Məhkəmə qərarları › İş №2(125)-2619/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2619/2024

30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2619/2024 30.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə, sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu – xx.xx.2012-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X4 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Ərizəçinin atası – Ərizəçi, anası – Məmmədova (Verdiyeva) Aygün Rüfət qızıdır. X4 ərizəçinin oğludur. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, oğlu, 10 oktyabr 2012-ci il təvəllüdlü Ağamir 09 fevral 2024-cü il tarixdə evdə vəfat etmişdir. Gəncə şəhərində yerləşən qəbirsanlıqda dəfn edilmişdir. X6 ölməsi barədə məlumat Gəncə Şəhər Prokurorluğunun müstəntiqi, İll dərəcəli hüquqşünası cənab Tural Həsənlinin 11 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında və Kardioloji Xəstəxananın 13 fevral 2024-cü il tarixli, 11 nömrəli arayışında əksini tapmışdır. Gəncə Şəhər Prokurorluğunun qərarından da göründüyü kimi, xx.xx.2012-ci il təvəllüdlü, Gəncə şəhəri, 8 saylı tam orta məktəbin 6-cı sinif şagirdi, Gəncə şəhəri, Təbriz küçəsi, 9-cu döngə, ev 32-də yaşayan X4 yaşadığı evdə özünü təsərrüfat təyinatlı kəndirlə asaraq intihar etmişdir və onun ölməsi faktı üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9 Kardioloji Xəstəxanası tərəfindən arayış verilmiş və orada qeyd edilmişdir ki, 2012-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində ölmüş vəziyyətdə valideyinləri tərəfindən xəstəxananın Reanimasiya, intensiv terapiya və anesteziologiya şöbəsinə daxil olmuşdur. Ölüm səbəbi məlum olmadığı üçün X5 məlumat verilmiş, onların iştirakı ilə X7 Tibbi Yardım maşını ilə göndərilmişdir. Bundan sonra o, Maraqlı şəxsnə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs cavab olaraq ölüm haqqında şəhadətnamənin ona verilməsindən imtina etmişdir. Həmçinin, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsə ərizə ilə müraciət edərək vəfat etmiş oğluna ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, cavab olaraq, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda, vəfat etmiş oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığı üçün o, ərizəçinin mülkiyyətində qeydiyyatda qalmışdır, həmçinin sağ olan ailə üzvü kimi ailə tərkibində görünür. Bu onun mülkiyyət və digər hüquqlarını pozur. Onun qeydiyyatda olması artıq komunal xərclərin ödənilməsinə səbəb olur. Həmçinin, övladının ölüm haqqında şəhadətnaməsinin olmaması gələcəkdə onun digər hüquqlarının pozulmasına səbəb ola bilər. Ona görə də hesab edir ki, məhkəmə qaydası ilə 10 oktyabr 2012-cü il təvəllüdlü X1 xx.xx.2024-cü ildə ölməsi faktı təsdiq edilməlidir. Həmin faktı məhkəmədən kənar qaydada təsdiq etdirmək mümkün deyildir. Mərhum övladının ölüm sənədini başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 10 oktyabr 2012-cü il təvəllüdlü X1 xx.xx.2024-cü ildə ölməsini və Gəncə şəhərində olan qəbirstanlıqda dəfn olunmasını məhkəməyə dəvət edəcəyi şahidlər, məhkəməyə təqdim edəcəyi fotoşəkillər, ərizəyə qoşma olaraq əlavə edilən Gəncə şəhər Prokurorluğun əməkdaşı tərəfindən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və xəstəxananın arayışı təsdiq edə bilər. Məhkəmə iclasında ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, oğlu X4 o 12 yaşı olmaqla, Gəncə şəhər 8 nömrəli məktəbin 6-cı sinfində oxumuşdur. xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində məşğələdən çıxaraq evə gəlmiş, nahar etmiş və mobil telefonda oyun oynamaq üçün telefon istəmişdir. Daha sonra arvadı Aygün oğlu Ağamirə atasının icazə vermədiyini, dərslərini oxumasını, oxuyub qurtardıqdan sonra telefonla oynamasını bildirmişdir. X4 mobil telefon işlətməsinə icazə verilmədiyi üçün məhlələrində olan ağacdan özünü asaraq intihar etmişdir. Ölümündən sonra onu Gəncə şəhərində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Övladının ölüm haqqında şəhadətnaməsi müvafiq sənədlər almaq üçün zəruridir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, oğlu Ağamir Gəncə şəhər 8 nömrəli məktəbdə 6-cı sinifdə oxumuşdur. Ağamir xx.xx.2024-cü il tarixdə məşğələdən çıxaraq evə gəlmiş, nahar etmiş və mobil telefonda oyun oynamaq üçün məndən telefon istəmişdir. Ağamir nahar etdikdən sonra biraz mobil telefonla oynamış, daha sonra o, Ağamirə dərslərini oxumasını, oxuyub qurtardıqdan sonra verəcəyini bildirmişdir. Ağamir bundan sonra velosipedini götürərək küçəyə çıxmış, təxminən 15-20 dəqiqə sonra evə qayıtmışdır. Ağamir evə gələn zaman ondan mobil telefonu istəmiş, o da Ağamirə atasının icazə vermədiyini, dərslərini oxuyub qurtardıqdan sonra verəcəyini bildirmişdir. O, bu sözləri dedikdən sonra Ağamir ağlaya-ağlaya otaqdan çıxmışdır. Təxminən 10-15 dəqiqə sonra evdə olan gül dibçəyini məhləyə aparan zaman məhlələrində olan ağacda oğlu Ağamiri asılı vəziyyətdə görmüşdür. Dərhal qonşularının avtomobili ilə Ağamiri evlərinin yaxınlığında yerləşən Gəncə şəhər Kardioloji xəstəxanaya aparmışlar, lakin oraya çatan zaman Ağamirin öldüyünü bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, nəvəsi Ağamir Gəncə şəhər 8 nömrəli məktəbdə 6-cı sinifdə oxumuşdur. xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində nəvəsi Ağamir Məmmədov məşğələdən çıxaraq evə gəlmiş, nahar etmiş və mobil telefonda oyun oynamaq üçün telefon istəmişdir. Daha sonra gəlini Aygün Ağamirə dərslərini oxumasını, oxuyub qurtardıqdan sonra telefonla oynamasını bildirmişdir. Gəlini Aygün təxminən 10-15 dəqiqə sonra evdə olan gül dibçəyini məhləyə aparan zaman məhlələrində olan ağacda oğlu Ağamiri asılı vəziyyətdə görmüşdür. Ağamir özünü valideynləri mobil telefon işlətməsinə icazə vermədiyi üçün kəndirlə asaraq intihar etmişdir. Onu Gəncə şəhərində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.2012-ci ildə doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ev şəraitində vəfat etməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gəncə Şəhər Birləşmiş Xəstəxana” X9 Kardioloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11 nömrəli arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 həqiqətən xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində ölmüş vəziyyətdə valideynləri tərəfindən xəstəxananın Reanimasiya, intensiv terapiya və anesteziologiya şöbəsinə daxil olmuşdur. Ölüm səbəbi məlum olmadığı üçün X5 məlumat verilmiş, onların iştirakı ilə TTTY maşını ilə göndərilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş, Gəncə şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərarından görünür ki, X1 xx.xx.2024-cü il tarixdə intihar etməsi faktı üzrə araşdırma aparılmış, toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs ərizəçiyə göndərdiyi 3-16- 5/8-15-526 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda ölüm haqqında tibbi şəhadətnamə olmamasını nəzərə alaraq, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gəncə Şəhər Birləşmiş Xəstəxana” X9 18-1-37/1-M-203/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəçiyə cavab məktubu ilə xx.xx.2012-ci il təvəllüdlü X3 aid ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayevin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə intihar etməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın qüvvədə olduğu bildirilməklə surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.2012-ci il təvəllüdlü X4 ərizəçinin oğludur. X4 09 fevral 2024-cü ildə Gəncə şəhərində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, eləcə də Gəncə şəhər prokurorluğunun müvafiq qərarı ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X1 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə müvafiq sənədləşmə işlərini aparmaq ilə əlaqədar lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 oktyabr 2012-ci il tarixdə doğulmuş X1 09 fevral 2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar