Məhkəmə qərarları › İş №2(125)-2537/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2537/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2537/2024 27.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək, atası X5 ata qrafasında “X11”, ana qrafasında “X12” yazılmaqla 24 dekabr 1940-cı il tarixdə Gəncə şəhərində (keçmiş Kirovabad şəhəri) doğulmağının qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, rəhmətlik atası X13- 24 dekabr 1940-cı ildə valideynləri X11 ilə X3 birgə nikahlarından doğulub. Atasının doğum haqqında şəhadətnaməsi olub, lakin şəhadətnaməni tapa bilmir. Belə ki, atası pasport alıb, nikaha daxil olub, bütün sənədləri qaydasında olub. Atası- babası ilə nənəsinin yeganə övladı olub. Atası 1982-ci ildə, babası isə 1991-ci ildə rəhmətə gedib. Atasının doğum haqqında akt qeydini bərpa etmək, atası ilə babasının ata-oğul olmaları haqda sənəd əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin oradan imtina məktubu vermişdirlər. Atasının ata qrafasında babasının adı yazılmaqla doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, babasından miras qalan evə dair vərəsəlik əməliyyatının aparılması üçün tələb olunur. Lakin o, həmin sənədi məhkəmədən başqa üsulla ala bilmir. Ona görə də o, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxsnə daxil olmuş «atanız-X5 doğum haqqında şəhadətnamənin verilməsi barədə» ərizəyə baxılmışdır. Ərizə ilə bağlı X15 şəhər filialının xx.xx.2024-cü il tarixli 3-48-DA- 4F/2-Q-319/2024 saylı doğum haqqında akt qeydinin aşkar olunmaması barədə məktubuna əsasən, həmçinin Maraqlı şəxs arxivində saxlanılan sənədlər üzrə X13 barəsində yoxlama aparılmış və doğum haqqında akt qeyd aşkar olunmamışdır. X5 doğum akt qeydinin bərpası üçün kifayət qədər sübut təqdim edə bilmədiyindən doğum faktının müəyyən olunması üçün yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan AR X15 filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X15 filialında mühafizə olunan Gəncə Şəhər Nikah Evi və Stalin Rayon Vətəndaşlıq X2 Şöbəsi arxiv fondlarının 1940-1941-ci illər üzrə doğum və 1940-1947-ci illər üzrə doğumbərpa aktlarının qeydləri yoxlanılmış, X5 doğum aktının qeydi aşkar olunmamışdır. Bu səbəbdən sorğuya müsbət cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan 162644 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 xx.xx.1961-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan xx.xx.1982-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X14 xx.xx.1982-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.1991-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1991-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1989-cu ildə ölmüşdür. İş materiallarında olan xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Kirovabad rayonunda doğulmuşdur. X1 ilə X4r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Arzu onun uşaqlıq dostudur və qonşusudur. O, 1960-cı il təvəllüdlüdür və həmin küçədə 1963-cü ildən yaşayır. Faiq Ərizəçi atasıdır. Faiqin atası Taptıq Qasımovdur, anası Telli Qasımovadır. Tellinin və Taptıq Qasımovun ata adını bilmir. Məzar daşından bilir ki, Faiq 1940-cı ildə doğulub. Eyni küçədə yaşadıqları üçün bu barədə məlumatı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Arzu onun 1956-cı ildən qonşusudur. O, 1957-cı il təvəllüdlüdür. Arzunun atası X10r, anası isə Telli Qasımovadır. Faiq Qasımov 1940-cı və ya 1941-ci ildə doğulmuşdu, doğum günü və ayını dəqiq bilmir. X23 şəhərində, keçmiş adı Kirovabad şəhərində doğulmuşdur. Belə ki, ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin materialları ilə X5 24 dekabr 1940-cı il tarixdə Gəncə şəhərində doğulması, atasının Qasımov Tapdıq xxx oğlu olması sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla ərizə qalan hissədə sübuta yetirilməmişdir. Mülki işin materiallarından da görünür ki, ərizəçi, X5 doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi, X5 doğumunun qeydi faktının müəyyən etməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X5 doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi X5 doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X5 doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 24 dekabr 1940-cı il tarixdə Gəncə şəhərində doğulması, atasının Qasımov Tapdıq xxx oğlu olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə həmin hissədə təmin edilməlidir. Ərizə qalan hissədə sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. X5 atası Qasımov Tapdıq xxx oğlu olmaqla, 24 dekabr 1940-cı il tarixdə Gəncə şəhərində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar