Məhkəmə qərarları › İş №2(125)-2565/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2565/2024

30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2565/2024 30.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinə qarşı doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi mərhum əri X4 *5.*1.1955-ci il tarixində Ermənistanın Tumanyan (Allahverdi) rayonunun Ayrım kəndində doğum akt qeydinin bərpa olunması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa ərizəçi məhkəməyə ərizə təqdim edərək mərhum əri X4 *5.*1.1955-ci il tarixdə Ermənistan Respublikası, Tumanyan (Allahverdi) rayonu, Ayrım kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsinə, ata qrafasında X1*, ana qrafasında isə X1 qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X9 16.*9.2**8-ci il tarixində vəfat etmişdir. Onlar ailələri ilə birlikdə doğma yurd-yuvasından didərgin salınaraq məcburi qaydada Gəncə şəhərinə köçürülmüşdürlər. Həmin dövrdə baş vermiş hadisələr səbəbindən bir çox sənədləri itmiş və yaxud məhv olmuşdur. Həmçinin ərinə məxsus olan doğum şəhadətnaməsi də həmin dövrdə itmişdir. Bu səbəbdən mərhum əri X4 *5.*1.1955ci il tarixdə Ermənistanın Tumanyan (Allahverdi) rayonunun Ayrım kəndində doğum akt qeydinin bərpa olunması ilə bağlı 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 27.*2.2*24-cü il tarixli, 3-16- 5/8-658-15/2*24 saylı məktubuna əsasən doğum akt qeydinin mövcud olmadığını və doğum akt qeydinin bərpası faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, təqaüd düzəltmək üçün ərinin doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Əri öləndən sonra başı qarışıq olmuş, maraqlana bilməmişdir. Ərinin ölüm sənədində Gürcüstan, nikah haqqında şəhadətnamədə isə doğum yeri Ermənistan Respublikası, Tumanyan rayonu kimi göstərilmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilərək, qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi qardaşının yoldaşı, həm də baldızıdır. X11rdaşıdır, 2**8-ci ildə ölmüşdür. 1955-ci ilin yanvar ayında Ermənistanın Allahverdi rayonunun Ayrım kəndində doğulmuşdur. Həsən atası, Gülbaxça isə anasıdır. Arxiv sənədləri Ermənistandadır. Qardaşının doğum sənədi olmuşdur, amma necə tərtib edildiyini bilmir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dinlənilən X12 ifadəsində göstərdi ki, Ərizəçi qardaşının yoldaşıdır. Qardaşı Mahir 1955-ci ildə Ermənistanda doğulmuş, doğum haqqında şəhadətnaməsi olmuşdur. Ölüm haqqında şəhadətnaməsini də özü almışdır. 2**8-ci ildə vəfat etmişdir qardaşı. Həsən atası, Gülbaxça isə anasıdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 31614* nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 16.*9.2**8-ci ildə ölmüşdür. İ-SL 39594* nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, *5.*1.1955-ci ildə Ermənistan SSR, Tumanyan rayonu, Ayrım kəndində doğulmuş X9 ilə xx.xx.196*-cı ildə Ermənistan SSR, Tumanyan rayonu, Şamlıq qəsəbəsində doğulmuş X2 nikahları 14.*2.1979-cu ildə Ermənistan SSR Tumanyan rayonu Ayrım kənd sovetində 8 nömrə ilə qeydə alınmışdır, nikah bağlandıqdan sonra ərə Bayramov, arvada isə Bayramova soyadı verilmişdir. İ-SL 34*952 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1*.12.1956-cı ildə Ermənistan SSR, Tumanyan rayonu, Ayrım kəndində anadan olmuş X3 ata qrafasında X1*, ana qrafasında isə X1 qeyd olunmuşdur. İ-ZJ 873374 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsinin surətindən görünür ki, *8.11.1965-ci ildə Ermənistan Respublikası, Allahverdi rayonu, Ayrım kəndində anadan olmuş X7 ata qrafasında X1*, ana qrafasında isə X1 qeyd edilmişdir. 1 saylı Gəncə regional Maraqlı şəxsöbəsi tərəfindən verilmiş 27.*2.2*24-cü il tarixli məktubdan görünür ki, Ermənistan Republikası Tumanyan rayonu Ayrım kənd soveti tərəfindən tərtib edilmiş 14.*2.1979-cu il tarixli, İ-SL 39594* saylı nikah şəhadətnaməsində kişi qrafasında X4 doğum yeri Ermənistan Tumanyan rayonu Ayrım kəndi kimi qeyd edilmiş, lakin AZ-İ 31614* saylı ölüm haqqında şəhadətnamədə doğum yeri Gürcüstan Dmanisi kimi yazılmışdır. Həmçinin qadın qrafasında qadının ata adı Əmrastan yazılmış, lakin AA******* saylı şəxsiyyət vəsiqəsində ata adı Əmirastan yazılmışdır. Odur ki, nikah şəhadətnamənin bərpası 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində mümkün olmamışdır. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş *7.*3.2*24-cü il tarixli məktubndan görünür ki, nikah haqqında akt qeydinin bərpa edilməsi üçün lazımi sənədlər təqdim olunmadığına görə nikah haqqında akt qeydinin bərpa olunması mümkün olmamışdır. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş *7.*3.2*24-cü il tarixli məktubdan görünür ki, X4 doğum yerinin həqiqətən Gürcüstan Respublikası Dmanisi rayonu, və ya Ermənistan Respublikası Tumanyan rayonu olmasını təsdiq edəcək doğum haqqında şəhadətnaməsi qeydiyyat şöbəsinə təqdim edilmədiyindən doğum yerinin müəyyənləşdirilməsi və X4 ölüm haqqında şəhadətnaməsində düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Ailə Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadələri ilə, habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, Ərizəçi əri mərhum X9 *5.*1.1955-ci ildə Ermənistan Respublikasının Tumanyan rayonunun Ayrım kəndində anadan olmuş və bu barədə doğumu qeydə alınaraq atası X1*, anası X1 qeyd olunmuşdur. Ərizəçi mərhum əri X4 ölüm haqqında şəhadətnaməsində doğulduğu yerin düzəlişi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, ərinin doğum haqqında şəhadətnaməsini itirdiyi üçün doğum yerinin müəyyənləşdirilməsi və ərizənin icrası mümkün olmamışdır. Buna görə də ərizəçi sosial məsələlərin həllinə nail ola bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 3*7.2.3) MPM-in 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, X4 *5.*1.1955-ci il tarixdə Ermənistan Respublikasının Tumanyan (Allahverdi) rayonunun Ayrım kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X1*, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233.1, 3*5-311, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X4 *5.*1.1955-ci il tarixdə Ermənistan Respublikasının Tumanyan (Allahverdi) rayonunun Ayrım kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X1*, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar