Məhkəmə qərarları › İş №2(125)-2556/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2556/2024

06.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2556/2024 06.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC xx.xx.2023-cü il tarixdən fəaliyyətini dayandırdığı üçün, Cəmiyyətin sədri və «ASAN imza» olmadığına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı öz iddia tələbini "xxxx" ASC-nin sədri X3 2020-ci ildə vəfat etməsi və səhmlərin 86 faizinə məxsus olan X1 cəzaçəkmə müəssəsində olduğundan yeni sədr seçmək məqsədi ilə səhmdarların iclasının çağrılmasının mümkün olmaması ilə əsaslandırmış, buna görə də əmək müqaviləsinin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 6.3-cü bəndinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1.2 və 1-1.3-cü hissələrinə görə fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməsi, yaxud onun məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edilməsi; fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi fiziki şəxs işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildiyi, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildiyi halda əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilir. Hazırki halda İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 səlahiyyətinə aiddir. Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətini və onların arasındakı münasibətlərin ümumi hüququn nizamasalma predmetinə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Həmçinin İddiaçı izah edilməlidir ki, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 müraciət etməli və həmin müraciət əsasında əmək müqaviləsinə xitam verilməsi məsələsi nəzərdən keçirilməli, İddiaçı inzibati orqanın qərarının (hərəkət və ya hərəkətsizliyini) qanuniliyini mübahisələndirdiyi halda həmin qərarın ləğvi barədə iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar