xərcini tam şəkildə ödəmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəydən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 ana nəvazişinə daha çox ehtiyacı olduğundan və gələcək mənafeyini nəzərə alaraq, anası İddiaçı himayəsinə verilməsini məqəsədəmüvafiq hesab edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş İddiaçı həyat şəraitinin müayinə edilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı Gəncə şəhəri, Natəvan qəsəbəsi ünvanında yerləşən evə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ev 3 yaşayış otağı, mətbəx və hamamdan ibarətdir, sahəsi 70 kv.metrdir, orta təmirlidir, evin məişət şəraiti qənaətbəxşdir. İddiaçı həyat şəraiti və yaşayış səviyyəsi uşağın sağlam ailə mühitində yaşaması üçün əlverişlidir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-18/2-327/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yaşayan vətəndaş Cavabdeh ünvanı və əlaqə nömrəsi dəqiq qeyd edilmədiyindən komissiya tərəfindən onunla əlaqə yaratmaq, mənzil-məişət vəziyyətinə baxış keçirmək və müvafiq akt tərtib etmək mümkün olmamışdır. Həmçinin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən komissiyaya təqdim edilmiş arayışa əsasən müəyyən edilmişdir ki, vətəndaş Cavabdeh qeyd edilən ünvanda daimi pasport qeydiyyatında deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5942 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa y/m ünvanda yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixində adı göstərilən xəstəxanaya stasionar müalicəyə qəbul olunmuş, xx.xx.2024-cü il tarixində xəstəxanadan evə yazılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər el adəti ilə toy edərək ailə qurmuş, rəsmi nikah qeydiyyatından keçməmişdirlər. Bir müddət sonra ailə münasibətləri baş tutmadığından tərəflər ayrılmış, tərəflərin qeyri-rəsmi nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X6 atası Cavabdeh yanında qalmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh ruhi xəstə olmaqla 1-ci qrup əlildir. Onda “şizofreniya” xəstəliyinin ciddi əlamətləri vardır. Ailə qurduqdan sonra bir müddət ərzində çətinliklə də olsa cavabdehlə birgə yaşasalar da, son vaxtlar onun xəstəliyinin şiddətlənməsi səbəbindən birgə yaşamaları mümkün olmamış, ona görə də 2023-cü ilin mart ayının 24-dən birdəfəlik ayrılmışdırlar. O, Gəncə şəhərinə ana evinə qayıdanda cavabdeh və onun anası X3 uşağı onun əlindən alıb verməmişlər.Uşaq hazırda 3 yaşının içində olmaqla körpədir, onun ana qayğısına xüsusi ehtiyacı vardır. Eyni zamanda cavabdehin xəstəlik vəziyyəti onun uşağı normal tərbiyə etməsinə imkan vermir, hətta cavabdehin sağlamlıq durumu uşağın həyatının təhlükəsizliyinə zəmanət vermir. Buna görə də uşaq cavabdehdən alınıb ona verilməli, həmçinin onun saxlanılması üçün aliment təyin edilməlidir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 isə iddiaçının özü də ruhi əsəb xəstəsi olduğundan uşaqla heç maraqlanmadığını göstərərək iddiaya etiraz etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə xx.xx.2020-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsinə verilməsi məqəsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-AM) 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. AM-in 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Elsholzun işi ilə bağlı qərarında qeyd etmişdir ki, uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür. Azərbaycan Respublikası 12 noyabr 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Haqqında BMT-in konvensiyasına qoşulmuşdur. (xx.xx.1992-ci ildə qoşulmuşdur). BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş preambulanın 6-cı prinsipində göstərilmişdir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır… Qeyd olunan qanunvericiliyin göstərilən normasını nəzərə alaraq məhkəmə qeyd edir ki, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2020-ci ildə anadan olmuş Murad anasından ayrılanadək ona iddiaçının özü qayğı göstərmiş və keçən müddət ərzində iddiaçıda uşağın mənafeyinə zidd olan hallar aşkar olunmamışdır. Uşaq hazırda azyaşlı olmaqla onun anasına bağlılığı daha çoxdur və ana nəvazişinə ehtiyacı vardır. Belə olan halda azyaşlı Muradın cavabdehin yanında qalması onun mənafeyinə ziddir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2020-ci ildə anadan olmuş X6 Cavabdeh alınaraq anası İddiaçı verilməli və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya (anasına) verildiyi vaxtdan başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci ildə anadan olmuş X6 Cavabdeh alınaraq anası İddiaçı verilsin. xx.xx.2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Alimentin tutulması X2 iddiaçıya (anasına) verildiyi vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar