Məhkəmə qərarları › İş №2(125)-2553/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2553/2022

27.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2553/2022 27.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, “oğlu Yusifin *2.*5.2*22-ci il tarixdə Gəncə şəhərində doğulması faktının müəyyən olunması, doğum haqqında şəhadətnamədə “ata” qrafasında Ərizəçi2 “ana” qrafasında isə Ərizəçi1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx.xx.1987-ci il tarixdə Xanlar rayonunda anadan olmuşdur. 16.1*.2**8-ci il tarixdə Ərizəçi2 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 5 övladı doğulmuşdur. Sonuncu övladı *2.*5.2*22-ci il tarixdə ev şəraitində doğulmuşdur. Evdə tək olduğundan kömək üçün Təcili Tibbi yardımı çağırmışdır. Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X4 Stansiyasının 18.*5.2*22-ci il tarixli 93* №li məlumatı da onun uşağının *2.*5.2*22-ci il tarixdə evdə doğulduğunu və bu doğuşdan oğlan uşağının olduğunu təsdiq edir. Lakin Gəncə Şəhər Qeydiyyat İdarəsi doğulmuş uşağa görə ona doğum haqqında şəhadətnamə verməkdən imtina edərək ərazi üzrə məhkəməyə müraciət etməsini göstəmişdir. Odur ki, “oğlu Yusifin *2.*5.2*22-ci il tarixdə Gəncə şəhərində doğulması faktının müəyyən olunması, doğum haqqında şəhadətnamədə “ata” qrafasında Ərizəçi2 “ana” qrafasında isə Ərizəçi1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizədə qeyd olunanları müdafiə edərək ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi və Ərizəçi2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin və Ərizəçi2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi1 onun qonşusudur. Uşaq anadan olan gün orada olmamış, lakin səhəri gün ərizəçini körpə uşaqla görmüşdür. Həmin vaxt soruşduqda ərizəçi özü ona uşağın gecə saatlarında doğulduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onunla qonşudur. Ərizəçinin 4 övladı var. Ərizəçinin böyük oğlu onun evinə gəlib anasına kömək lazım olduğunu bildirərək onu çağırmışdır. O, isə təcili tibbi yardımı çağırmışdır. Doğuş zamanı o, orada olmuşdur. Lakin təcili tibbi yardım gələnə qədər uşaq anadan olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; İş materiallarına əlavə edilmiş 16.1*.2**8-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 ilə X3 nikahları 16.1*.2**8-ci il tarixdə 76* saylı akt qeydi ilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş X12 Xəstəxanası MMC-nin 241 saylı arayışından görünür ki, Ərizəçi1 X12 Xəstəxanası MMC-nin Diaqnostika bölməsində USM 17.*3.2*22ci il tarixdə qeydiyyata alınmışdır. 3*-31 həftəlik hamiləlik qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Təcili və X4 şöbəsinin 2*.12.2*22-ci il tarixli 2176 saylı məlumatından görünür ki, ünvan 1 ünvanına *2.*5.2*22-ci il tarixdə saat 22:14-də Ərizəçi1 adına çağırış olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Təcili və X4 şöbəsinin 2*.12.2*22-ci il tarixli 96 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan 1987-ci il təvəllüdlü Ərizəçi1 *2.*5.2*22-ci il tarixdə saat 22:14-də ambulans çağırılmış, xəstəyə həkim Hacı Hacıyev “Tək döllü spontan doğuş” (oğlan uşağı doğulub) diaqnozu qoymuş və yardım göstərmişdir. Xəstə xəstəxanaya getməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 14.1*.2*22-ci il tarixli məktubdan görünür ki, Ərizəçi1 doğum faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*5.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 3*7.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 3*8-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinin tələbinə görə itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə məhkəmə ərizəçinin izahatını və təqdim edilmiş sənədləri ətraflı, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək müəyyən etdi ki, Ərizəçi1 və Ərizəçi2 birgə nikahlarından Yusif adlı oğulları *2.*5.2*22-ci il tarixdə Gəncə şəhərində, ərizəçilərin qeydiyyatda olduqları və yaşadıqları ünvan 1 ünvanında doğulmuşdur. Təcili və X4 həkimləri həmin ünvana gəlsələr də ərizəçi xəstəxanaya getməkdən imtina etmişdir. Həmin uşaq ev şəraitində doğulduğundan və uşağın doğumu haqqında tibbi şəhadətnamə olmadığından ərizəçilər ona doğum haqqında şəhadətnamə ala bilmirlər. Ona görə də ərizəçi qeyd olunan sənədi məhkəmədən kənar qaydada başqa cür əldə edə bilməmiş və həmin sənədin müvafiq qeydiyyat orqanında dublikatının (təkrar) alınması və ya bərpası mümkün olmamışdır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizəçinin oğlu Yusifin *2.*5.2*22-ci il tarixdə Gəncə şəhərində anadan olması faktının müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə ərizənin doğum haqqında şəhadətnamədə “ata” qrafasında Ərizəçi2 “ana” qrafasında isə Ərizəçi1 yazılması hissəsinə münasibət bildirərək qeyd edir ki, ərizə həmin hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.1-ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 3** gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Bu baxımdan məhkəmə qeyd edir ki, ərizəçilər nikahda olduqlarından uşağın atası barədə qeyd nikah əsasında aparılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 3*5-3*6, 3*7-311, 358, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə qismən təmin edilsin. X1 anası Ərizəçi1, atası Ərizəçi2 olmaqla *2.*5.2*22-ci il tarixdə Gəncə şəhərində doğulması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən *1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar