Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2465/2024 07.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və müstəqil tələb irəli sürməyən Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhər 4 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışın etibarsız hesab edilməsi və miras paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhər 4 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 adına Gəncə şəhəri, Kəpəz rayonu, Sərdarov küçəsində yerləşən 43 saylı evə dair vərəsələrin dairəsi müəyyən edilmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin, onun əsasında verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, vəsiyyət və qanun üzrə vərəsə kimi Cavabdeh2 34/80, İddiaçı 14/80, Cavabdeh3 4/80, Maraqlı şəxs 14/80, X1 14/80 hissələrdə pay verilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-7229/2017 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-7229/2017 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin icraatının təzələnərək mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-7229/2017 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Gəncə şəhər 4 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışın etibarsız hesab edilməsi və miras paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-7229/2017 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və işə tərəflərin iştirakları təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin təkrar olaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.4 maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil işin baxılmamış saxlanılmasını xahiş edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəx Maraqlı şəxs atasından miras qalmış əmlakdan ona məhkəmə qətnaməsi ilə pay verilməsindən xəbəri olmadığını bildirdi. Digər cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh1na məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5 maddələrinə əsasən işə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və Cavabdeh1 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh1na qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışın etibarsız hesab edilməsi və miras paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh1na qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışın etibarsız hesab edilməsi və miras paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərdadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2465/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2465/2024
07.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver