Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2556/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, Ərizəçi mərhum anası X1 miras qalmış hazırki ünvan 1 ünvanında yerləşən miras qalmış və ərizəçi tərəfindən qanun üzrə varis olaraq qəbul edilmiş ¼ açıq qalmış pay üzərində qanun üzrə mirası qəbul etmə faktının təsdiq edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi mərhum anası X1 miras qalmış hazırki ünvan 1 ünvanında yerləşən miras qalmış və ərizəçi tərəfindən qanun üzrə varis olaraq qəbul edilmiş ¼ açıq qalmış pay üzərində qanun üzrə mirası qəbul etmə faktının təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi mərhum anasından qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və payın müəyyən edilməsini məhkəmədən xahiş etmiş, lakin bununla bağlı notariat ofisinə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumu (tarix:12.1*.2*22; əməliyyat İD:93*636*3; qəbzin nömrəsi:19371; terminal nömrəsi: K*1**199; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi mərhum anası X1 miras qalmış hazırki ünvan 1 ünvanında yerləşən miras qalmış və ərizəçi tərəfindən qanun üzrə varis olaraq qəbul edilmiş ¼ açıq qalmış pay üzərində qanun üzrə mirası qəbul etmə faktının təsdiq edilməsi tələbinə dair ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçi notariat ofisinə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:12.1*.2*22; əməliyyat İD:93*636*3; qəbzin nömrəsi:19371; terminal nömrəsi: K*1**199; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2556/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2556/2022
20.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver