Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2633/2024 31.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və cavabdeh Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə Şəhər Mənzil-Kommunal X3rşı xx.xx.2023-cü il tarixli, 84 nömrəli əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə Şəhər Mənzil-Kommunal X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, 84 nömrəli əmrin ləğv edilməsi, Gəncə Şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat X1 parkına xüsusi təyinatlı avtomaşın sürücüsü işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur. Hazırda Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatda olmaqla yaşayır. Ailəlidir. Beş nəfər ailə üzvü vardır. Xəstə şikəst atası da onun himayəsindədir. Ailədə yeganə qazanc gətirən tək odur. 01 iyul 2015-ci il tarixdən 79 nömrəli əmrlə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X1 Parkına sürücü işinə qəbul edilmişdir. Əvvəl QAZ 53 markalı, **-AE-*** dövlət nömrə nişanlı zibil yığan avtomaşında sürücü işləmişdir. xx.xx.2018-ci il tarixində 63 nömrəli əmrlə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X1 parkına xüsusi təyinatlı avtomaşın sürücü işinə keçirilmişdir. Həmin vaxtdan işdən çıxan günə kimi MAZ markalı, 20-AE068 dövlət nömrə nişanlı zibil yığan avtomaşını işlətmişdir. İşlədiyi illərdə barəsində heç bir nöqsan və töhməti olmamışdır. İşinin öhdəsindən layqincə gəlmişdir. X8 Gəncə Şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinə rəis təyin olunan gündən, parkın rəisi Bağır Əliyevlə əlbir olaraq onu istirahət və bayram günlərində və hər gün iş saatından artıq saatlarla işlətmişdirlər. İşlətdikləri artıq saatların əmək haqqını verməmişdirlər. Onun sahəsinə aid olmayan yerlərdən zibil yığmağa məcbur etmişdirlər. Onun gündəlik işə çıxan vaxtda avtomaşınının yanacağı, sürtgü yağı və digər ehtiyat hissələrini verməmişdirlər. Avtomaşının yanacağı qurtaranda və yaxud hər hansı bir ehtiyat hissəsi sıradan çıxanda vermədikləri üçün “çörəyinin” xatirinə məcbur olub hamısını öz vəsaiti hesabına alıb işini axıra çatdırmışdır. Rəhbərliyin ona qarşı bu cür neqativ hərəkətləri günü-gündən artdığından məcbur olub artıq saat işlədiyi günlərin əmək haqqını və öz vəsaitindən xərclədiyi pulları tələb etdikdə onunla ziddiyətə başlamışdırlar və onu “gözüm çıxdıya” salaraq rahat işləməyə imkan verməmişdirlər. Dəfələrlə o, narazılığını rəhbərliyə bildirsə də, heç bir əhəmiyyət verməmişdirlər. Nurəhməd və Bağır müəllimin öyrətmələri əsasında onun üstünə şər, böhtanlar atılmışdır. O da məcbur olub ona qarşı haqsızlığın edilməsindən, rəisin avtomaşınların ehtiyat hissələrini, yanacaqları satmaqlarından və əmək haqlarını düzgün verməmələrindən cənab Prezidentə, Baş Prokurora, AR DİN-ə və digər yuxarı instansiyalara ərizə ilə müraciət etdikdən sonra, onu avtoparkdan çölə çıxmağa və işləməyə qoymamışdırlar. Bu bəs deyilmiş kimi onu işdən çıxarmaq üçün üstünə yanacaq oğurluğu ataraq, şərləyərək işdən çıxarmışdırlar. O da qanunsuz işdən çıxarılması və avtoparkda avtomaşınların təzə ehtiyat hissələrini satmaları barədə cənab Rrezidentə və prokurorluq orqanlarına şikayət ərizələri göndərmişdir. Şikayət ərizəsindən sonra cavabdeh orqanları gəlib araşdırmaq əvəzinə daha da onu günahkar kimi qələmə vermişdirlər. O, rəhbərlikdən işdən çıxarmaları barədə əmrin surətinin və əmək kitabçasının özünə verilməsini tələb etdikdə verməmişdirlər ki, “nə vaxt şikayətindən əlçəkərsən ondan sonra əmək kitabçanı verəcəyik.” xx.xx.2023-cü il tarixdən onu AR Əmək Məcəlləsnin 70-ci maddəsinin “c” bəndini tətbiq etməklə işdən çıxarsalar da əmək kitabçasını 25 dekabr 2023-cü i tarixdə vermişdirlər. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 420 manat əməkhaqqı almışdır. Gəncə Şəhər Mənzil-X6 Birliyinin rəisi Nurəhməd Əhmədovun 01 may 2023-cü il tarixli, 84 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad edilmişdir. İşdən azadedilmə barədə olan əmri qanunsuz hesab etməklə ləğvini istəyir. Çünki prosessual qaydaya uyğun olaraq heç olmasa idarə daxilində onun işdə qalıb-qalmaması müzakirə edilməli, həmkarların qərarı olmalı və səbəblər göstərilməli idi. Onu işdən azad edənlər onun himayəsində xəstə atasının və ailəsinin maddi ehtiyaclarını ödəyən yeganə övlad olmasını, ailə tərkibini belə nəzərə almamışdırlar. Ailədə yeganə qazanc gətirən odur. Ailələrində ondan başqa heç kim işləmir. İşdən azad edilməsinə dair əmri qanunsuz və əsssız sayır. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpə edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Sadalanan normanın məzmunundan göründüyü kimi əslində onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdeh qurumla aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri də olmuş, lakin heç bir nəticə verməmişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq müraciəti nəinki nəzərə alınmamış, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri və konstitusion hüquqları qurum rəhbərliyi tərəfindən bilərəkdən pozulmuşdur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X7 iddianı qəbul etməyərək və məhkəməyə yazılı etirazlarını təqdim etdiklərini bildirərək izahatında göstərdi ki, iddiaçının əmək haqqının verilməməsi, onun bayram və istirahət günlərində qanunsuz olaraq işə cəlb edilməsi ilə bağlı iddiaları əsassız və böhtan xarakterlidir. İddiaçı ilə Gəncə şəhər Mənzil-Kommunal İstehsalat Birliyi arasında xx.xx.2015-ci il tarixində bağlanılmış əmək müqaviləsinə əsasən o, birliyin ixtisaslaşdırılmış avtomobil parkının xüsusi təyinatlı avtomobilinin sürücüsü vəzifəsinə qəbul edilmişdir. İddiaçı işlədiyi müddət zamanı sürücü işlədiyi xüsusi təyinatlı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı, “MAZ” markalı avtomobilin yanacaq sərfiyyatının artması nəticəsində müvafiq yoxlama təyin edilmiş, nəticədə avtomobilin dəfələrlə artıq məsafə qət etməsi və yanacaq sərf etməsi aşkar edilmiş, beləliklə də İddiaçı ona etibar edilmiş dövlət əmlakını talayaraq işəgötürənə 1414,98 manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin İddiaçı ona təhkim edilmiş maşını özbaşına öz yaşayış evinin qarşısına aparması, avtomobilə nəzarət məqsədi ilə quraşdırılmış GPS cihazına müdaxilə edərək həm avtomobili, həm də GPS cihazını sıradan çıxarması tərtib olunmuş aktlarda öz əksini tapmışdır. Beləliklə də işçinin öz əmək funksiyalarını kobud şəkildə pozması X5 gündəliyinə daxil edilərək müzakirə olunmuşdur. İddiaçının öz əmək kitabçasını birlikdən götürə bilmədiyi barədə iddialar da həmçinin əsassızdır, belə ki işçi özü əmək kitabçasını götürməkdən imtina etmişdir. İddi tələbi əsassız olduğundan, həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 06098336 saylı əmək kitabçasının 1-ci və 3-cü vərəqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 79 nömrəli əmrə əsasən Gəncə Şəhər Mənzil-Kommunal X2raja sürücü işinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixli, 63 nömrəli əmrə əsasən qaraja xüsusi təyinatlı sürücü işinə keçirilmiş, xx.xx.2023-cü il tarixli, 84 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 84 nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2023-cü il tarixindən etibarən xitam verilmişdir. Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində X9 əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surəti və əmək kitabçası təqdim edilsə də, İddiaçı həmin əmrin surətini və əmək kitabçasını qəbul etməkdən imtina etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsi ilə bağlı iddia təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, iddiaçı əmək kitabçasını isə özünün deməsinə görə xx.xx.2023-cü il tarixdə əldə etmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsindən 1 ilə yaxın və əmək kitabçasını əldə etməsindən 3 aydan artıq müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Halbuki, fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 296-cı madəsinin 2-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmuş və o, əmək kitabçasını qəbul etdiyi vaxtdan hüquqlarının pozulduğu ona məlum olmuşdur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi iddiaçı qeyd olunan qanunun tələblərinə əməl etmədən iddia tələbini qanunla müəyyən olunmuş iddia müddət keçdikdən sonra vermişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM)14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia müddəti keçdiyindən İddiaçı Gəncə Şəhər Mənzil-Kommunal X3rşı xx.xx.2023-cü il tarixli, 84 nömrəli əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı cavabdeh Gəncə Şəhər Mənzil-Kommunal X3rşı xx.xx.2023-cü il tarixli, 84 nömrəli əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2633/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2633/2024
31.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver