Məhkəmə qərarları › İş №2(125)-2426/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2426/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2426/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «miras əmlakı faktiki qəbul etməsi» barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mərhum əri X2 tərəfindən "xxxx" ASC-nin «Gəncə filialı»nda kredit təminatı ilə bağlı girov qoyulmuş 750 əyyarlı 5,3 qram çəkidə boyunbağının; 585 əyyarlı 16,9 qram çəkidə 1 ədəd qolbağının; 585 əyyarlı 6,9 qram çəkidə üzüyün; 585 əyyarlı 5,7 qram çəkidə tay sırğanın və 585 əyyarlı 5,7 qram çəkidə kulonun miras əmlak kimi faktiki qəbul etməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddianı müdafiə ddianın təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin notariusu mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, iddiaçını dinləyərək, hesab edir ki, Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «miras əmlakı faktiki qəbul etməsi» barədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-336/2025 nömrəli qətnaməsindən görünür ki, X1 miras qalmış «VAZ 21124» markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi miras əmlakın bir hissəsinin qəbulu bütövlükdə miras əmlakın qəbulu kimi səciyyələndirilir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-336/2025 nömrəli qətnaməsinə əsasən X1 miras qalmış «VAZ 21124» markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmişdir. Qeyd edilən səbəbdən də Ərizəçi hal-hazırki ərizə ilə məhkəməyə müraciət etməsinə zərurət yoxdur. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «miras əmlakı faktiki qəbul etməsi» barədə ərizəsinə məhkəmədə baxıla bilməz və həmin ərizə üzrə mülk işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «miras əmlakı faktiki qəbul etməsi» barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; mədaxil qəbz nömrəsi:26638) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «miras əmlakı faktiki qəbul etməsi» barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi izah edilsin ki, mülki işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; mədaxil qəbz nömrəsi:26638) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar