Məhkəmə qərarları › İş №2(125)-2441/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2441/2025

10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2441/2025 10.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1, maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Xıdır (Xdr) qızının (Maraqlı şəxs) «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Xıdır (Xdr) qızı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Ərizəçi Xıdır qızının xx.xx.1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnaməsinin ata qrafasında atasının adının X18, ana qrafasında isə X3 qeyd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1 ərizəni müdafiə edərək, izahatında bildirdi ki, Ərizəçi Xıdır (Xdr) qızı xx.xx.1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda anadan olmuşdur. Ərizəçi Xıdır (Xdr) qızı əri X7 ilə nikahlarını xx.xx.1989-cu il tarixdə qeydə aldırmışlar. Ərizəçi Xıdır (Xdr) qızının xx.xx.1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda anadan olması ilə bağlı şəxsiyyət vəsiqəsi mövcud olsa da, sonuncuya aid doğum haqqında şəhadətnamə Ermənistan Respublikasından deportasiya olunarkən orada qalmışdır. Hazırda ərizəçinin mərhum atası Xıdır Məmmədovdan və anası Mürəstə Məmmədovan qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ondan doğum haqqında şəhadətnamə tələb edilir. Bununla əlaqədar Ərizəçi Xıdır (Xdr) qızı X19 müraciət etmişdir. Lakin Ərizəçi Xıdır (Xdr) qızına doğum haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ərizəçi Xıdır (Xdr) qızının məhkəmədən kənar qaydada qeyd olunan sənəd alması mümkün deyildir. Sonda ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1 ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 ərizəçinin xahişinin təmin olunub-olunmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi Xıdır qızı və onun valideyinləri Basarkeçər (Vardenis) rayonunın müxtəlif vaxtlarda Qanlı, Qamışlı, Torpovan adlandırılan kəndində qonşu olmuşlar. Ərizəçi anasının adı Mürəstə, atasının adı Xıdır olmuşdur.1988-ci ildə o, ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxt Ərizəçi da Azərbaycan Respublikasına gəlmişdir. Gəncə şəhərində yaşayan zaman da onların Ərizəçi ilə münasibətləri olmuşdur. Ərizəçi Vidadi adlı bir qardaşı da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Basarkeçər (Vardenis) rayonunun müxtəlif vaxtlar Qamışlı, Torpovan adlandırılan kəndində anadan olmuş, Ərizəçi ilə həm qohum, yəni ataları əmi oğlu olmuş, həm də eyni kəndin sakini olmuşlar. Ərizəçi atasının adı X18, anasının adı X14 olmuşdur. Onlar 1989-1991-ci il tarixlərində Azərbaycan Respublikasına gəlmişlər.O və Ərizəçi Basakeçər (Vardenis) rayonunun Torpovan kəndindəki məktəbdə 8 il, iki il isə yəni 9-10-cu sinifləri isə Kərkibaşı kəndindəki məktəbdə təhsil almışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, o,1963-cü ildə Vardenis rayonunun Nərimanlı kəndində anadan olmuşdur.Ərizəçi ailəsi ilə onun ailəsi onların kiçik yaşlarından ailəvi dost olmuşlar. Hazırda da Rusiya Federasiyasında qonşudurlar və münasibətləri davam edir. Ərizəçi atasının adı Xıdır, anasının adı Mürəstə olmuşdur. Ərizəçi bir qardaşı olmuş, o da vəfat etmişdir. Onunla Ərizəçi arasında 11 yaş fərqi vardır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Basarkeçər rayonunda anadan olmuşdur. İşdə olan Vİİ-МЮ seriyalı, 802415 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda anadan olmuş Ərizəçi ilə xx.xx.1960-cı il tarixdə Basarkeçər (Vardenis) rayonunda anadan olmuş X7 arasında olan nikah xx.xx.1989-cu il tarixdə 13 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, HЗ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda anadan olmuş Ərizəçi Xıdır (Xdr) qızı hərbi hissədə tibb bacısı kimi çalışmışdır. İşdə olan İİİ-ЖГ seriyalı 493647 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 724365 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan 441203 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1947-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda anadan olmuş X15 ilə xx.xx.1958-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda anadan olmuş X16 arasında olan nikah xx.xx.1978-ci il tarixdə 38 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan İİİ-СЛ seriyalı 482429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda anadan olmuş X5 atası X15, anası isə X9r. İşdə olan xx.xx.2020-ci il tarixli təcili və təxirəsalınmaz tibbi yardım stansiyasınının ölüm haqqında xəbərdarlıq vəsiqəsinin surətindən görünür ki, 1947-ci il təvəllüdlü X15 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-580 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi Xıdır (Xdr) qızının Basarkeçər (Vardenis) rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Buna görə də xx.xx.1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəmə orqanına müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının surətindən görünür ki, xx.xx.1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda anadan olmuş Ərizəçi atası X23, anası isə X10r. İşdə olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1292/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1952-ci il tarixdə anadan olmuş Ərizəçi Xıdır (Xdr) qızının vərəsəsi oğlu xx.xx.1993-cü il təvəllüdlü X17r. İş materiallarında olan xx.xx.1993-cü il tarixli 1860 nömrəli doğum akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1993-ü il tarixdə Gəncə şəhərində anadan olmuş X13 atası X7, anası isə Ərizəçidır. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti başçısının Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-47-15/2-51/2025 nömrəli məktubunun surətindən görünür ki, Ərizəçi Xıdır qızının mərhum atası X18 və mərhum anası X2 rayonun Çaykənd kəndində Şəhriyar küçəsi, kvartal 10, ev 12 ünvanında ölən günədək özlərinə məxsus fərdi yaşayış evində yaşamışlar. Hal-hazırda həmin ünvanda heç kim yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-38357/2025 nömrəli məktubundan görünür ki, valideynləri X7 ilə Ərizəçi olan xx.xx.1993-cü il təvəllüdlü Orxan Vəliyevin doğumu Maraqlı şəxsndə qeydə alınmışdır. Həmin akt qeydinə baxış keçirilərkən Ərizəçi X7 ilə nikahının xx.xx.1989-cu ildə Rusiya Federasiyasında rəsmiləşdirildiyi barədə məlumat aşkar edilmişdir. Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ermənistan Respublikasında doğulmuş Ərizəçi aid digər vətəndaşlıq vəziyyəti akt qeydləri barədə məlumat müəyyən edilmədi. Həmçinin Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlaq vəziyyəti akt qeydləri və onların tərtib edilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmır. Eyni zamanda «Elektron notariat» informasiya sistemində aparılmış araşdırma nəticəsində Ərizəçi adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə görə doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi Xıdır (Xdr) qızı xx.xx.1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda rayonunda anadan olmuş və onun doğumu qeydə alınmış, Ərizəçi doğum akt qeydlərində ana adı qrafasında X14, ata adı qrafasında X18 qeyd olunmuşdur. Lakin hazırda Ərizəçi Xıdır (Xdr) qızına məxsus doğum haqqında şəhadətnamə itmişdir və doğum akt qeydi Basarkeçər (Vardenis) rayonunda aparıldığından onun bərpası mümkün deyildir. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini əldə edə bilmir, Maraqlı şəxsndə onun doğum akt qeydi mövcud deyildir və onun bərpası mümkün deyildir. Buna görə də, məhkəmə hesab edir ki, Ərizəçi Xıdır (Xdr) qızının xx.xx.1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda doğulmasının Basarkeçər (Vardenis) rayon qeydiyyat şöbəsində qeydə alınması və doğum akt qeydlərinin ana adı qrafasında X6, ata adı qrafasında X29 adının qeyd olunması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Xıdır (Xdr) qızının xahişi təmin edilsin. Ərizəçi Xıdır (Xdr) qızının xx.xx.1952-ci il tarixdə Basarkeçər (Vardenis) rayonunda doğulmasının Basarkeçər (Vardenis) rayon qeydiyyat şöbəsində qeydə alınması və doğum akt qeydlərinin ana adı qrafasında X6, ata adı qrafasında X11 adının qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar