Məhkəmə qərarları › İş №2(125)-2591/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2591/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2591/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhər 5 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, qeydin və çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhər 5 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış, ona məxsus 0,0392 kv metr torpaq sahəsinə və üzərində olan 124,7 kv metr tikiliyə dair xx.xx.2024-cü il tarixdə cavabdeh X2 ilə onun imzası olmadan adından Gəncə şəhər 5 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli 4Ə-809 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X1 adına verilmiş mülkiyyət hüququna dair reyestrdən çıxarışın, qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, hazırda Göygöl şəhərində yaşayır və onun adına Göygöl şəhəri, Rövşən Nəsibov məhəlləsi 40 ünvanında yerləşən 124,7 kvm yaşayış sahəsi olan və 0,392 hektar torpaq sahəsi olan mülk olmuşdur. Onun həmin torpaq sahəsi və evi onun xəbəri və məlumatı olmadan icarə üçün etibarnamə verdiyi şəxs X6 tərəfindən o, aldadılaraq deməsinə görə başqa şəxsə satılmış və dəyərindən ən aşağı qiymətə satılaraq, ona evin qiymətindən heçnə ödənilməmiş, həmin alqı-satqı müqaviləsi onun iradə ifadəsi olmadığına görə bağlanıldığına və onun əmlakı və əmlaka dair hüquqları mənimsənildiyinə və başqa şəxsə ötürüldüyünə görə, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırır. İddia verməmişdən əvvəl həmin evin və torpaq sahəsinin başqa şəxsə satılmasını qadağan edilməsi üçün və başqa şəxslərə özgəninkiləşdirilməsinə dair hər hansı notariat əməliyyatının aparılmamasının qarşısının alınması üçün müəvvəqəti təminat tədbiri barədə məhkəməyə ərizə vermiş və ərizə artıq təmin edilmişdir. Həmin evin hazırda o, bu saxta alqı-satqı müqaviləsindən xəbəri olduğuna görə Cavabdeh2 əmlakı 3-cü şəxslərə satmaq istəyir və bu saxta işdən boyun qaçırtmaq istəyir. Onun 120 min manatlıq evi müqavilənin mətnindən görünür ki, cəmi 17 min manata satılıbdır. Əmlak dəyərindən 10 qat aşağı qiymətə satılıb və mənimsənilibdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili iddiaya etiraz edərək əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, ünvan 3 ünvanlayaraq mülki iş üzrə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdeh iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Maddə 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Maddə 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv/m olan fərdi yaşayış evini və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsini 17000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan X5 Notariat ofisində verdiyi xx.xx.2021-ci il tarixli, **********72 nömrəli ərizənin surətindən görünür ki, DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 7827 qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsinin satılmasına etiraz etmir, müqavilədə nəzərdə tutulmuş müddətdə həmin fərdi yaşayış evini tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X8 xx.xx.1977-ci ildə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Göygöl şəhəri, R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv/m olan fərdi yaşayış evi və və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2016-cı il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AR-İİ 312465 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsinin üzərində sərəncam verməyi və digərsəlahiyyətləri X4 etibar etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş çıxarışa əsasən, xx.xx.2022-ci il tarixli reyestrə əsasən alqı-satqı müqaviləsi üzrə 17000 manat məxaric X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2024-cü il tarixə likvid dəyəri 82450 manat, real bazar dəyəri isə 93200 manat təşkil edir. Hazırkı iş üzrə iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair əsas tələb, ondan irəli gələn reyestrdən çıxarışın və qeydin ləğv edilməsinə dair törəmə tələblər irəli sürmüşdür. İddiaçı tələbi üzrə bir neçə faktiki əsasa istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli əmlakın icarəyə verilməsinə dair səlahiyyət verilmiş X6 tərəfindən aldadılaraq satıldığını bildirsə də, İddiaçı mübahisəli əmlaka dair digər səlahiyyətlərlə yanaşı sərəncam vermək səlahiyyətini X4 etibar etmişdir. Həmin səlahiyyət isə əmlakın özgəninkiləşdirilməsi hüquqi imkanını özündə ehtiva edir. Bundan başqa, iddiaçı əmlakın real dəyərindən daha aşağı qiymətə satıldığını bildirsə də, əmlakın dəyəri müqavilənin əvəzli ya əvəzsiz olmasını göstərən mühüm şərtdir və həmin məbləğin aşağı və ya yuxarı olması əqdin etibarlılığına təsir edən hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindədir. İddiaçı mübahisələndirdiyi müqavilə üzrə ona hər hansı ödəniş edilmədiyini bildirsə də, alqı-satqı müqaviləsi üzrə notariat işində Rövşən Rüstəmovun adına alqı-satqı müqaviləsi üzrə 17000 manat məxaric qeydiyyata alınmışdır. Özgəninkiləşdirilmiş əmlakın dəyərinin iddiaçıya ödənilməməsi əqdin etibarsızlığı üçün əsas deyil. Bununla yanaşı, iddiaçı həmin əmlakın dəyərini müvafiq etibarnamə əsasında təhvil almış şəxsdən tələb etmək hüququna malikdir. Bundan başqa, iddiaçı mübahisələndirdiyi müqavilənin onun həqiqi iradə ifadəsini əks etdirmədiyini bildirmiş, lakin bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü daşıyan iddiaçı aldadıldığına əsaslansa da, Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından əqdin etibarsız hesab edilməli olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, müqavilənin etibarsız hesab olunmasına dair əsas tələb və dolayısıyla ondan irəli gələn törəmə tələblər təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhər 5 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, qeydin və çıxarışın ləğv edilməsi” tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar