Məhkəmə qərarları › İş №2(125)-270/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-270/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-270/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi Nümayəndə iddiaçılar İddiaçı2 və Nümayəndə Cavabdeh qarşı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onların mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olmaması (itirilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi Nümayəndə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin onların mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, ünvan 2 ünvanda 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 130,2 kv.metr olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Daşınmaz əmlak 5/8 hissədə İddiaçı2, 3/8 hissədə isə X7 məxsusdur. Bu paylar xx.xx.2017-ci il tarixində, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı, 036124 nömrəli, xx.xx.2022-ci il tarixli “adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə”dən görünür ki, X9 adını, ata adını və soyadını Nümayəndə olaraq dəyişdirmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-479/2021 nömrəli, 09 mart 2021ci il tarixli qətnaməsi ilə X9 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə, Gəncə Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində 1408 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 ataları X5 himayəsində saxlanılması, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı, 411459 nömrəli, xx.xx.2022-ci il tarixli “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, Nümayəndə ilə Cavabdeh arasında olan nikaha Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-479/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Cavabdeh hazırda mübahisəli evdə paport qeydiyyatındadır. İddiaçılar yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişlər ki, ünvan 1 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 3/8 hissədə Nümayəndə, 5/8 hissədə isə İddiaçı2 məxsusdur. Həmin fərdi yaşayış evi ataları və qardaşları tərəfindən onlara bağışlanmışdır. Cavabdeh Nümayəndə keçmiş arvadı olmaqla, 2016-cı il tarixdə faktiki nikah münasibətlərinə girməklə sözügedən fərdi yaşayış evinə gəlin gəlmiş, 2017-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə 2020-ci ilin oktyabr ayınadək həmin mənzildə yaşamışlar. 2020-ci ilin oktyabr ayında cavabdeh azyaşlı övladlarını götürərək anası evinə qaçmış və həmin tarixdən sonra mübahisəli fərdi yaşayış evində yaşamamışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 479/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmaqla azyaşlılar onun himayəsində saxlanmışdır. Cavabdeh iddiaçı Nümayəndə boşanaraq özünə başqa yaşayış yeri seçmiş, onun həmin mənzildə qeydiyyatının qalması isə yalnızca formal xarakter daşımaqdadır. Cavabdeh ilə aralarında olan nikah Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-479/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur və o, 2020-ci ilin oktyabr ayından mübahisəli mənzildə yaşamır. Məhkəmə iclasında iddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından ona bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, X15, Rəhimova Hicran Hümbət qızı, X24, X20, X31 və X27 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, Süleymanov Nurcahan ilə Cavabdeh xx.xx.2016-cı ildə evləniblər və 2017-ci ildə Süleymanov Məhəmmədəli və 2019-cu ildə Süleymanov Əlisa anadan olmuşlar, 12 oktyabr 2020-ci ildə Cavabdeh uşaqları götürüb anasının yanına qaçmışdır. Hüseynova Nuridə noyabrın 5-də baxımsız halda X10 Nurcahana verib, 30 dekabrda Süleymanov Əliisanı 1 saatlıq adı ilə aparıb 20 gündən sonra psixologiyası pozularaq baxımsız halda geri qaytarılmışdır. Uşağa Cavabdeh yox, Hüseynova Nuridə baxırmış, 19 martda sonuncu səfər saxlamaq adı ilə Cavabdeh Süleymanov Əliisanı aparıb, Hüseynova Nuridəyə verib, 1 aydan sonra çox pis vəziyyətdə zor ilə geri qaytarmışdır. Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2560 nömrəli arayışdan görünür ki, cavabdeh həqiqətən ünvan 1 ünvanında 2020-ci il tarixdən yaşamır. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Nümayəndə 01 mart 2004-cü ildən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdır, qeydiyyatda olan digər şəxslər xx.xx.2006-cı il təvəllüdlü X21, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1955-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il tarixli X22, xx.xx.1989-cu il təvəllüdlü X13, xx.xx.1980-cı il təvəlllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.1997-ci il təvəllüdlü Cavabdehdır. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-650 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verənlər X12, X14 və X6 şəhəri, Nizami rayonu, Qızıl Hacılı küçəsi, 83 ünvanında yerləşən mülkiyyətdə olan 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 130,2 kv/m, yaşayış sahəsi 58 kv/m, yardımçı sahəsi 72,2 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən müvafiq hissəni (hissələri) hədiyyə alanların – X5 və İddiaçı2 mülkiyyətinə vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin hallarından müəyyən edilir ki, iddiaçılar qardaşdırlar. İddiaçı Nümayəndə və cavabdeh arasında hüquq münasibətləri evləndikdən sonra, yəni xx.xx.2017-ci il tarixdə yaranmışdır. İddiaçıların atası və qardaşları paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən özlərinə məxsus paylarını xx.xx.2017-ci il tarixdə bağışlama müqaviləsi əsasında iddiaçılara bağışlamış və həmin mənzil iddiaçıların paylı mülkiyyətinə verilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-479/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Nümayəndə və Cavabdeh аrаsındаkı nikah pozulmuşdur. Beləliklə, Cavabdeh iddiaçı Nümayəndə keçmiş həyat yoldaşıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 30.4-cü maddəsi təşkil edir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin anlayışı Məcəllənin 30.1-ci maddəsində verilmişdir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Mənzil Məcəllənin 30.4-cü maddəsində isə qeyd edilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da aydın olur ki, iddiaçılar mübahisəli fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında 2017-ci il tarixdə əldə etmiş, iddiaçılardan Nümayəndələ cavabadeh isə nikaha xx.xx.2017-ci il tarixdə daxil olmuş və onların nikahı xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmçinin, işin hallarından göründüyü kimi, cavabdeh uzun müddətdir mübahisəli fərdi yaşayış evindən köçüb getmiş və faktiki olaraq başqa yaşayış sahəsində yaşamaqla, iddiaçılara məxsus evdən istifadə hüquqları ilə bağlılığını kəsmişdir. Mənzil Məcəlləsinin adı çəkilən müddəalarından açıq şəkildə görünür ki, qanunverici yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin mənzildən istifadə hüquqlarının yaranmasını və davam etməsini ailə münasibətlərinin mövcudluğu (varlığı) ilə bağlı etmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsi isə mülkiyyətçinin ailə üzvlərini 2 qrupa ayırır. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Bu baxımdan, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi imperativ olaraq müəyyən edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu qaydadan isə 2 istisna var: istifadə hüququnun saxlanması üçün keçmiş ailə üzvləri arasında razılaşmanın olması və yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmə qərarı əsasında müvəqqəti saxlanması. Bu halda, məhkəmə keçmiş ailə üzvünün maddi vəziyyətini və diqqətə layiq digər halları nəzərə ala bilər. Diqqətə layiq olan halların nədən ibarət olması qanunvericilikdə göstərilməsə də, məhkəmə hesab edir ki, bu hallar, məsələn, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsində yaşamağa davam etməsi, yaxud onun əlil olması və s. hallar ola bilər. Adı çəkilən müddəada nəzərdə tutulan istisna hallarla bağlı iş materiallarında hər hansı sübutlar isə mövcud deyil. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılardan Nümayəndələ cavabadeh arasındakı ailə münasibətləri 2017-ci il tarixdə yarandığından və bu münasibətlərə tətbiq edilən Mənzil Məcəlləsinin 30.4-cü maddəsi isə tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra cavabdehin iddiaçı Nümayəndə paylı mülkiyyətində olan evində istifadə hüquqlarını saxlamadığından, iddiaçıların iddia tələbi təmin olunmalı, cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən həm də onu nəzərə alır ki, cavabdehin mübahisəli evə istifadə hüququna olan ehtiyacı aradan qalxdığından və o, uzun müddətdir həmin evdə yaşamadığından onun formal olaraq istifadə hüququnun saxlanılması iddiaçıların hər ikisinin mülkiyyət hüququnu sərbəst həyata keçirmək imkanını məhdudlaşdırır və onları həddən artıq hüquqi yük altında qoymuş olur. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar