Məhkəmə qərarları › İş №2(125)-2512/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2512/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2512/2024 24.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya üçün ödədiyi 50 manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi – iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda xx.xx.2008-ci il təvəllüdlü X4 faktiki olaraq anası İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X5 isə atası Cavabdeh yanındadır. Ona görə də faktiki vəziyyətə uyğun olaraq iddia tələbinin həcmini azaldıb Muradın iddiaçının himayəsinə verilməsini xahiş etmiş, həmçinin cavabdehdən aliment tələbinin olmadığını bildirmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikahdan iki uşaq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3390/2015 nömrəli, xx.xx.2015ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Uluçay (Atayeva) Vahidə Vahid qızının ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “nikahın pozulması və sabit pul məbləğində alimentin tutulması tələbinə” dair və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Uluçay (Atayeva) Vahidə Vahid qızına qarşı “nikahın pozulması və azyaşlı uşaqlar X1 və X2 onun yanında saxlanılmasına dair” mülki iş üzrə ilk iddia tələbi qismən qarşılıqlı iddia tələbi isə tam təmin edilmiş, tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək ataları Cavabdeh himayəsində saxlanılması, Uluçay (Atayeva) Vahidə Vahid qızından xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, məhkəmə qətnaməsi ilə aralarında olan nikahın pozulması, uşaqları Murad və Nihadın cavabdehin himayəsində saxlanılması və uşaqların saxlanılması üçün hər ay 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdən uşaqlar onun himayəsindədir. Cavabdeh uşaqları döydüyü üçün onun barəsində polisdə araşdırma aparılır. Polisin araşdırmasının nəticəsi olan yekun qərarı məhkəmə iclası zamanı təqdim edəcək. Uşaqlarının mənafeyini nəzərə alaraq məhkəmədə uşaqların onun himayəsinə verilməsi və aliment tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa oxşar izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin əlavə etmişdir ki, cavabdeh əvvəllər Rusiya Federasiyasında yaşasa da, hazırda ölkə daxilindədir. Əvvəllər uşaqların hər ikisi onun yanında olsa da, cavabdehin təsiri nəticəsində balaca oğlu Nihad atasının yanına getmişdir, hazırda təkcə böyük oğlu Murad onun yanındadır. Odur ki, uşaqlardan təkcə böyük oğlu Muradın onun himayəsinə verilməsini istəyir və cavabdehdən aliment tələbi yoxdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin əlavə etdi ki, uşaqlar əvvəl ataları ilə qalsalar da, sonradan iddiaçının yanına gəlmişlər. Lakin məhkəmə ərəfəsində cavabdehin təsiri nəticəsində balaca uşaq Nihad atasının yanına getmişdir, hazırda təkcə böyük uşaq Murad iddiaçının yanındadır. Ona görə də uşaqlardan təkcə böyük uşaq Muradın iddiaçının himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biribirindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. İş materiallarından, eləcə də iddiaçı tərəfin izahatından aydın olur ki, məhkəmə qətnaməsi ilə birgə nikahdan olan Muradın və Nihadın atasının yanında saxlanılması müəyyən olunsa da, hazırda Murad adlı uşaq anası İddiaçı yanındadırlar. İddiaçı məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş Murad adlı uşağın onun yanında qalmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həll edilməsi baxımından ilk növbədə, yetkinlik yaşına çatmayan Muradın hüquq və mənafelərinin qorunması və daha üstün tutulması, tərəflərin maddi və həyat şəraiti, ailədə davranışı, valideynlərin uşaqlarla münasibətləri, uşaqların təhsili, mənzil şəraiti ilə bağlı olan hallar araşdırılmaqla mübahisəyə qiymət verilməlidir. Tərəflərin birgə nikahından doğulmuş Murad və Nihadın valideynlərindən hansının yanında saxlanılması ilə bağlı rəy verilməsi üçün Gəncə Şəhər Məhkəməsinin 2(125)- 2512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin materialları Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya iş üzrə rəyini 5-1/2-1145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə göndərmişdir. Komissiya üzvləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsini rəhbər tutaraq, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 fikirlərini nəzərə alıb anaları İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı hazırda yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. İddiaçının qardaşı Nümayəndə evin özünə məxsus olduğunu bildirərək çıxarış təqdim etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ev 3 (üç) otaq, 1 (bir) qonaq otağı, mətbəx, hamam və sanitar qovşağından ibarətdir. Evin ümumi sahəsi 174,1 kv.metrdir, torpaq sahəsi 0,0575 hektardır. Həmçinin Nümayəndə bildirmişdir ki, yuxarıda göstərilən ünvanda 6 nəfər yaşayır (özü, arvadı X3, övladı X6, bacısı İddiaçı və bacısı övladları X4 və X5). Ev təmirlidir, məişət şəraiti qənaətbəxşdir. Mənzil zəruri məişət və mebel avadanlıqları, su, təbii qaz, internet xətti və elektrik eneriisi ilə təchiz edilib, ev kombi sistemi ilə isidilir.Evdə azyaşlı uşaqların təlim-tərbiyəsi ilə məşğul olunması və normal mühitdə böyüməsi üçün hər bir şərait var. Bundan başqa, tərəflərin birgə nikahından doğulmuş Murad və Nihad müvafiq olaraq 16 və 15 yaşlarına çatmış olduqlarından və onlar, haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan, uşaqlar məhkəmədə dinlənilmişdir. Belə ki, məhkəmə iclasında, məsləhətçi psixoloqun iştirakı ilə dinlənilmiş xx.xx.2008-ci il təvəllüdlü X4 bildirdi ki, 16 yaşı var, hazırda Bakı şəhəri, Nərimanov rayonunda anasının yanında qalır, Gəncə şəhərində peşə məktəbində oxuyur. Ən sevdiyi fənn coğrafiyadır, həmçinin kompüterdə işləməyi də çox sevir. Əvvəllər atası ilə qalırdı. Atası onu anasıgilə söyməyə məcbur edir, etmədiyi halda isə qışqırırdı. Qardaşı 2 gün bibisigildə qaldıqdan sonra dayısına söyməyə başlamışdır. Həmçinin atası onu məktəbdə də biyabır etmişdir, belə ki, “Whatsapp” sosial platformasında məktəb qrupuna səslər ataraq bir atanın oğula deyə bilməyəcəyi sözlərlə onu təhqir etmişdir. Odur ki, Murad anası ilə qalmaq istədiyini bildirdi. Məhkəmə iclasında, məsləhətçi psixoloqun iştirakı ilə dinlənilmiş xx.xx.2009-cu il təvəllüdlü X5 bildirdi ki, 15 yaşı var, Gəncə şəhərində 18 nömrəli məktəbin 10-cu sinfində oxuyur, kimya və rus dili fənlərini yaxşı oxuyur. Əvvəllər kikboks idman növü ilə məşğul olmuşdur. Hazırda 15-20 gündür ki, atasının yanındadır, ondan əvvəl 2-3 ay anası ilə qalmış, lap qabaqlar isə dayısının yanında qalmışdır. Uşaqlıq illərindən onu atası böyütmüşdür, anası günorta gedib səhərə yaxın gəlirdi. Qardaşı Muradla danışmır, telefonla zəng edəndə qardaşı Murad ona bir daha zəng etməməsini bildirmişdir. Odur ki, Nihad atası ilə qalmaq istədiyini bildirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci və 49.3-cü maddələrinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağı fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 hazırda anasının (iddiaçının) yanında yaşamasını, anasının həyat şəraitinin qənaətbəxş olmasını, həmçinin uşağın özünün fikrini və digər hüquq və mənafelərini, eləcə də qəyyumluq və himayəçilik komissiyasının rəyini, uşağın özünün də anası ilə yaşamaq istəməsini və bunun uşağın hüquq və mənafeyinə zidd olmamasını, eləcə də iddia tələbinin həddini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağı - xx.xx.2008-ci il təvəllüdlü X4 faktiki vəziyyətə uyğun olaraq iddiaçının (anasının) yanında saxlanılmalıdır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir və bunun səbəbinin üzrlü olması iş materiallarından görünmür. Bu halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia əsaslı olduğundan iddiaçı tərəfindən dövlət rüsumu üçün ümumilikdə ödənilmiş 50 manatın əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin nikahından doğulmuş uşağı - xx.xx.2008-ci il təvəllüdlü X4 İddiaçı yanında qalsın. Cavabdeh, ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar