Məhkəmə qərarları › İş №2(125)-262/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-262/2023

27.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-262/2023 27.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X24 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili X15, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (həmçinin digər cavabdehlərin qanuni nümayəndəsi) Cavabdeh4, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və iddiaçı Cavabdeh4 vəkili X10 iştirakları ilə, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddiası, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh onun qardaşı oğludur və o, dəfələrlə cavabdehlə birgə yaşayışları mümkün olmadığından onun tərəfindən başqa-başqa şəxsləri gətirərək evdə qanuna zidd hərəkətlər edir. Həmin ev onun adına rəsmiləşdirildikdən sonra cavabdehlərə onun mülkiyyətində olan evdən çıxmalarını tələb etsə də, cavabdehlər həmin evdən çıxmaqdan imtina etdiklərindən məcbur olmuş məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehə Qarabağ əlili olduğu üçün Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 2021-ci ilin yanvar ayında ev vermişlər və cavabdehlərin yaşaması üçün evləri vardır və mənzillə təmin edilməsi üçün hüquqları tam təmin edilmişdir. Cavabdehlərin dövlət tərəfindən təmin edilməsinin əsasında da onların yaşayış yerlərinin olmaması baxımından həll edilmişdir. Cavabdehlə artıq münasibətləri və birgə yaşayışları mümkün deyil, buna əsasən hazırda cavabdehlərə qarşı məhkəməyə müraciət etmişdir. Bundan sonra ilk iddia üzrə İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh4 cavabdeh İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə dair İddiaçı adına qeydiyyata alınmış 27 iyun 2013cü il tarixli RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh1 onun qardaşı oğludur, sonuncu evə başqa-başqa şəxsləri gətirərək qanuna zidd hərəkətlər etdiyindən yaşamağı qeyri mümkündür. Həmin evi adına rəsmiləşdirdikdən sonra evdən çıxmaqlarını tələb etsə də, onlar evdən çıxmamış və nəticədə məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evi 1960-cı ildə qaynatası X7 nənəsi Xanım arvad tərəfindən tikilmişdir. Belə ki, X20in nənəsinin həmin mübahisəli evin yaxınlığında evi olmuş, həmin ev satılmış və ünvan 2 ünvanda iki otaq tikilmiş, həmin ev iki hissəyə bölünərək qaynatası X8 və qaynatasının qardaşı olan X6 verilmişdir. Qaynatasının qardaşı olan Məmməd Məmmədəli oğlu və qaynatası X16 yaşadığı bir otaqlı evdə yaşayaraq evlənib ailə qurmuş və Məmməd Vəliyev öz ailəsi ilə 1974-cü il tarixədək orada yaşamışdır. Cavabdeh İddiaçı həmin mübahisəli ev tikilən zaman Rusiya Federasiyasında hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra Rusiya Federasiyasında Rusiya vətəndaşı ilə ailə qurmuş və o ailə qurduğu xanımla 1974-cü ildə Gəncə şəhərinə qayıtmış, qaynatasının qardaşı X1 Vəliyev qayıtdıqdan sonra özünün yaşadığı bir otaqlı evi sonuncuya verərək, 1974-cü ildə öz ata evinə yaşamaq üçün getmişdir. Cavabdeh İddiaçı 1974-cü ildən ünvan 2 fərdi yaşayış evində yaşamağa başlamışdır. Həmin evin digər bir otaqlı hissəsində isə qaynatası X16 ailə üzvləri ilə birlikdə yaşamışlar. O, 2005-ci ildə Cavabdeh1 Məmməd oğlu ilə ailə qurduqdan sonra həmin mübahisəli mülkə gəlin gəlmiş və hal-hazırda həmin mübahisəli mülkdə uşaqları ilə birlikdə yaşayır. Lakin qaynatası sağlığında həmin mübahisəli mülkün onların yaşadığı hissəsində bir sıra tikini işləri apararaq evi böyütmüşdür. Eyni zamanda cavabdeh İddiaçı yaşadığı evdə qaynatasının qardaşı Məmməd Vəliyev də 1974-cü ilədək yaşadığı dövrdə bir sıra tikinti işləri apararaq evi böyütmüşdür. Onunla cavabdeh İddiaçı yaşadığı ev iki hissəyə hələ 1960-cı ildən bölünərək giriş-çıxış yolları ayrılmışdır. O, gəlin gələn zaman onunla cavabdehin işıq, qaz, su xətti ayrı olaraq hərə öz kommunal xərclərini ödəyir. Vəkil sorğusu nəticəsində alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinin 21 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eskiz-layihəsinə əsasən hal-hazırda ünvanı ünvan 4i olmadan inşa edilmiş ümumi sahə 305.0 kv.m, o cümlədən yaşayış sahəsi 150.6 kv.m, zirzəmi 39.0 kv.m, həyət tikilisi 37.4 kv.m, talvar 128,5 kv.m tikililərin qeydiyyata alınmasına qərar verilmişdir. İddiaçı Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə (0.07 ha torpaq sahəsində yerləşən tikili "A"da 113,6 kv.m altı yaşayış otaqları, 88,5 kv.m köməkçi sahə,39.0 kv.m y/zirzəmi, tikili "B"də 33.4 kv.m iki yaşayış otaqları, 60.8 kv.m köməkçi sahə, tikili "C"-də 16,7 kv.m hamam, tikili "Ç"-də 20.7 kv.m hamam, tikili "İ”-də 128.5 talvar) xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Vəkil sorğusu nəticəsində alınmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin 26 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli, 2 nömrəli ümumi iclas protokoluna baxıldığını və İddiaçı adı həmin protokolda aşkar edilmədiyi bildirilmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, İddiaçı onların öz yaşadığı Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsindən saxta sənədlə çıxarış almışdır. Halbuki, Vəliyev X2 şəhəri, Stalin adına kolxozda işləmədiyi bir vaxtda, hətta 1959-cu ildə 19 yaşı olmaqla hərbi xidmətdə olduğu bir dövrdə həmin mübahisəli evə mülkiyyət hüququnu saxta sənədlə əldə etməsi bir daha təsdiq olunur. Onun ərizəsində göstərilən faktları təsdiq edəcək bir neçə şahidləri də vardır. Hazırda İddiaçı tərəfindən həmin şahidlərə təsir ediləcəyindən ehtiyatlanaraq həmin şahidlərin adlarını qeyd edə bilmir. Çünki həmin şahidlər həm onun, həm də İddiaçı qonşuluğunda yaşayan şahidlərdir. O, İddiaçı saxta sənədlə Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə dair çıxarış alaraq mülkiyyət hüququnu qanunsuz əldə etməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi göndərmişdir. Həmin şikayət ərizəsini də qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək iddia ərizəsində göstərilənlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, 1959-cu ildə kolxozda işləyə-işləyə torpaq sahəsi almışdır. X22 evləndikdən sonra ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. X22 vəfat etdikdən sonra da onun oğlu Cavabdeh1 ailəsi ilə birlikdə mübahisəli ünvanda yaşamışdır. Cavabdeh olan qardaşı oğlu Cavabdeh1 27 iyul 2022-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qardaşı oğlu Müşfiqin ailə üzvləridir və cavabdehlər hal-hazırda da ona məxsus olan ünvanda yaşayırlar. Mübahisəli ünvan olan ünvan 5ələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 iyun 2013-cü il tarixli, ********** nömrəli, **********72-10301 reyestr nömrəli çıxarış almışdır. Artıq uşaqları böyüdüyü və qalmağa yerləri dar olduğu üçün mübahisəli ünvanda cavabdehlərlə birgə yaşamaqları mümkün deyildir. Eyni zamanda mərhum qardaşı oğlu Cavabdeh1 sağlığında ev verildikdən sonra cavabdeh olan ailə üzvləri ilə birlikdə evdən çıxacağını qeyd etmiş, lakin ona məxsus olan evdən çıxmamışlar. Odur ki, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdeh (digər cavabdehlərin qanuni nümayəndəsi) Cavabdeh4 qarşılıqlı iddianı müdafiə edib ilk iddianı qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli ünvan olan ünvan 6miş və 2 otaq olmuşdur. Həmin ev iki hissəyə bölünərək qaynatası X8 və qaynatasının qardaşı olan X6 verilmişdir. X20 və qaynatasının qardaşı olan Məmməd Vəliyev evlənərək öz ailəsi ilə birlikdə 1974-cü ilədək həmin ünvanda yaşamışlar. İddiaçı 1974-cü ildə Rusiya Federasiyasında ailə qurduğu xanım ilə birlikdə Gəncə şəhərinə qayıtmış və Məmməd Vəliyev ona məxsus olan evi cavabdeh İddiaçı verərək öz ata evinə qayıtmışdır. Cavabdeh İddiaçı öz ailəsi ilə birlikdə mübahisəli ünvanda yaşamağa başlamışdır. Həmin evin digər bir otaqlı hissəsində isə X20 ailə üzvləri ilə birlikdə yaşamışdır. O, 2005-ci ildə Cavabdeh1lə ailə quraraq mübahisəli ünvana gəlin köçmüş və uşaqları həmin evdə doğulmuşdur. Hal-hazıra kimi mübahisəli ünvanda uşaqları ilə birlikdə yaşayır. Mübahisəli ünvan hələ 1960-cı ildə iki hissəyə bölünərək giriş-çıxış yolları ayrılmışdır. O, gəlin gələn zamandan cavabdehlə qaz, işıq su xətti ayrı olaraq hərə öz kommunal xərclərini ödəmişdir. İddiaçı Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyytaı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 iyun 2013-cü il tarixli, ********** nömrəli, **********72-10301 reyestr nömrəli çıxarış verilmişdir. Vəkil sorğusu nəticəsində alınmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin 26 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokoluna baxıldığını və İddiaçı adı həmin protokolda aşkar edilmədiyi bildirilmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, İddiaçı onların öz yaşadığı Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsindən saxta sənədlə çıxarış almışdır. Hal-hazırda uşaqları ilə birlikdə mübahisəli ünvanda yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş həyat yoldaşı Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli sərəncamının icrası çərçivəsində ünvan 7 ünvanında 2 nömrəli 3 otaqlı mənzil verilmişdir. Hal-hazırda orada yaşayış yoxdur, mənzil kirayəyə də verilməmişdir. Lakin arabir həmin mənzilinə baş çəkir. Odur ki, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşına çatmadıqlarından məhkəmə iclasında onların mənafeyi qanuni nümayəndəsi kimi tanınan valideyni Cavabdeh4 tərəfindən qorunmaqla müdafiə olunmuşdur. Məhkəmə iclasında iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndələri olan Cavabdeh4 fikirləri ilə razı olduqlarını bildirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahatında bildirdi ki, İddiaçı və Vəli Vəliyev dayılarıdır. Cavabdeh4 isə dayısı Vəli Vəliyevin gəlinidir. Mübahisəli ünvan olan ünvan 8rək Məmməd Vəliyev və Vəli Vəliyev ailəsi ilə birlikdə orada yaşamışdır. Məmməd Vəliyev 1974-cü ildə özünün bir otaqlı evini İddiaçı verərək öz ata evində yaşamağa getmişdir. Dayısı İddiaçı sonradan mübahisəli ünvanın ona məxsus olması ilə bağlı çıxarış almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, tərəflərin qonşusudur və 1971-ci ildən orada yaşayır. Mübahisəli ünvanda mərhum Vəli Vəliyevin və digər qardaşları ailə üzvləri yaşayırlar. İddiaçı Bayan küçəsinə köçəndən bəri mübahisəli evdə yaşadığını görmüşdür. Vəli Vəliyev vəfat etdikdən sonra onun oğlu Müşfiq ilə əmisi İddiaçı arasında Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evi ilə bağlı mübahisə yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və işin məhkəmə iclasında müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilk iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1940-cı ildə ünvan 9 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 27 iyun 2013-cü il tarixli, ********** nömrəli, **********72-10301 reyestr nömrəli çıxarışın surətindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********72-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 ünvanı İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi Dairəsinin 21 sentyabr 2022-ci il tarixli, **********03 nömrəli məktubunda bildirilmişdir ki, Kirovabad şəhəri, Stalin adına kolxozun 10 mart 1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən İddiaçı Məhəmmədəli oğluna fərdi yaşayış evinin tikintisi üçün 0,07 ha torpaq sahəsi ayrılmışdır. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2013-cü il tarixli, 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eskiz-layihəsinə əsasən hal-hazırda ünvanı ünvan 4i olmadan inşa edilmiş ümumi sahə 305,0 kv.m, o cümlədən yaşayış sahəsi 150,6 kv.m, zirzəmi 39,0 kv.m, həyət tikilisi 37,4 kv.m, talvar 128,5 kv.m tikililərin qeydiyyata alınmasına qərar verilmişdir. İddiaçı Məhəmmədəli oğluna Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə (0,07 torpaq sahəsində yerləşən tikili “A”-da 113,6 kv.m altı yaşayış otaqları, 88,5 kv.m köməkçi sahə, 39,0 kv.m y/zirzəmi, tikili “B”-də 33,4 kv.m iki yaşayış otaqları, 60,8 kv.m köməkçi sahə, tikili “C”-də 16,7 kv.m hamam, tikili “Ç”-də 20,7 kv.m hamam, tikili “İ”-də 128,5 kv.m talvar) 27 iyun 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Göygöl rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, 59 nömrəli məktubunda bildirilmişdir ki, Kirovabad şəhəri, Stalin adına kolxozun 10 mart 1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokoluna baxılmış və İddiaçı Məhəmmədəli oğlunun adı həmin protokolda aşkar edilməmişdir. AZ-İ seriyalı, 137437 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında nikah 29 aprel 2005-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 aprel 2005-ci il tarixdə 173 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə - “Vəliyev”, arvada “Vəliyeva” soyadı verilmişdir. AZ-İİ seriyalı, 280629 nömrəli, 05 avqust 2022-ci il tarixli, Azərbaycan Respublikası 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 27 iyul 2022-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 avqust 2022-ci il tarixdə 594 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu qeyd edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx xxxx 1967-ci il tarixdə ünvan 10 ünvanında qeydiyyatdadır. 06 oktyabr 2022-ci il tarixli küçə üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 nömrəli evdə 1966-cı ildə Cavabdeh1 anadan olmuşdur. 27 iyul 2022-ci ilə kimi ölən günə kimi Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 nömrəli evdə yaşamışdır. 06 oktyabr 2022-ci il tarixlı küçə üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 nömrəli evdə 1960-cı ildən X16 ölən günə kimi 29 sentyabr 2006-cı il tarixə kimi Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 nömrəli evdə yaşamışdır. Azərbaycan Respublikası Göygöl rayon Dövlət Arxivinin 11 fevral 2011-ci il tarixli, 41 nömrəli arxiv arayışında göstərilmişdir ki, Kirovabad şəhəri Bağmanlar qəsəbəsi “Stalin” adına kolxozun arxiv fondunda olan 1959-cu il tarixli 02 saylı ümumi yığıncağının qərarına əsasən vətəndaş İddiaçı 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 dekabr 2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyətinin 08 avqust 2011-ci il tarixli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli sərəncamının icrası çərçivəsində ünvan 7 ünvanında üçotaqlı 2 nömrəli mənzillə təmin edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 ilk İddiaçı qardaşı oğludur. Cavabdeh1 27 iyul 2022-ci il tarixdə vəfat etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 isə mərhum Cavabdeh1 ailə üzvləridir. Mübahisəli ünvan olan ünvan 11 iddia üzrə cavabdeh) İddiaçı mülkiyyətindədir. Cavabdehlər hazırda iddiaçıya məxsus Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 ünvanında yaşayır və onlar arasında birgə yaşayış qaydaları ilə bağlı mübahisə var. İddiaçı cavabdehlərin ona məxsus evdə yaşamasına razı deyil və cavabdehlərin ona məxsus evdən çıxarılmalarını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh4 isə mübahisəli ünvan olan ünvan 12ı iddia üzrə cavabdeh İddiaçı məxsus olmasına əsas verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə dair İddiaçı adına qeydiyyata alınmış 27 iyun 2013-cü il tarixli RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində isə mülkiyyətçi ilə istifadəçinin istifadə hüququna dair notarial müqavilə bağlamasına dair müddəalar nəzərdə tutulmuş, yaşayış sahəsinin mülkiyyətçisinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təsbit edilmişdir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə cavabdehlərin mübahisəli evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olubolmamasının müəyyən edilməsini zəruri hesab edir və mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehlərin iddiaçının ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehlərin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə mübahisəli evdən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, cavabdehlərin mübahisəli ev üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli evin qanuni sahibinin digər ailə üzvləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, həmçinin cavabdehlər iddiaçının ailə üzvü hesab olunmadığından onların mübahisəli evin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 30 noyabr 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə, həmçinin nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, diqqət yetirərək belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli evin qanuni sahibi olan iddiaçının ailə üzvü olmadığına görə onların mübahisəli evdə yaşayış sahəsindən mülkiyyətçinin razılığı olmadan yaşamaq hüququ yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma da mövcud deyildir. Xüsusilə qeyd olunmalıdır ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qardaşı oğlu Cavabdeh1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli sərəncamının icrası çərçivəsində ünvan 7 ünvanında üçotaqlı 2 nömrəli mənzil verilmişdir. Başqa sözlə, mərhum Cavabdeh1 ailə üzvləri olan cavabdehlər yaşayış sahəsi ilə də təmin olunmuşlar. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış sahəsi ilə təmin olunması məsələsi də həll edildiyindən iddiaçının qanuni sahibliyində olan fərdi yaşayış evindən cavabdehlərin çıxmaması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Beləliklə məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilk iddia əsaslı olduğundan tam təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh4 “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasına qiymət verərək qeyd edir ki, mübahisəli evə dair ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin evə dair verilmiş Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eksiz-layihəsindən törənmişdir. Buna görə də mübahisəli evə dair verilmiş Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eksiz-layihəsi mübahisələndirilmədiyi üçün törəmə hüquq münasibəti olan mübahisəli evə dair iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X14 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X14 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “evdən çıxarılma” tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, ilk iddia üzrə İddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Qarşılıqlı iddia isə təmin edilmədiyindən həmin tələb üzrə iddiaçı Cavabdeh4 tərəfindən ödənilmiş dövlət rüsumunu isə onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar