Məhkəmə qərarları › İş №2(125)-2524/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2524/2025

08.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2524/2025 08.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki: İddiaçı məxsus **92*36 nömrəli əmək kitabçasına əsasən, 13.*92*24-cü il tarixli 243 nömrəli əmrlə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb 13.*9.2*24 müəllimlərin işə qəbulu imtahanında iştirak edib 77.5 balı toplamış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xxxxxxx3tazNE nömrəli çıxarış ilə göndərilmiş 2*23-cü ildə Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisasını bitirmiş ali təhsilli ingilis dili müəllimi İddiaçı ilə Cavabdeh 2*24-2*25-ci tədris ilində məktəbdə rus bölməsi üzrə yaranmış 12 saat ingilis dili dərsini tədris etmək üçün 16 sentyabr 2*24-cü il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmışdır; İddiaçı Akifoviç tərəfindən Cavabdehə ünvanlanmış 14.*2.2*25-ci il tarixli ərizədən görünür ki, 17.*2.2*25-ci il tarixdə tutduğu vəzifədən azad etməsini xahiş etmişdir; “Əmək müqaviləsinə xitam verilməsi barədə” 14.*2.2*25-ci il tarixli 18 nömrəli əmrə əsasən, təhsil müəssisələri/Gəncə şəhəri üzrə/Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb bölməsində “ingilis dili (rus bölməsi)” vəzifəsində işləyən İddiaçı Akifoviç ilə bağlanmış xxxxxxx***5** nömrəli müqaviləsinə, “AR ƏM-nin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən 17.*2.2*25 tarixindən xitam verilmişdir; İddiaçı Akifoviç tərəfindən Cavabdehə ünvanlanmış 15.*2.2*25-ci il və 17.*2.2*25-ci il tarixli ərizələrdən görünür ki, 14.*2.2*25 tarixində 17.*2.2*25 tarixindən onu işdən azad edilməsiylə əlaqədar ərizə ilə Gəncə şəhər S. Vəliyev adına 34 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Seymur Məmmədova müraciət etmişdir. Bu ərizə ilə bildirmək istəyir ki, Gəncə şəhər S. Vəliyev adına 34 nömrəli məktəbdə fəaliyyətini davam etdirmək niyyətindədir. Bununla belə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69cu maddəsinin 4-cü bəndinə əsaslanaraq, xəbərdarlıq müddəti bitmədən əvvəl ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək hüququndan istifadə edərək, təqdim etdiyi əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəni geri götürmək qərarına gəlmişdir. Beləliklə, 14.*2.2*25 tarixində onun tərəfindən təqdim edilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə ərizənin geri götürülməsini və əmək müqaviləsinin ləğv edilməməsini xahiş etmişdir; Direktor vəzifəsini icra edən X1 və TİÜDM X2 tərəfindən tərtib edilmiş 17.*2.2*25-ci il tarixli aktdan görünür ki, 17.*2.2*25-ci il tarixdə saat 18:15 olsa da, profilaktik işlər səbəbindən ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sistemində yaranmış fasilə ilə əlaqədar olaraq Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin ingilis dili müəllimi İddiaçı Akif oğlunun işdən azad olma ərizəsinə əsasən onun xitam əmrini ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sistemində təsdiqliyə bilməmişlər. Hazırkı iş üzrə İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktorunun 14.*2.2*25-ci il tarixli 18 nömrəli “Əmək müqaviləsinin ləğvi barədə” əmrinin ləğv edilərək onun əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2*24-2*25-ci tədris ilindən Cavabdeh ingilis dili müəllimi və sinif rəhbəri vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamışdır. 14.*2.2*25-ci il tarixdə məktəbdə yaranmış vəziyyətlə bağlı bir sıra şəxslərin təkidi ilə 17.*2.2*25-ci il tarixdən işdən çıxarılmağı barədə əmr verilməsi barədə ərizə ilə direktora müraciət etdi. Sonradan haqlı ola-ola nahaq yerə işdən çıxmağı barədə ərizə yazdığına görə peşman olub və 15.*2.2*25-ci il tarixdə ərizənin geri götürülməsi barədə və əmək müqaviləsinin ləğv edilməməsi barədə ərizə ilə məktəbə müraciət etmiş. Həmin ərizə poçt vasitəsilə məktəbə 17.*2.2*25-ci il tarixdə daxil olmuşdur. O, hər ehtimala qarşı 17.*2.2*25-ci il tarixdə səhər saat 9:**-da 15.*2.2*25-ci il tarixdə ərizənin geri götürülməsi barədə və əmək müqavilənin ləğv edilməməsi barədə əlyazma ərizə ilə məktəbə müraciət etmiş. Günün sonunda ona məlum olmuşdur ki, Cavabdeh direktoru S. Məmmədovun 14.*2.2*25-ci il tarixli 18 nömrəli əmri ilə onun əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “A” bəndi ilə xitam verilmişdir. O, hesab edir ki, onun işdən çıxarılmağı barədə əmr əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbin təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi həmçinin bildirmişdir ki, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş xəbərdarlıq müddəti başa çatanadək iddiaçı müvafiq ərizəsinin geri götürülməsi barədə cavabdeh məktəbə müraciət etmiş, lakin sonuncu, həmin ərizəni nəzərə almadan əmək münasibətlərinə xitam vermişdir, bu səbəbdən mübahisələndirilən əmr ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin təmsilçisi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin təmsilçisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən: 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər. 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 3**-ci maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən qəbul olunmuş, əmək münasibətlərinə xitam verilməsi barədə əmrin ləğv olunmasını xahiş etmiş və ondan irəli gələn törəmə tələblər irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, əmək münasibətlərinə xitam verilməsi barədə ərizənin geri qaytarılmasına dair ərizə xəbərdarlıq müddəti başa çatanadək cavabdehə təqdim edilmiş, lakin bu hal nəzərə alınmadan əmək münasibətlərinə xitam verilmişdir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, iddiaçı əmək münasibətlərinə 17.*2.2*25-ci ildən xitam verilməsi barədə cavabdeh məktəbə 14.*2.2*25-ci ildə müraciət etmiş, müraciətin edildiyi tarixdə cavabdeh məktəb tərəfindən əmək münasibətlərinə xitam verilməsi barədə əmr qəbul olunmuş, daha sonra iddiaçı ərizəsinin geri qaytarılması barədə 15.*2.2*25-ci il və 17.*2.2*25-ci il tarixli müraciətlər etmiş, texniki səbəblərdən mübahisələndirilən əmr 17.*2.2*25-ci ildə saat 18:15-dək işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalana bilməmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı 14.*2.2*25-ci il tarixdə cavabdehə təqdim etdiyi ərizəsindən əmək münasibətlərinə 17.*2.2*25-ci il tarixdən xitam verilməsini xahiş etmiş, cavabdeh məktəb isə xəbərdarlıq müddətinin – 17.*2.2*25-ci tarixinin başa çatmasını gözləmədən 14.*2.2*25-ci il tarixdə mübahisələndirilən əmri qəbul etmişdir. Habuki, vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlar sırasından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(1*2)-415/2*25 nömrəli, 26.*2.2*25-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, “69. Eyni zamanda qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər və bu halda əmək müqaviləsi ləğv edilə bilməz. 7*. Göründüyü kimi əmək müqaviləsini ləğv etmək barədə ərizənin qüvvədən düşməsi üçün iki hal nəzərdə tutulmuşdur: 1. İşçinin xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürməsi barədə işəgötürənə yeni ərizə verməsi; 2. Xəbərdarlıq müddəti bitənədək ərizəni etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməsi. 71. Göründüyü kimi bu qaydanı müəyyən etməkdə qanunvericinin məqsədi, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçini götürmədiyi halda, işçiyə xəbərdarlıq müddəti ərzində öz fikrini dəyişib əmək münasibətlərini davam etdirmək imkanı tanımaqdır.” Məhkəmə həmçinin nəzərə alır ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü maddəsində nəzərdə tutulmuş hallarda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin hallar fərqləndirilməklə işçinin qanuni mənafeyinin qorunmasına xidmət göstərir. Hazırkı iş üzrə iddiaçının ərizəsində Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri təsbit olunmamışdır. Belə olan halda, xəbərdarlıq müddətinin başa çatmasını gözləmədən əmək münasibətlərinə xitam verilməsi barədə əmrin qəbul olunmasının təcililiyi, zərurəti müəyyən olunmur, habelə, işçiyə xəbərdarlıq müddəti ərzində öz fikrini dəyişib əmək münasibətlərini davam etdirmək imkanı tanınmalı idi. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ərizənin geri götürülməsi barədə müraciət xəbərdarlıq müddəti başa çatanadək - 17.*2.2*25-ci ildə saat 18:15-dək, mübahisələndirilən əmr işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalananadək təqdim edilmişdir. Beləliklə, işçinin xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürməsi barədə işəgötürənə yeni ərizə verməsinə baxmayaraq, əmək münasibətlərinə xitam verildiyi üçün mübahisələndirilən əmr ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-22*, 227 və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 14.*2.2*25-ci il tarixli, 18 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar