Məhkəmə qərarları › İş №2(125)-2646/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2646/2023

02.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2646/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh3 qarşı yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li (yataqxana)binanın 13 №-li otağında qeydiyyatda olan X3, Cavabdeh1 və Cavabdeh3 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li bina (yataqxana) Gəncə Şəhəri MKTİB-nin balansına aiddir. Həmin binanın 13 saylı otağında qeydiyyatda olan X7, Cavabdeh1 və Cavabdeh3 uzun illərdir ki, həmin otaqda yaşamırlar. Ona görə də, kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. Cavabdehlər Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li binada qeydiyyatda olmalarına baxmayaraq onların harada yaşamaları haqqında heç bir məlumatları yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər X4, Cavabdeh1, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş *9.*3.2*23-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X7, Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, bina 1*, mənzil 13 ünvanında qeydiyyatdadırlar. *6.*3.2*23-cü il tarixli arayışlardan görünür ki, Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, bina 1*, mənzil 13 ünvanında X7, Cavabdeh1 və Cavabdeh3 uzun müddətdir ki yaşamırlar. Cavabdehlərə göndərilmiş poçt zərflərindən görünür ki, cavabdehlər Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li binanın 13 №-li otağında yaşamadıqları üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb məhkəmə isclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi ) 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li bina (yataqxana) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 13 saylı otağında X7, Cavabdeh1, Cavabdeh3 qeydiyyatda olsalar belə orada yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, başqa yerə köçdükləri üçün Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li binanın (yataqxana) 13 saylı otağında qeydiyyatda olan X3, Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqları itirilmiş hesab edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 1** manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 1* №-li binanın (yataqxana) 13 saylı otağından istifadə hüququları itirilmiş hesab edilsin. Cavabdehlər X2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada dövlət rüsumu hesabına 1** manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar