Məhkəmə qərarları › İş №2(125)-2481/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2481/2022

15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2481/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı Ərizəçi, Cavabdeh AR DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdehlər AR DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə və AR ƏN 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Ərizəçi cavabdehlər AR DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə və AR ƏN 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh AR DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, mülki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçı Ərizəçi cavabdehlər AR DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə və AR ƏN 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.*.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Ərizəçi cavabdehlər AR DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə və AR ƏN 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar