Məhkəmə qərarları › İş №2(125)-270/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-270/2025

14.01.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-270/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi1, ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs qismində göstərməklə xx.xx.1951-ci il təvəllüdlü X9 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilərin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq ərizədə texniki səhvə yol verildiyini bildirmiş, düzəliş edilərək Xaliqin Xalik kimi yazılmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Ərizəçilər yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, qardaşları 1951-ci il təvəllüdlü X12 1972-ci ildə Rusiya Federasiyasına getmiş, getdikdən bir müddət sonra, yəni təxminən 5 il sonradan onun harada olmasına dair heç bir məlumat əldə edə bilməmişlər. Onu tanıyan Rusiya Federasiyasında olmuş şəxslər də onun harada olması və yaxud onun harada olmasına dair məlumatları olmadığını bildirmişlər. Son zamanlarda onlar Gəncə şəhər Baş Polis idarəsinə müraciət edib qardaşları barəsində hər hansı bir məlumatın polis şöbəsinə daxil olub-olmaması ilə bağlı ərizə ilə müraciət etmişlər. Oradan onlara qardaşları barəsində indiyə kimi heç bir məlumatın daxil olmadığını bildirmişlər. Qardaşları barəsində 40 ildən artıq heç bir məlumatın olmaması, onu görənin olmaması onu sübut edir ki, qardaşları artıq həyatda yoxdur. O rəhmətə getmişdir. Qardaşlarının əmlakı miras əmlakdır. Əmlakı adlarına keçirmək istəyirlər. Ancaq qardaşları həyatda olmadığı üçün qanun üzrə vərəsə kimi mülkü adlarına keçirdə bilmirlər. Ona görə də qardaşları 1951-ci il təvəllüdlü X12 məhkəmə qaydası ilə ölmüş elan edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, X12 onun böyük qardaşı olmuşdur. Ailədə dörd uşaq olmuşlar, valideynləri ölmüşdür, hazırda bacısı, yəni digər Ərizəçi2 və o həyatdadır. Qardaşı Xalik xx.xx.1951-ci ildə Gəncə şəhərində doğulmuşdur. 1970-ci illərdə işləmək üçün Rusiya Federasiyasına getmiş, ilk vaxtlar telefon vasitəsilə əlaqələri olsa da, sonradan tamamilə əlaqələri kəsilmişdir. Həmin vaxtdan bəri onun barəsində heç bir məlumatları yoxdur, onu tanıyan Rusiya Federasiyasında olmuş şəxslər də onun harada olması və yaxud onun harada olmasına dair məlumatları olmadığını bildirmişlər. Ona görə də hesab edir ki, qardaşı 1951-ci il təvəllüdlü X12 məhkəmə qaydası ilə ölmüş elan edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili izahatında bildirdi ki, xx.xx.1951-ci il tarixdə Gəncə şəhərində doğulmuş X12 ərizəçilərin qardaşıdır, o, 1972-ci ildə Rusiya Federasiyasına getmişdir. Ərizəçilərin 40 ildən artıqdır ki, qardaşları ilə əlaqələri yoxdur. X1 Federasiyasına gedən zaman subay olmuş, ailəsi olmamışdır. Hazırda ərizəçilər ata mülkünü qanun üzrə vərəsə kimi öz adlarına keçirmək istəyirlər, ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 1982-ci ildə Mehmanın qonşuluğuna gəlin gəlmişdir. Həmin vaxt Mehman ailəli idi. Mehmanın Oktay adlı bir qardaşının və Mehriban adlı bir bacısının olduğunu bilmişdir. Həmçinin Mehmanın ata-anasını da görmüşdür, atasının adı Qədir, anasının adı Minayə olmuş, dəqiq vaxtını bilməsə də, ərizəçilərin ata-anası ölmüşdür. Mehmanın qardaşı Xaliki heç vaxt həmin evdə görməmiş, həmçinin onun barəsində heç bir məlumat eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, təxminən 20 ildir ki, Mehmanın qonşuluğuna köçmüşdür. Mehmanın qardaşı Xaliki heç vaxt görməmiş, barəsində Rusiya Federasiyasına gedib, bir daha qayıtmadığını eşitmişdir. Həmçinin həmin evə köçəndə Mehmanın ata-anası öldüyü üçün ata-anasını da görməmişdir. Mehmanın ailəsi ilə gediş-gəlişi olduğu üçün Mehriban adlı bacısının olduğunun bilir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, Ərizəçi1, ərizəçilərin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15-1944 nömrəli, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, lakin X10 ölümü haqqında akt qeydi aşkar olunmamış, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 3-13-57/2- Ə-47xx/xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X10 barəsində Gəncə Şəhər Baş Polis İdarəsinə və ərazi polis orqanlarına hər hansı bir məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş, İ-ИЕ seriyalı, 101918 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur, atası – X11, anası – X5r. İş materiallarına əlavə edilmiş, İ-ИЕ seriyalı, 721926 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur, atası – X11, anası –X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05/09İS/183724-23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair aşağıdakı məlumatlar müəyyən edilmişdir:

1. Əri – X11 (xx.xx.1930) (xx.xx.2013-cü ildə vəfat edib)

2. Oğlu - X12 (xx.xx.1951)

3. Qızı – Ərizəçi2 (xx.xx.1956)

4. Oğlu – Ərizəçi1 (xx.xx.1958)

5. Oğlu – X13 (xx.xx.1963) (xx.xx.2017-ci ildə vəfat edib). Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-16/Ə-8303/24 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1951-ci ildə anadan olmuş X12 barəsində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) üzrə hər hansı bir məlumat tapılmadığından müvafiq çıxarışların məhkəmənin ünvanına göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi bürosunun xx.xx.2024-cü il tarixli, 3-13-25/2-12244/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü X10 beynəlxalq axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-39-1/2-1519/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü X12 barəsində məktubda qeyd edilmiş xüsusatlara dair Dövlət Təhlükəsizliyi Xidmətində hər hansı məlumat mövcud deyildir. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-57/2- 33536/24 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1951ci il təvəllüdlü X12 Azərbaycan Respublikası DİN-in “Portal-Axtarış” sistemi üzrə yoxlanılmış, şəxsiyyətini təsdiq edən sənədə dair heç bir məlumat əldə olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə Şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-39-128/2-15085/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, 27xx.xx.1951-ci il təvəllüdlü X12 barəsində göndərilən məktubda göstərilən xüsusatlar barədə məlumatların mərkəzləşdirilmiş qaydada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatından əldə edilməsi məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18/2-30454/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü X10 qeydiyyatı, sənədləşdirilməsi və barəsində təqsirləndirici məlumat aşkar olunmamışdır. Gəncə Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 1034-xid-24 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1951-ci ildə anadan olmuş X12 barəsində şəhər prokurorluğunda hər hansı material aparılmamışdır. Həmin şəxsin sonuncu yaşayış ünvanı və onun barəsində axtarış işinin olub-olmaması barədə şəhər prokurorluğunda hər hansı məlumat yoxdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılmş və X12 barəsində aşkar olunan akt qeydləri məhkəməyə göndərilmişdir:

1. 05.06.1952-ci il, 1360 saylı doğum akt qeydi (X12)

2. 16.06.1952-ci il, 500 saylı nikah akt qeydi (valideynləri X11 və X7)

3. X2 xx.xx.2009-cu il, 312 saylı ölüm akt qeydi

4. X8 xx.xx.2013-cü il, 472 sayllı ölüm akt qeydi. Həmçinin qeyd edilmişdir ki, nikah və övladları barəsində konkret məlumat göstərilmədiyi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar olunmadığından cavablandırılması imkan xaricindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-165xx-xx-11646/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X.Səlimov barəsində digər vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında hər hansı məlumat aşkar olunmamış, həmçinin müraciətlə əlaqədar X.Səlimovun doğumu haqqında akt qeydinin kserosurəti məhkəməyə göndərilmişdir. Həmin akt qeydindən müəyyən olunur ki, X12 xx.xx.1951-ci il təvəllüdlüdür, atası – X11, anası – X5r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. MPM-in 315.2-ci maddəsinə görə şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 9.5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1951-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X10 ölkədən çıxması və ölkəyə bir daha qayıtmaması, 5 (beş) ildən artıq müddətdə yaşayış yerində X10 harada olması barədə məlumatın olmaması iş materialları ilə sübut edilir. Məhkəmə hesab edir ki, X10 harada olması barədə 40 il ərzində heç bir məlumat olmadığından və aparılmış araşdırmalara əsasən onun sağ olması ilə bağlı heç bir məlumat əldə olunmadığından, habelə onun ölmüş elan edilməsinin sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçilər düzgün olaraq məhkəməyə müraciət etmişdir və ərizə əsaslıdır. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1951-ci il tarixdə Gəncə şəhərində (əvvəlki Kirovabad) anadan olmuş X12 ölmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixdə Gəncə şəhərində (əvvəlki Kirovabad) anadan olmuş X12 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X10 ölüm günü hesab edilsin. Qətnamə xx.xx.1951-ci il tarixdə Gəncə şəhərində (əvvəlki Kirovabad) anadan olmuş X10 ölümü barədə qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar