Məhkəmə qərarları › İş №2(125)-2599/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2599/2023

01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2599/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.196*-cı il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anası X2 ilə atası X1 birgə nikahından doğulmağının qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, o, onun xx.xx.196*-cı il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anası X2 ilə atası X1 birgə nikahından anadan olmuşdur və bu barədə akt qeydləri kitabında da qeyd edilmişdir. Lakin doğum haqqında şəhadətnamənin əslini itirmişdir. Hazırda xaricə getmək üçün sənədləşdirmə işləri ilə məşğuldur və doğum haqqında şəhadətnamənin əsli itdiyinə görə xaricə getməyi ilə əlaqədar problem yaranmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş, doğum haqqında şəhadətnaməsinin əslini məhkəməyə təqdim etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, ərizəni və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarın 1.3-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.*.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qərarın 1.4-cü bəndinə görə lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. İşin hallarından görünür ki, Ərizəçi ərizəsində xx.xx.196*-cı il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda, anası X2 ilə atası X1 birgə nikahından doğulmasının akt qeydləri kitabında qeyd edildiyini, doğum haqqında şəhadətnamənin əslini itirdiyindən xaricə getməyi ilə əlaqədar problem yarandığını bildirmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs ərizəçiyə ünvanlanmış 1*.*3.2*23-cü il tarixli məktubunda ərizəçiyə bildirilmişdir ki, onun Ermənistan Respublikası Vardenis rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında iştirak edən ərizəçi doğum haqqında şəhadətnaməsinin əslini məhkəməyə təqdim etmiş, məhkəmə tərəfindən baxış keçirildikdən sonra şəhadətnamənin əsli ərizəçiyə qaytarılmışdır. Ərizəçiyə məxsus, həmin “İ-зж № 877219” nömrəli, 27.*9.1965-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən də görünür ki, ərizəçinin doğumu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 27.*9.1965-ci il tarixli, 137 saylı qeydiyyat aparılmışdır. MPM-in 17*.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.*.1—261.*.3 və 261.*.6—261.*.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.*.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, ərizəçinin Ermənistan Respublikasının Vardenis rayonunda anası X2 ilə atası X1 birgə nikahından doğulması faktı onun mövcud olan “İ-зж № 877219” nömrəli, 27.*9.1965-ci il tarixli doğum haqqında şəhadətnaməsinin əsli ilə öz təsdiqini tapdığından, onun doğumunun qeydə alınması faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Başqa sözlə, ərizəçi öz ərizəsinə müəyyən olunmasını xahiş etdiyi faktı təsdiq edən rəsmi sənədi əlavə etdiyindən həmin ərizəyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üzrə xüsusi icraat qaydasında məhkəmədə baxıla bilməz. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən izah edir ki, ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı onda olan sənədlərlə müvafiq inzibati orqana müraciət edə, qəbul ediləcək qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə inzibati məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsaslanaraq və MPM-in 17*, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar