Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-255/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilərin iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 – “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X18 xx.xx.1933-cü tarixdə Gəncə şəhərində anadan olması, atası - X23, anası X14, valideyinlərin milliyyəti - Azərbaycanlı olması faktının müəyyən edilməsi, Səfərova (Musayeva) Firuzə Cəfər qızının 1931-ci ildə Gəncə şəhərində anadan olması, atası - X23, anası X14, valideyinlərin milliyyəti - Azərbaycanlı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi1 tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək atası X18 atası X23, anası X14 göstərilməklə, xx.xx.1933-cü il tarixdə Gəncə şəhərində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, ata X2ndan ünvan 1 ünvanda miras əmlakı qalmışdır. X2 01 may 1979-cu il tarixdə vəfat etmişdir. X9 13 may 1971-ci il tarixdə vəfat etmişdir. Babası ilə nənəsi 1921-ci il tarixdə nikahlarını rəsmiləşdimişlər. Onların vərəsələri aşağıdakılardır: 1) Səfərova (Musayeva) Firuzə Cəfər qızı (d/t 1931-xx.xx.1979-cu il ölüm tarixi); 2) X24 (d/t xx.xx.1933- xx.xx.2007 ölüm tarixi); 3) Şahid1 (xx.xx.1937); 4) X15 (xx.xx.1947). ünvan 1 ünvanda miras əmlakı faktiki o qəbul etmişdir. Mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etmişdir, lakin atası X18 və bibisi X6 doğum haqqında şəhadətnamələri olmadığından mirası qəbul edə bilmir. Atası ilə bibisinin doğum haqqında arayışının alınması üçün Gəncə 1 saylı "ASAN xidmət" qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında X22 filialına sorğu verilmişdir. Lakin atası X18 və X7 doğum qeydi aşkar olunmamışdır. Bu səbəbdən onların doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Atası ilə bibisinin doğumunu ərizəyə əlavə etdiyi sənədlər və şahidlər – bibiləri Şahid1, X15, bibisiqızı Şahid2 və bibisioğlu Şahid3 təsdiq edə bilərlər. Məhkəmə gedişində Ərizəçi2 əlavə ərizəçi qismində işə cəlb edilmişdir. Ərizəçi2 ərizəsində nənəsi Səfərova (Musayeva) Firuzə Cəfər qızının atası X23, anası X14 göstərilməklə, xx.xx.1931-ci il tarixdə Gəncə şəhərində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, atası X18 doğum haqqında şəhadətnaməsi olmuş, lakin itmişdir. Həmin sənədi başqa qaydada əldə edə bilmir. Hazırda həmin sənəd mərhum ata X2ndan miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakın vərəsə kimi qəbul edilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizənin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, nənəsi Səfərova (Musayeva) Firuzə Cəfər qızının doğum haqqında şəhadətnaməsi olsa da, itirmişlər. Belə ki, həmin sənəd mərhum X2ndan miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakın sənədləşdirilməsi üçün lazımdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Ərizəçi1 onun mərhum qardaşı X18 oğludur. Digər Ərizəçi2 isə mərhum bacısı Səfərova (Musayeva) Firuzə Cəfər qızının nəvəsidir. Ailədə səkkiz övlad olmuşlar, valideynləri çoxdan ölmüşdür. Hazırda qardaş-bacılarından o və X15 həyatdadır. Böyük qardaşı X24 və bacısı Səfərova (Musayeva) Firuzə Cəfər qızının şəxsiyyət vəsiqəsi olmuşdur, onların Gəncə şəhərində doğulduğunu və Əli ilə Firuzənin arasında bir-iki yaş fərqinin olduğunu bilsə də, nə vaxt doğulduqlarını dəqiq olaraq xatırlamır. Şahid2 ifadəsində bildirdi ki, Ərizəçi1 onun dayısı X18 oğludur. Digər Ərizəçi2 isə onun qızıdır. Mərhum dayısı X24 həm də qudasıdır, o, 17 dekabr 1933-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Dayısının şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi olmuşdur. Səfərova (Musayeva) Firuzə Cəfər qızı həm xalası, həm də qayınanasıdır. Xalası 1931-ci ildə Gəncə şəhərində doğulmuş, 1979-cu ildə qızı Müşərrəf doğulanda xalası vəfat etmişdir. Xalasının da şəxsiyyətini təsdiq edən sənədləri olmuşdur. Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Ərizəçi1 onun dayısı X18 oğludur. Səfərova (Musayeva) Firuzə Cəfər qızı isə onun xalasıdır. Ona qohum-əqraba arasında “Əfruz xala” demişlər. Həm dayısı Əli, həm də xalası Firuzə Gəncə şəhərində doğulmuşlar. Xalası Firuzə cavan yaşlarında vəfat etmişdir. Həm dayısı Əlinin, həm də xalası Firuzənin şəxsiyyətini təsdiq edən sənədləri olmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Ərizəçi1 atası X18 atası X23, anası X14 olmaqla, xx.xx.1933-cü tarixdə Gəncə şəhərində doğulması və onun doğumunun qeyd edilməsi, həmçinin digər Ərizəçi2 nənəsi Səfərova (Musayeva) Firuzə Cəfər qızının atası X24, anası X14 olmaqla, xx.xx.1931-ci il tarixdə Gəncə şəhərində doğulması və onun doğumunun qeyd edilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan, Kirovabad şəhəri VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1969-cu ildə 1320 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AЭ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx xxxxx 1969-cu ildə “Kirovabad” şəhərində doğulmuşdur. Kirovabad “Zaqs” tərəfindən verilmiş xx.xx.1979-cu ildə 1845 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş Vİ-ЖГ seriyalı, 406358 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Səfərova (Musayeva) Müşərrəf Əmrah qızı 22 may 1979-cu ildə “Kirovabad” şəhərində doğulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci ildə 50 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AZ-İ seriyalı, 223590 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 “qəfləti koronar ölüm” xx.xx.2007-ci ildə Gəncə şəhərində ölmüşdür. X39 tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 466662 nömrəli arayışdan görünür ki, X16 xx.xx.1979-cu ildə Gəncə şəhərində 48 yaşında tromboemboliya səbəbindən ölmüşdür, bu barədə xx.xx.1979-cu ildə 956 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X23 1971-ci ildə, X14 isə 1979-cu ildə ölmüşlər. Gəncə Şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu ildə 127 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AZ-İ seriyalı, 386836 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 “kəskin sol mədəcik çatmamazlığı” xx.xx.2010-cu ildə Gəncə şəhərində ölmüşdür. Gəncə Şəhəri Kəpəz Rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci ildə 175 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AZ seriyalı, 082146 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 “qəfləti koronar ölüm” xx.xx.2001-ci ildə Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-70-S-2895/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X20 və Səfərova “Fruzə” Cəfər qızının nikahları 10 sentyabr 1948-ci il tarixdə 03 nömrəli akt qeydi ilə Maraqlı şəxsndə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ərin soyadı Səfərov, arvadın soyadı Səfərova kimi qeyd edilmişdir. X3 xx.xx.2001-ci ildə ölməsi (ölüm xx.xx.2001-ci ildə 175 nömrəli akt qeydi ilə Maraqlı şəxsndə qeydə alınmış), X6 isə xx.xx.1979-cu ildə ölməsi (ölüm xx.xx.1979-cu ildə 856 nömrəli akt qeydi ilə Maraqlı şəxsndə qeydə alınmış) ilə bağlı xitam verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-S-2896/2024 nömrəli arayışdan görünür ki, X19 xx.xx.1949-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur, bu barədə xx.xx.1949-cu il tarixdə Maraqlı şəxsndə 55 nömrəli akt qeydi tərtib olunmuşdur. X10, anası Səfərova “Fruzə” Cəfər qızıdır, valideynlərin milliyyəti azərbaycanlıdır. Həmçinin arayışda qeyd edilmişdir ki, xx.xx.2010cu ildə vəfat etmiş X11 ölümü xx.xx.2010-cu il tarixdə 127 saylı aktla Maraqlı şəxs tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan, Kirovabad şəhəri Oktyabr qəsəbə soveti tərəfindən xx.xx.1960-cı ildə verilmiş İ-ИE seriyalı, 162422 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X23 və X14 arasında bağlanmış nikah xx.xx.1960-cı il tarixdə 37 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ər Musayev, arvad Musayeva soyadı ilə qeyd edilmişdir. Kirovabad şəhəri “Zaqs” tərəfindən xx.xx.1974-cü ildə verilmiş İ-ЖГ seriyalı, 272761 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X19 və X4 arasında bağlanmış nikah xx.xx.1974-cü il tarixdə 387 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ər Səfərov, arvad Səfərova soyadı ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X22 Filialının 3-48-DA-4F/2-M-1584//6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Ərizəçi1 cavab məktubunda qeyd edilmişdir ki, X22 filialında mühafizə olunan Gəncə Şəhər Nikah Evi arxiv fondunun 1933-cü il üzrə doğum, 1936-1947-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri və Stalin Rayon Vətəndaşlıq X1 Şöbəsi arxiv fondunun 1933-cü il üzrə doğum, 1940-1947-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, X18 doğum aktının qeydi aşkar olunmamışdır. Bu səbəbdən sorğunun cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X22 Filialının 3-48-DA-4F/2-M-1583//6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Şahid2 cavab məktubunda qeyd edilmişdir ki, X22 filialında mühafizə olunan Gəncə Şəhər Nikah Evi arxiv fondunun 1930-1931-ci illər üzrə doğum, 1936-1947-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri və Stalin Rayon Vətəndaşlıq X1 Şöbəsi arxiv fondunun 1930-1931-ci illər üzrə doğum, 1940- 1946-cı illər üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, X7 doğum aktının qeydi aşkar olunmamışdır. Bu səbəbdən sorğunun cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 3- 13-57/2-35234/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1933-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X18 adına olan fərdi uçot kartoçkasının kserosurəti məhkəməyə göndərilmişdir. X18 şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X22 Filialının 3-48-DA-4F/2-1898//6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş X6 xx.xx.1979-cu ildə (25071979 akt; 856 qeydiyyat nömrəsi) ölüm aktının qeydi barədə sorğusuna cavab olaraq bildirilmişdir ki, Maraqlı şəxs 1979-cu il üzrə arxiv sənədləri filiala təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 3-48-4/2-1812/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, sorğuda axtarış məlumatları (sorğuda tələb olunan vətəndaşın doğum və nikah tarixləri və həmin aktların qeydiyyata alındığı inzibati ərazi vahidliyi) qeyd edilmədiyinə görə sorğunu icra etmək imkan xaricindədir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Əlavə olaraq bildirilmişdir ki, VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1947-ci ilə qədər təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş 3-165xx-xx-11213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Səfərova (Musayeva) Firuzə Cəfər qızının ölümündən başqa digər vətəndaşlıq vəziyyəti akt qeydləri barədə məlumat aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-13-2400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılmş və X16 barəsində aşkar olunan akt qeydləri məhkəməyə göndərilmişdir:
1. X6 xx.xx.1979-cu il 856 saylı ölüm akt qeydi,
2. X20 və X6 xx.xx.1948-ci il 03 saylı nikah akt qeydi,
3. X8 xx.xx.1952-ci il 49 saylı doğum akt qeydi,
4. X12 xx.xx.1953-cü il 132 saylı doğum akt qeydi,
5. X11 xx.xx.1949-cu il 55 saylı doğum akt qeydi. Həmin məktuba əlavə edilmiş, X6 xx.xx.1979-cu il 856 saylı ölüm akt qeydindən görünür ki, o, xx.xx.1931-ci il tarixdə Gəncə (Kirovabad) şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki işin materiallarından görünür ki, Ərizəçi1 mərhum atasının, həmçinin digər Ərizəçi2 nənəsi Səfərova (Musayeva) Firuzə Cəfər qızının doğum haqqında şəhadətnaməsinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onların doğum akt qeydi aşkar olunmadığına görə doğum haqqında şəhadətnamələrin verilməsi mümkün olmamışdır. Buna görə də ərizəçilər mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X18 atası X23, anası X14 olmaqla, xx.xx.1933-cü tarixdə Gəncə şəhərində doğumunun qeyd edilməsi, həmçinin Səfərova (Musayeva) Firuzə Cəfər qızının atası X23, anası X14 olmaqla, xx.xx.1931-ci il tarixdə Gəncə şəhərində doğumunun qeyd edilməsi şahidlərin ərizəçilərin izahatı ilə üst-üstə düşən ifadələri, eləcə də işin digər materialları ilə təsdiq olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, daşınmaz əmlakın sənədləşdirilməsi üçün Ərizəçi1 atasının, həmçinin digər Ərizəçi2 nənəsinin doğum haqqında şəhadətnamələri tələb olunur. Bu səbəbdən Ərizəçi1 atasının, həmçinin digər Ərizəçi2 nənəsinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum haqqında şəhadətnamələrin verilməsindən imtina etməsi nəticəsində ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, MPM-in 308-ci maddəsinə əsasən, onlar mövcud ərizələrlə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi1 atasının, həmçinin digər Ərizəçi2 nənəsinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi1 atasının, həmçinin digər Ərizəçi2 nənəsinin doğum akt qeydi aşkar olunmadığına görə onların doğum haqqında şəhadətnamələrini verə bilməməsi nəticəsində Ərizəçi1 atasının, həmçinin digər Ərizəçi2 nənəsinin doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi1 atası X18 atası X23, anası X14 olmaqla, xx.xx.1933-cü tarixdə Gəncə şəhərində doğulmasının qeyd edilməsi, həmçinin digər Ərizəçi2 nənəsi Səfərova (Musayeva) Firuzə Cəfər qızının atası X23, anası X14 olmaqla, xx.xx.1931-ci il tarixdə Gəncə şəhərində doğulmasının qeyd edilməsi izahatlar ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onların tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X18 atası X23, anası X14 olmaqla, xx.xx.1933-cü tarixdə Gəncə şəhərində doğumunun qeyd edilməsi və Səfərova (Musayeva) Firuzə Cəfər qızının atası X23, anası X14 olmaqla, xx.xx.1931-ci il tarixdə Gəncə şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov