Məhkəmə qərarları › İş №2(125)-2595/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2595/2025

23.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2595/2025 23.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsə oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə azyaşlı qızı ilə birgə istifadə hüquqları olduğu üçün onların qeyd olunan fərdi yaşayış evinə köçürülmələri barədə iddianın təmin edilməsinə və ödənilən dövlət rüsumu, həmçinin məhkəmədə çəkilən bütün xərclərin cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, cavabdehlə xx.xx.2016-ci ildə ailə həyatı qurmuş, nikahları Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli, AZ-İİ №023483, 30 saylı qeydlə rəsmiləşdirilmişdir. Onların birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 adlı bir övladı doğulmuşdur. O, Cavabdehlə evləndikləri gündən bəri, yəni xx.xx.2016-ci il tarixindən ünvan 1 ünvanında yaşayır. Hal-hazırda da azyaşlı qızı ilə birgə orada yaşayır. Orada həyat yoldaşı ilə birgə təsərrüfatı idarə etmiş, bir ailənin üzvü kimi birgə yaşamışlar. Bütün cehiz əşyaları da hal-hazırda həmin evdədir. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Lakin qətnamə hal-hazırda ona göndərilməmişdir. Cavabdeh və qayınanası X2 boşanma olduqdan sonra onun azyaşlı qızı ilə birgə evdən çıxmaqlarını tələb edirlər. Tumor və hipoviz vəzinin makroodenoma xəstəliyindən (baş beyində sol frontal payda tumor hipoviz vəzinin makroodenoması, encefalopatiya İİ və İİİ mərhələli kəllədaxili hipertenziya ilə müşayət olunan tez-tez baş verən epileptik qıcılolma tutmaları əziyyət çəkir. Onun səhhətində olan problemlər və evdən çıxmaqlarının tələb edilməsi azyaşlı övladına pis təsir edir. Bildirmişdir ki, boşanma olduqdan sonra səhhətində problemlərin olması, müalicə üçün xərclərinin çox olması və gəlirinin az olması səbəbi ilə ayrı evdə yaşamağa imkanı yoxdur. Nikah pozulduqdan sonra cavabdeh onu və qızını evdən çıxartmaqla hədələyirlər, onunla qızının orada istifadə hüququ var. Ona görə də, o, qızı ilə birgə həmin evə köçürülmələri barədə iddianı qaldırmağa məcbur olmuşdur. Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, hazırda da həmin evdə yaşayır və onu evdən çıxarmamışlar. evdən çıxarılacağından ehtiyat edərək hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh irəli sürülən iddiaya etiraz etdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, İddiaçı hal-hazırda da anası X1 məxsus olan evdə azyaşlı qızları ilə birlikdə yaşayır, onu heç kəs evdən çıxarmamışdır. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, həm iddiaçının, həm də cavabdehin izahatından məlum olmuşdur ki, İddiaçı köçürülməsini tələb etdiyi mübahisəli evdə yaşayır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə mübahisəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar