Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-257/2023 04.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, pedaqoq X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə anadan olmuş X5, xx.xx.2007-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 Cavabdeh alınaraq onun himayəsinə verilməsinə və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların nikahları 2011-ci ildə rəsmi olaraq pozulmuşdur. Onların birgə nikahlarından 11 fevral 2006-cı il tarixdə anadan olmuş X5, 29 aprel 2007-ci il tarixdə anadan olmuş X6 və 23 may 2008-ci il tarixdə anadan olmuş X7 adlı üç uşaqları anadan olmuşdur. Onların nikahları pozularkən uşaqlar azyaşlı olduqlarından məhkəmə qətnaməsinə əsasən ananın himayəsində qalmışdır. 2022-ci ilin may ayından oğlu 23 may 2008-ci il təvəllüdlü X7 faktiki olaraq onun yanında yaşayır, onun himayəsindədir və uzun müddətdir ki, anası ilə vaxt keçirmirlər. O, 11 fevral 2006-cı il tarixdə anadan olmuş X1, 29 aprel 2007-ci il tarixdə anadan olmuş X3 və 23 may 2008-ci il tarixdə anadan olmuş X2 onun himayəsində saxlanılmalarını və onların saxlanması üçün cavabdehdən aliment tələb edir. Odur ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X5, xx.xx.2007-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 Cavabdeh alınaraq onun himayəsinə verilməsinə və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların nikahları 2011-ci ildə rəsmi olaraq pozulmuşdur. Onların birgə nikahlarından 11 fevral 2006-cı il tarixdə anadan olmuş X5, 29 aprel 2007-ci il tarixdə anadan olmuş X6 və 23 may 2008-ci il tarixdə anadan olmuş X7 adlı üç uşaqları anadan olmuşdur. Onların nikahları pozularkən uşaqlar azyaşlı olduqlarından məhkəmə qətnaməsinə əsasən onun himayəsində qalmışdır. 23 may 2008ci il təvəllüdlü X7 atasının yanına gedərək hazırda atası ilə yaşayır. Uşaqlarının onunla qalmasını istəyir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, iş materiallarını araşdırararaq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.2006-cı il tarixdə Gəncə şəhərinin Kəpəz rayonunda anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh qızıdır. İşdə olan xx.xx.2022-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Gəncə şəhərinin Kəpəz rayonunda anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İşdə olan xx.xx.2022-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh qızıdır. İşdə olan xx.xx.2022-ci tarixli AZ-İ 411297 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahına xx.xx.2011-ci il tarixdə xitam verilmişdir. İşdə olan Gəncə şəhər Məhkəməsinin 2(125)-482/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-645/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılmış və 11 fevral 2006-cı il tarixdə anadan olmuş X5 və 29 aprel 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 11 fevral 2006-cı il tarixdə anadan olmuş X5 və 29 aprel 2007-ci il tarixdə anadan olmuş X3 anasına, xx.xx.2008-ci il təvəllüdlü X2 isə atasının bağlı olduğu nəzərə alınaraq X5 və 29 aprel 2007-ci il tarixdə anadan olmuş X3 anası Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X2 isə atası İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə rəsmi nikahda olmuşlar. Onların rəsmi nikahlarından 11 fevral 2006-cı il tarixdə X5, 29 aprel 2007-ci il tarixdə X6 və 23 may 2008-ci il tarixdə X7 anadan olmuşdur. İddiaçı ilə Cavabdeh nikahına xx.xx.2011-ci il tarixdə xitam verilmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)-482/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-645/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılmış və 11 fevral 2006-cı il tarixdə anadan olmuş X5 və 29 aprel 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. Azərbayjan Respublikası Ailə Məjəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırma zamanı dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmə yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Göründüyü kimi qanunvericilik uşaqların kimin yanında yaşamalı olmasını həll edərkən onların rəyinin mütləq nəzərə alınmalı olmasını təsbit etməklə yanaşı həm də bunu məhkəmə üçün mütləq hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunduğu kimi «Bu Məcəllədə nəzərdə tutulmuş hallarda» ifadəsinə tətbiqən həmin Məcəllənin 60.4-cü maddəsində həqiqətən uşağın valideynlərdən hansının yanında yaşamalı olması barədə məsələnin həlli zamanı onların rəyinin nəzərə alınmasının mütləq olduğu qeyd edilmişdir. Məhkəmə baxışı zamanı pedaqoq Vüsalə Balayevanın iştirakı ilə dindirilmiş 11 fevral 2006-cı il tarixdə anadan olmuş X5 və 29 aprel 2007-ci il tarixdə anadan olmuş X6 anası Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X7 isə atası İddiaçı yanında yaşamaq istədiklərini bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X5 və 29 aprel 2007-ci il tarixdə anadan olmuş X6 anası Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X7 10 yaşına çatdığı üçün onun fikri mütləq nəzərə alınmalıdır. Bu baxımdan 11 fevral 2006-cı il tarixdə anadan olmuş X5 və 29 aprel 2007-ci il tarixdə anadan olmuş X6 anası Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X7 isə atası İddiaçı yanında yaşamaq istədiklərini bildirdiklərindən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X2 atası İddiaçı yanında qalması müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin aliment hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi uşaq tələbi hissəsində qismən təmin edilərək yalnız xx.xx.2008-ci il təvəllüdlü X7 isə atası İddiaçı münasibətdə təmin edildiyindən, digər uşaqlar isə anasının yanında qaldığından aliment tələbi hissəsində tələb əsassızdır. Bu baxımdan həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia qismən təmin edilmədiyindən ödənilmiş 50 manat dövlət rüsumunun 10 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X7 atası İddiaçı yanında saxlanılsın. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc və ödənilmiş 50 manat dövlət rüsumunun 10 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-257/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-257/2023
04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver