Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-268/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldıması və banka təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-3275/2018 nömrəli qətnaməsinə əsasən "xxxx" İKB ASC ilə X7 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X4 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 135,7 kv/m, yaşayış sahəsi 55,6 kv/m, yardımçı sahəsi 80,1 kv/m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-134/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-4395/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19-da yerləşən fərdi yaşayış evində Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. Qeyd olunan fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. X1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 iddiaçı tərəflə barışıq əldə etməyə çalışsa da yolnəqliyyat hadisəsi baş verdiyindən cavabdeh zərərçəkmiş şəxslə barışığa nail ola və bundan sonra İddiaçı ASC ilə razılıq əldə etmək üçün vaxt ayıra bilməmişdir. Həmçinin İddiaçı ASC-yə olan borcunun ödənilməsi üçün satışı nəzərdə tutulan avtomobil yol nəqliyyat hadisəsi ilə əlaqədar dayanacaqda nəzarət altına saxlanılmış, qeyd olunan səbəbdən avtomobilin satılması və borcun ödənilməsi mümkün olmamışdır. Lakin cavabdeh İddiaçı ASC-yə olan borcun ödənilməsinə ciddi cəhdlə çalışır. Sonda Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehin nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli, 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən X5 60 ay müddətinə illik 25 faiz dərəcə ödəmək şərti ilə 30.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 10-G-1-0-2077 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V-13, sahə 19-da yerləşən fərdi yaşayış evi "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9 (2004-cü il təvəllüdlü) və X8 (2008-ci il təvəllüdlü) Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3275/2018 nömrəli icra sənədinin surətindən görünür ki, X7 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv olunmuş, X3 "xxxx" İKB ASC-nin xeyrinə 27.087 manat 79 qəpik əsas borc, 17.791 manat 11 qəpik faiz borc və 50 manat cərimə borcu olmaqla,cəmi 44.928 manat 90 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat manat məbləğində dövlət rüsumu tutulmuşdur, tutma ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V-13, sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilmiş, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-134/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3275/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4395/2023 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********446-10302 reyestr nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V-13, sahə 19 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi və ümumi sahəsi 135,70 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-yə məxsusudur. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli, AZE seriyalı 0******* nömrəli və AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsinə əsasən kredit borcu üzrə tutma həmin evə yönəldilmiş və sözügedən ev iddiaçının mülkiyyətinə keçmişdir. Lakin fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh tərəf həmin evi iddiaçıya təhvil verməmiş, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh1 özünə məxsus olan evi ipoteka ilə yüklü etməklə qanundan irəli gələrək öz üzərinə tutma ipoteka predmetinə yönəldildikdə və mənzil başqasının mülkiyyətinə keçdikdə mənzili tərk etmək və yeni mülkiyyətçiyə təhvil vermək öhdəliyi götürmüşdür. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, sözügedən ünvan cavabdehlər tərəfindən boşaldılmalı və İddiaçı ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılsın və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-268/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-268/2025
15.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver