Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2497/2022 17.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş 17 aprel 2017-ci il tarixli akta əlavə edilmiş siyahı üzrə cavabdehə məxsus əmlakın, iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti (keçmiş Ş.İ.Xətai), 37 nömrəli binanın 4-cü mənzilində olan əşyaların çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş 17 aprel 2017-ci il tarixli akta əlavə edilmiş siyahı üzrə cavabdehə məxsus əmlakın, iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti (keçmiş Ş.İ.Xətai), 37 nömrəli binanın 4-cü mənzilində olan əşyaların çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsinə görə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə İddiaçı şəxsiyyətini təsdiq edən sənəd əlavə edilməmiş və iddia ərizəsinin kserosurəti məhkəməyə təqdim olunmuşdur. Bununla da həmin ərizənin məhz səlahiyyətli şəxs İddiaçı tərəfindən imzalanmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (əməliyyat İD:57664088; qəbzin nömrəsi:13425; terminal nömrəsi: K0128012; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş 17 aprel 2017-ci il tarixli akta əlavə edilmiş siyahı üzrə cavabdehə məxsus əmlakın, iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti (keçmiş Ş.İ.Xətai), 37 nömrəli binanın 4-cü mənzilində olan əşyaların çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (əməliyyat İD:57664088; qəbzin nömrəsi:13425; terminal nömrəsi: K0128012; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2497/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2497/2022
17.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver