Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2650/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 2 ünvanı mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 2016-cı il tarixdə cavabdeh jkfy bllbfxsysy qardaşı oğlu Cavabdeh notarial qaydada ərizə təqdim edərək Gəncə şəhəri, Təbriz küçəsi, 3-cü döngədə yerləşən 18 nömrəli evin atasına məxsus olan 1/3 payının iddiaçıya bağışlanmasına etiraz etməmişdir. Həmçinin ərizədə heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Cavabdehin mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan ünvan 3 ünvanına qeydiyyatı formal xarakter daşıyır. 2001-ci ildə iddiaçının qardaşı Gəncə şəhəri, Sadıllı qəsəbəsində ev tikdirmişdir. Həmin vaxt iddiaçının qardaşının evinin çıxarışı olmadığı üçün 8 nəfər ailə üzvi ilə birlikdə iddiaçıya məxsus ünvan 2 ünvanına qeydiyyata düşmüşlər. Qardaşı da daxil olmaqla 7 nəfər sonradan qeydiyyatdan çıxmışdır. Cavabdehin ünvan 5 ünvanına qeydiyyatı formal xarakter daşıyır. Həmin ünvanda cavabdeh ümumiyyətlə yaşamayıb. Yalnız evlərinin sənədi olmadığı üçün formal olaraq ünvan 6 ünvanına qeydiyyata düşmüşdür. Ona görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, cavabdeh Elşad onun oğlu, iddiaçı Elxan isə qaynıdır. Belə ki, sözügedən ev Elxana məxsusdur. Onlar o vaxtı həmin evdə yaşamışlar, 1993-cü ildə isə oradan çıxıb Sadıllı qəsəbəsində olan evə köçmüşlər. Həmin evə köçərkən Elşad körpə olmuşdur. Elşad qaynı Elxanın evində bir gündə olsun yaşamamışdır. Formal olaraq qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, cavabdeh Elşad qonşusudur. Sadıllı qəsəbəsində eyni küçədə yaşayırlar. Elşad həmin küçəyə köçəndə balaca uşaq idi, orada böyüyüb, məktəbə də orada gedib. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2017-ci il tarixli, RX ******* seriyalı çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Gəncə şəhəri İcra Hakimiyyəti 1 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5256 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq orada yaşamır. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının Sadıllı qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13 saylı arayışdan görünür ki, Cavabdeh 2020-ci ilin mart ayınadək ünvan 10 ünvanında atası X2 və anası Şahid ilə birgə yaşamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla cavabdeh 1993-cü ildən valideynləri ilə iddiaçıya məxsus evdən köçərək başqa ünvanda yaşamış və onun iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququ itirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Gəncə şəhəri, Təbrizə küçəsi, 3-ci döngədə yerləşən İddiaçı mülkiyyətində olan 18 nömrəli fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ünvan 1 ünvandan istifadə hüququ itirilmiş hesab edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından idiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanından istifadə hüququ itirilmiş hesab edilməlidir. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(125)-2650/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2650/2022
26.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver