Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2650/2023 28.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi, vəkil X1 iştirakları ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək JN-0296 kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin anası X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X2 adına Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.18 ha torpaq sahəsinə dair JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamədə anasının soyadı “Allahverdiyeva” əvəzinə yanlış olaraq “Nəbiyeva” kimi qeyd edilmiş, ata adı isə ümumiyyətlə yazılmamışdır. Ona görə də, məlum ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi, vəkil X4 məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizçinin tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.18 ha torpaq sahəsinə dair JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə Nəbiyeva Güllünün adına işlənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə təkrar verilmiş AZİİ 247897 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə serebral koma səbəbindən ölmüşdür. İşdə olan Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Göygöl rayon Zurnabad kənd İcra Nümayəndəliyinin notariat hərəkətinin qeydiyyatı kitabları və alqı-satqı müqaviləsi ilə bağlı sənədlər Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. İşdə olan Xanlar rayon Zurnabad notariusunda xx.xx.1990-cı ildə 13/2 reyestr nömrəsi ilə bağlanmış müqavilənin surətinin istənilməsi barədə müraciətə cavab olaraq verilmiş AR ƏN Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Xanlar rayon Zurnabad kəndi xalq deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1990-cı ildə 13/2 reyestr nömrəsi ilə X12 ilə X6 arasında bağlanmış müqavilə arxivə təhvil verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Göygöl rayon dövlət notariat ofisində 1990-cı idə rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələr arxivə təhvil verilməmişdir. Dövlət notariat arxivində notariat qaydasında təsdiq edilmiş sənədlər və onların qeydə alındığı reyestr kitabları saxlanılır. Bu səbəbdən xahişin təmin olunması imkan xaricindədir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin surəti təqdim edilmədiyindən, rayon aqrar islahat komissiyasının hansı qərarı əsasında işlənilməsinə dair məlumatın araşdırılması mümkün olmamışdır, məktuba əlavə edilmiş Xanlar rayon Aqrar İslahatı Komissiyasının Xanlar rayonunun Üçbulaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəllərdən görünür ki, Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.18 ha torpaq sahəsinə Nəbiyeva Güllünün adına qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin verilməsi üçün əsas olmuş sənədlər 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərində və elektron baza məlumatlarında aşkarlanmamışdır. İşdə olan “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, Xanlar rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”si əsasında Xanlar rayonu Üç bulaq kənd sakini Nəbiyeva Güllüyə 0.18 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,1990-cı ilin inventar sənədlərində Göygöl rayonu (məktubda Daşkəsən rayonu yazılıb) Murud (indiki Üçbulaq) kəndində yerləşən fərdi yaşayış evi X10 istifadəsində olduğu göstərilmişdir. Bu mülk daşınmaz əmlakın dövlət reyestində qeydiyyatdan keçməmişdir, arxiv işində torpaqayırma və digər hüquqverici sənədlər aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Xanlar rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”si əsasında Xanlar rayonu Üç bulaq kənd sakini Nəbiyeva Güllüyə 0.18 ha torpaq sahəsi verilmişdir. Ərizəçi JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin anası X2 adına işləndiyini, lakin həmin şəhadətnamədə anasının soyadının “Allahverdiyeva” əvəzinə yanlış olaraq “Nəbiyeva” kimi qeyd edildiyini və ata adının isə ümumiyyətlə yazılmadığını qeyd edərək, JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin anası X3 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görəşəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən ərizə üzrə ərizəçinin tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Ərizə üzrə ərizəçinin tələbin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan ərizənin əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ərizəçi ərizədə anası X2 adına Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.18 ha torpaq sahəsinə dair JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə işləndiyini, lakin həmin şəhadətnamədə anasının soyadının “Allahverdiyeva” əvəzinə yanlış olaraq “Nəbiyeva” kimi qeyd edildiyini, ata adının isə ümumiyyətlə yazılmadığını qeyd etsə də, həmin xüsusatı təsdiq edəcək və ya Güllü Nəbiyeva ilə X2 eyni şəxs olmasını təsdiqləyəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-2650/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2650/2023
28.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver