Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2677/2022 24.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X2 cavabdehdən alınaraq onun himayəsinə verilməsi və uşağın saxlanması üçün hər ay 200 manat məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsasla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-2499/2021 nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında olan nikah ləğv edilmiş, birgə nikahlarından xx.xx.2014-cü ildə anadan olmuş X3 cavabdehin yanında saxlanmışdır. Uşağın saxlanması üçün ondan hər ay 150 manat aliment tutulur. Məhkəmə prosesindən onun xəbəri olmamışdır. Uşağı Eşqinlə ünsiyyətdə olmağa cəhd etməsinə baxmayaraq heç vaxt şərait yaratmamışdır. O, hər zaman ana kimi uşağını tələb etmiş lakin uşağı ona verməkdən imtina etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-2499/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə «ASAN Xidmət» mərkəzi Qeydiyyat şöbəsində 05 iyul 2014-cü ildə 1297 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuş, 19 sentyabr 2014-cü il təvəllüdlü X3 atası Cavabdeh himayəsində saxlanılmış və hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Göründüyü kimi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 19 sentyabr 2014-cü il təvəllüdlü X3 atası (hazırki cavabdehin) yanında saxlanılmışdır. Lakin iddiaçı qətnamədən sonra yeni əsasların yaranmasını və bu barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2 nömrəli qərarının 7.8-ci bəndində izah edilmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinade tməmişdirsə, eyni tərəflər arasında eyni pretmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-in 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşsa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. Beləliklə göstərilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(125)-2677/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2677/2022
24.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver