Məhkəmə qərarları › İş №2(125)-2442/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2442/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2442/2025 29.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1971ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək onun, yəni Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. 1988-ci ildə Ermənistan Respublikasından ailəsi ilə birlikdə deportasiya olunmuşdurlar. Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 12 saylı binanın 11-ci mənzilində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Hazırda doğum haqqında şəhadətnaməsi yoxdur. Belə ki, doğum haqqında şəhadətnaməsini itirmişdir, Ermənistan Respublikasında doğulduğundan həmin şəhadətnaməni əldə edə bilmir. Maraqlı şəxsnə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciət etsə də, ərizəsi Maraqlı şəxs tərəfindən təmin edilməmiş, ona xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-535/2025 saylı məktubla xx.xx.1971-ci ildə Ermənistanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olması ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. O, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində doğulması ilə bağlı doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilməmiş, bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X13 ərizənin təmin olunmasına etirazları olmadığını bildirdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində ərizəçi ilə qonşu olmuşdurlar. Məktəbi də orada oxumuşdur. O, 1986-cı ildə əsgərliyə gedəndə ərizəçi və ailəsi hələ də həmin kənddə olmuşdur. Ərizəçinin atası Şenlik rəhmətə getmişdir. Ərizəçinin qardaşı və bacıları olan Umud, Sevda, Saleh, Akaş və Bulud da elə həmin kənddə doğulmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsini itirməsindən isə xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, ərizəçi ilə Amasiya rayonunda eyni kənddə yaşamışdırlar. Ərizəçi ondan böyükdür, o, Gəncə şəhərinə köçüb gələndə 14 yaşı olmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsini itirməsindən isə xəbəri yoxdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğulduğu tarix xx.xx.1971-ci il kimi göstərilmişdir. İ-ZJ 760169 nömrəli, İ-ZJ 959697 nömrəli, İİ-SL 000675 nömrəli və İİ-SL 160185 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində xx.xx.1964-cü ildə anadan olmuş X3, xx.xx.1966-cı ildə anadan olmuş X4, xx.xx.1974-cü ildə anadan olmuş X5 və xx.xx.1977-ci ildə anadan olmuş X10 ata qrafalarında X12, ana qrafalarında isə X2 qeyd olunmuşdur. AZ-İİ 274333 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür. AZ-İİ 356621 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2023-cü ildə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-555 nömrəli məktubdan görünür ki, Ərizəçi Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində doğulmasını təsdiq edəcək sənədləri təqdim edə bilmədiyindən doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Ailə Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadələri ilə, habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuş və bu barədə doğumu qeydə alınaraq atası X12, anası X1 qeyd olunmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsi itirdi üçün həmin faktı təsdiq edən sənədi əldə edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 307.2.3) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X12, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X12, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar